Home AZ EN RU
BAKI DÖVLƏT UNİVERSİTETİ
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Xəbərlər

Proceedings of Institute of Applied Mathematics jurnalının növbəti nömrəsi nəşr olunub
28/07/2022

 

AZƏRBAYCAN RESPUBLİKASINDA MƏQALƏLƏRİN DƏRC OLUNMASI TÖVSİYƏ EDİLƏN DÖVRİ ELMİ NƏŞRLƏR SİYAHISINDA yer alan “Proceedings of Institute of Applied Mathematics” jurnalı  Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda 2011ci ildən nəşr edilir.

Jurnalın baş redaktoru akademik Fikrət Əliyevdir.

Bu nömrədə  İran,  Türkiyə və Azərbaycan kimi ölkələrdən riyaziyyat üzrə tanınmış alimlərin yeni elmi nəticələri yer alıb.

http://iamj.az/Current.aspx

| Ətraflı


Applied and Computational Mathematics beynəlxalq elmi jurnalının təsir əmsalı yüksəlib
30/06/2022

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun təsisçiliyi ilə dərc edilən “Applied and Computational Mathematics” (Tətbiqi və Hesablama Riyaziyyat) beynəlxalq elmi jurnalının təsir əmsalı (impact factor) 3.898-dən yüksələrək 4.771 olub. Beşillik təsir əmsalı isə 2.752-dən 3.172-yə qalxıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, jurnal dünyada tətbiqi riyaziyyat kateqoriyası üzrə “Web of Science Core Collection” siyahısında olan 267 jurnal arasında 4-cü, Avropa İttifaqında 3-cü yerdə qərarlaşıb. MDB məkanında isə əvvəlki illərdəki liderliyini qoruyub, saxlayıb. Jurnalın redaksiya heyətinə 20 ölkənin 38 tanınmış alimi daxildir. Elmi məcmuənin indiyədək 54 nömrəsi nəşr olunub. Jurnalda 60-dək ölkəni təmsil edən müəlliflərin 520-dən çox məqaləsi çap edilib.

Qeyd edək ki, 2008-ci ildə jurnal “Thomson Reuters” (indiki “Clarivate Analytics”) agentliyinin “Science Citation Index Expanded” siyahısına daxil edilib. Bu təşkilatın illik hesabatına (2009 Journal Citation Reports) əsasən 2010-cu ildə jurnal Azərbaycan elm tarixində ilk dəfə olaraq 0.633 təsir əmsalına layiq görülüb. Tətbiqi riyaziyyatın müxtəlif sahələrinə dair məqalələr çap olunan elmi nəşrin hazırda 500-dən çox tanınmış rəyçisi var.

Jurnalın fəxri redaktoru İllinoys Universitetinin (ABŞ) professoru Tamer Başar, baş redaktorları BDU Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru AMEA-nın Rəyasət Heyətinin üzvü akademik Fikrət Əliyev, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, baş redaktor müavinləri AMEA-nın müxbir üzvü Vaqif Quliyev, Doğu Akdeniz Universitetinin (ŞKTR) professoru Nazim Mahmudov, BDU Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun elmi katibi dosent Nərgiz Səfərova, aparıcı elmi işçisi Nazilə Hacıyevadır.

| Ətraflı


BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr olunan daha bir jurnalı impakt faktoru aldı
30/06/2022

 

ABŞ-ın “Clarivate Analytics” Agentliyinin bu günlərdə açıqlanan 2020-ci ilin hesabatına əsasən (bu hesabat ötən dövr üçün agentliyin siyahısında olan yenilikləri, siyahıya daxil olan və xaric edilən elmi jurnalları, onların impakt faktorlarının (təsir əmsalı) dinamikası və s. haqqında məlumatı əks etdirir), Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda (TRETİ) nəşr olunan və “Science Citation Index Expanded” (SCIE) bazasında yer alan “TWMS Journal Pure and Applied Mathematics” (“Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) “Təmiz” və Tətbiqi riyaziyyat jurnalı”) jurnalı 1.892 təsir əmsalı alıb. Bu elmi jurnal “Riyaziyyat” kateqoriyasında 330 beynəlxalq nəşr arasında 43-cü yerdə (Q1 bölməsində), “Tətbiqi riyaziyyat” kateqoriyasında 265 beynəlxalq nəşr arasında 84-cü yerdə (Q2 bölməsində) qərarlaşıb.

Azərbaycanın “Clarivate Analytics agentliyinin bazasına daxil olan və impakt faktor almış ikinci elmi jurnalıdır.

2010-cu ildən ingilis dilində nəşr olunan bu jurnalda nəzəri və tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksəksəviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir. Nəşrin redaksiya heyətinə 20-dən çox ölkənin tanınmış alimləri daxildir. Jurnal 50-dən çox ölkənin universitet və elmi mərkəzlərində yayılır.

Bütün məqalələr “MatReviews”, “Zentrablatt”, “VINITI” kimi nüfuzlu bazalarda referat olunur, “E-Letter”, “NA Digest” elmi saytlarında anons edilir. İndiyədək jurnalın 21 nömrəsi çap olunub.

Qeyd edək ki, jurnalın baş redaktoru Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, TDRC-nin vitse-prezidenti akademik Fikrət Əliyevdir. Jurnalın məsul redaktoru institutun aparıcı elmi işçisi fizika-riyaziyyat elmləri namizədi Qəmər Məmmədovadır.

Sevindirici haldır ki, türk dünyası elminin və eləcə də ölkəmizin uğurları beynəlxalq təşkilat və qurumlar tərəfindən birmənalı qəbul edilir.

| Ətraflı


İnstitutun növbəti uğuru
30/06/2022

 

30 iyun 2022-ci il tarixində İnstitutun Sistemli Analizin Riyazi Problemləri şöbəsinin elmi işçisi  Atif  Namazov AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən dissertasiya şurasında “Diskret qeyri-xətti dinamik sistemlərə daxil olan parametrlərin təyini üçün proqram təminatının işlənməsi və tətbiqləri” mövzusunda 1214.01– Dinamik sistemlər və optimal idarəetmə ixtisasından  riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir.

Elmi rəhbər akademil Fikrət Əliyevdir.



Atif Namazovu kollektivimiz adından ürəkdən  təbrik edirik!

| Ətraflı


Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu Q2 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib
14/04/2022

 

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində müəllifi olduğu məqalə çap olunub. Məqalə “Journal of Mathematical Inequalities” (http://files.ele-math.com/articles/jmi-16-17.pdf) 1.219 yüksək impakt faktorlu  «Clarivate Analytics» Q2 kateqriyalı jurnalda dərc edilib.

“Bircins qruplarda hipoelliptik operatorlar üçün ümumiləşmiş çəkili Sobolev-Morri qiymətləndirmələri” adlı məqalədə bircins qruplarda bir sinif hipoelliptik operatorlar üçün ümumiləşmiş çəkili Sobolev-Morri qitmətləndirmələri bircins qruplarda Kalderon-Ziqmund operatorlarının və kəsr inteqral operatorunun doğurduğu subxətti operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğunu göstərməklə alınmışdır. Baxılan subxətti operatorlar harmonik analizin bir çox operatorlarını, o cümlədən, bircins qruplarda təyin olunmuş  Hardi-Littlvud və kəsr maksimal operatorları, Kalderon-Ziqmund sinqulyar inteqral operatorları, kəsr inteqral operatorları və s. özündə saxlayır.

Məqaləni oxumaq üçün linkə keçid edin:
http://files.ele-math.com/articles/jmi-16-17.pdf

| Ətraflı


Elan
12/04/2022

 

15 aprel 2022-ci il saat 14.00-da Tətbiqi Riyaziyyat ETİ-nin doktorantı, Tərs Məsələlər və Obrazların Tanınması şöbəsinin aparıcı elmi işçisi Nəsibov Şərif Məmməd  oğlunun riyaziyyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün  AMEA -nın Riyaziyyat və Mexanika institutunda "Sobolev bərabərsizliklərində optimal sabitlər və onların tətbiqləri" mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Elmi məsləhətçi: Akademik F.Ə.Əliyev

| Ətraflı


Respublika qəzeti İnstitutun uğuru haqda yazır
07/04/2022

 

BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının monoqrafiyası ABŞ-da nəşr edilib.

BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru akademik Fikrət Əliyev və həmin institutun baş elmi işçisi, riyaziyyat elmləri doktoru, dosent Nailə Vəliyevanın həmmüəllif olduqları 412 səhifəlik monoqrafiya "Algorithms of the synthesis of optimal regulators" (Aliev F.A., Larin V.B., Velieva N.I.) ABŞ-da "Outskirts Press" nəşriyyatında çap olunub.

 

https://respublika-news.az/news/bdu-nun-nezdinde-tetbiqi-riyaziyyat-elmi-tedqiqat-institutunun-emekdaslarinin-monoqrafiyasi-abs-da-nesr-edilib

| Ətraflı


İnstitutun növbəti uğuru
04/04/2022

 

Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru akademik Fikrət Əliyev və həmin institutun baş elmi işçisi riyaziyyat elmləri doktoru, dosent Nailə Vəliyevanın həmmüəlif olduqları 412 səhifəlik monoqrafiyası “Algorithms of the synthesis of optimal regulators” (Aliev F.A., Larin V.B., Velieva N.I.) ABŞ-da “Outskirts Press” nəşriyyatında çap olunub.

Monoqrafiyada cəbri, dövri və birtərəfli Rikkati, Lyapunov və Silvester matris tənliklərinin həlli üsulları təqdim olunub. Həmçinin ümumiləşdirilmiş Silvester tənlikləri, matris polinomların kəsilməz və diskret halda faktorizasiyası alqoritmləri verilib. Eyni zamanda, optimal tənzimləyicilərin sintezi məsələsi faza koordinatlarının bir hissəsi ölçülən halda da araşdırılıb. Məlum parametrləşdirmə (Youla-Jabr-Bongiorno (1976) və Desoer-Liu-Murrau-Saeks (1980) alqoritmlərinin monoqrafiyada təqdim olunan ümumi parametrləşdirmə alqoritmlərinin xüsusi halı olduğu göstərilib. Bu tənliklərdən optimal idarəedicilərin sintezi problemlərində istifadə olunur.

Alınan nəticələr  pilotsuz uçuş aparatlarının idarə edilməsində, qazlift üsulu ilə neftin çıxarılmasında və müxtəlif problemlərin həllində tətbiq olunması göstərilib. Monoqrafiyada alınan nəticələr riyazi dəqiqliklə işlənib, hər bir bölmə çoxsaylı misallarla MATLAB riyazi proqramlar paketində nümayiş etdirilib.

Monoqrafiyadan tələbələr və tətbiqi riyaziyyat və idarəetmə sistemləri nəzəriyyəsi ilə məşğul olan mütəxəssislər istifadə edə bilərlər.

| Ətraflı


İlin alimi
30/03/2022

 

27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb.

Müsabiqə Komissiyasının qərarı ilə, təbiət və dəqiq elmlər üzrə – BDU-nun nəzdində Tətbiqi-Riyaziyyat ETİ-nin direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev I yerə layiq görülərək ilin alimi adını almışdır.
Qeyd edək ki, prof. V. Quliyev “2016-cı İlin Alimi” müsabiqəsinin Fizika, riyaziyyat və texnika elmləri sahəsinin əsas nominasiya üzrə qalibi mükafatı ilə, 2018-ci ildə Clarivate Analytics (Web of Science Awards 2018) agentliyi tərəfindən Azərbaycanda Təbiət elmləri üzrə ən məhsuldar müəllif nominasiyası üzrə qalibi olmuşdur.

Bu münasibətlə kollektivimiz adından Vaqif müəllimi təbrik edirik.

| Ətraflı


Azərbaycan alimlərinin insan ağciyər xərçənginin diaqnostikası üzrə işi Çin alimləri tərəfindən təsdiqlənib
18/03/2022

 

Azərbaycan Resbulikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və AMEA-nın Biofizika İnstitutunun birgə tədqiqatları nəticəsində insan ağciyər xərçənginin klassifikasiyası üzrə süni intellekt yaradılıb və nəticələr  Tətbiqi Riyaziyyat ET İnstitutunda dərc olunan “Applied Computational Mathematics” jurnalının  2021, V.20, N.2, pp.277-289, O.K. Gasymov, A.H. Aydemirova, L.A. Melikova, J.A. Aliyev “Artificial intelligence to classify human lung carcinoma using blood plasma FTIR spectra” başlıqlı məqalədə öz əksini tapıb.

Ətraflı məlumat linkdə

https://science.gov.az/az/news/open/20213

 

| Ətraflı


BDU-da “Elm günləri”nə start verilib
17/03/2022

 

Bakı Dövlət Universitetində (BDU) 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində silsilə elmi seminarlar başlayıb.

17.03.2022-ci il tarixində TRET İnstitutun növbəti seminarı keçirildi.

Seminarda İnstitutun direktoru akademik Fikrət Əliyev "Elm günü ərəfəsində BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nun əldə etdiyi elmi uğurlar" mövzusunda məruzə etdi.

Məruzədə son illərdəTətbiqi Riyaziyyat ETİ -də əldə oluna elmi nəticələr və onların konkret praktiki sahələrə tətbiqləri, aparılan elmii təşkilati fəaliyyət haqqında məruzə ediləcək. İnstitutda riyaziyyat üzrə fəlsəfə dokturu və riyaziyyat üzrə elmlər doktoru istiqamətində dissertasiya işləri hazırlanmasından, elmi kadrların hazırlanması istqamətində elmi-tədqiqat işləri aparılmasından da bəhs ediləcək. İnstitut beynəlxalq əlaqələrin genişləndirilməsini də həmişə diqqət mərkəzində saxlamış, dünyanın müxtəlif ölkələrində yerləşən elm və təhsil müəsisələri ilə səmərəli əməkdaşlıq qura bilmişdir. Belə ki, Almaniya, Çexiya, Ukrayna, Belorusiya, Kazaxstan, Özbəkistan ilə birlikdə yerinə yetirilən “SOMPATY - Spectral Optimization: From Mathematics to Physics and Advanced Technology” layihəsi çərçivəsində qrant üzvləri elmi  vebinarda iştirak ediblər. Hesabat ilində 11 elmi vebinar kecirilmişdir. İnstitutda ilk dəfə pilotsuz uçan dronların riyazi modeli qurulmuş və onun havaya qaldırılması alqoritimləri işlənib hazırlanmışdır. Həmçinin bunların komputer simulyasiyası hazırlanmışdır.

İnstitutda elmin bu və ya digər istiqamətində işlər uğurla davam etdirilir və qarşıya qoyulmuş məsələlərin həlli istiqamətində işlər səylə aparılır.

 

| Ətraflı


Elan
15/03/2022

 

BDU-da “Elm günləri”nə start verilib
Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat ETİ -də “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində silsilə beynəlxalq elmi seminarlar keçirilmişdir.

01.03.2022-ci il tarixində İnstitutun növbəti seminarında institutun dissertantı Şərqiyyə Fərəcovanın  "Çixişa nəzərən stabilizasiya məsələlərinin zaman və tezlik hesablama üsullari ilə həlli" mövzusunda  dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

Seminarda  institutun əməkdaşları, qonaqlar və onlayn formada xarici qonaq qismində Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü,  Atatürk Universitetinin Riyaziyyat bölməsinin professorları  Ahmet Ocak Akdemir, Erhan Set və azərbaycanın müxtəlif universitetlərinin  alimləri  iştirak ediblər. Məruzəçi Şərqiyyə Fərəcova dissertasiya işi haqqında ətrafli məruzə edib və məruzəçiyə müxtəli suallar verilmişdir. Sonra rəyçilər r.e.d. Əli ramazanov və r.ü.f.d. Nazilə Haciyeva çxış edərək dissertasiya işi ilə bağlı oz fikir və iradlarını bildirdilər.

Rəyçilərin çıxışlarından sonra dissertantın elmi rəhbəri akademik Fikrət Əliyev, AMEA-nın müxbir üzvü Vaqif Quliyev, r.e.d. Mütəllim Mütəllimov, r.e.d. Yaqub Şərifov, r.e.d. Misrəddin Sadıqov, r.e.d. Nailə Vəliyeva çıxış edərək dissertasiya işi ilə bağlı oz  müsbət fikirlərin bildirdilər.

09.03.2022-ci il saat 15:30-da Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı və Ahi Evran Universiteti Fenn Edebiyyat Fakultesi Matematik Bölümünün birgə seminarı keçirilmişdir. Seminarda  Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev "Bircins qruplarda hipoelliptik operatorlar üçün ümumiləşmiş Sobolev-Morri qiymətləndirmələri " mövzusunda məruzə etmişdir.

Məruzədə bircins qruplarda bir sinif hipoelliptik operatorlar üçün ümumiləşmiş Sobolev-Morri qitmətləndirmələri bircins qruplarda Kalderon-Ziqmund operatorlarının və kəsr inteqral operatorunun doğurduğu subxətti operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğunu göstərməklə alınmaşından danışılacaqdır. Baxılan subxətti operatorlar harmonik analizin bir çox operatorlarını, o cümlədən, bircins qruplarda təyin olunmuş  Hardi-Littlvud və kəsr maksimal operatorları, Kalderon-Ziqmund sinqulyar inteqral operatorları, kəsr inteqral operatorları və s. özündə saxlayır.

15.03.2022-ci il tarixində İnstitutun növbəti  seminarında Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru  Ali Shokri "Aşkar xətti çoxaddımlı üsullarda P-dayanıqlılıq" mövzusunda məruzə etmişdir.

Məruzədə Xətti çoxaddımlı P-dayanıqlılıq üsullar açıq ola bilməz, onlar gizli olmalıdır və gizli olmaq P-dayanıqlılığın mühüm xüsusiyyətini əldə etmək üçün vacib şərtdir. Qeyri-xətti və ya ən çox P-dayanıqlılıq olan bir neçə açıq P-dayanıqlılıq üsul yaradılmışdır. Ədəbiyyatda ilk dəfə olaraq, bu məqalədə ikinci dərəcəli adi diferensial tənliklərin ilkin dəyər məsələlərinin ədədi həlli üçün ardıcıl sonsuzluğun faza geriləməsi ilə açıq xətti iki addımlı sinqulyar P-sabit üsulların yeni ailəsini yaradırıq. Nəhayət, bəzi tanınmış problemlər üçün yeni ailənin əldə etdiyi ədədi nəticələr onun effektivlik, dəqiqlik, yaxınlaşma və sabitlik baxımından üstünlüyünü göstərir.

Seminarda  institutun əməkdaşları, onlayn formada azərbaycanın müxtəlif universitetlərinin alimləri və Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Atatürk Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set iştirak etmişlər. Məruzədən sonra seminar diskussiya şəklində davam etmiş, məruzəçi ona verilən sualları cavablandırmışdır.

| Ətraflı


Institutun növbəti uğuru
11/03/2022

 

11 mart 2022-ci il tarixdə Tətbiqi Riyaziyyat ETİ-nin doktorantı, ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun əməkdaşı Camalbəyov Məhəmməd Asəf oğlu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Kollektorlari mürəkkəb deformasiyaya məruz qalan qaz-kondensat və yüngül neft yataqlarinin işlənilmə göstəricilərinin proqnozlaşdirilmasi və interpretasiyasi metodlari" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.

Institutun kollektivi adından Məhəmməd müəllimi təbrik edir, ona elmi fəaliyyətində uğurlar arzulayırıq.

| Ətraflı


Elan
10/03/2022


11 mart 2022-ci il saat 11.00-da Tətbiqi Riyaziyyat ETİ-nin doktorantı, ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun əməkdaşı Camalbəyov Məhəmməd Asəf oğlunun texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Kollektorlari mürəkkəb deformasiyaya məruz qalan qaz-kondensat və yüngül neft yataqlarinin işlənilmə göstəricilərinin proqnozlaşdirilmasi və interpretasiyasi metodlari" mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Elmi məsləhətçi: Akademik F.Ə.Əliyev

| Ətraflı


Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun və Ahi Evran Universiteti Fenn Edebiyyat Fakultesi Matematik Bölümünün birgə seminarı
09/03/2022

 

09.03.2022-ci il saat 15:30-da Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı və Ahi Evran Universiteti Fenn Edebiyyat Fakultesi Matematik Bölümünün birgə seminarı keçirilmişdir. Seminarda  Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev "Bircins qruplarda hipoelliptik operatorlar üçün ümumiləşmiş Sobolev-Morri qiymətləndirmələri " mövzusunda məruzə etmişdir.

Məruzədə bircins qruplarda bir sinif hipoelliptik operatorlar üçün ümumiləşmiş Sobolev-Morri qitmətləndirmələri bircins qruplarda Kalderon-Ziqmund operatorlarının və kəsr inteqral operatorunun doğurduğu subxətti operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğunu göstərməklə alınmaşından danışılacaqdır. Baxılan subxətti operatorlar harmonik analizin bir çox operatorlarını, o cümlədən, bircins qruplarda təyin olunmuş  Hardi-Littlvud və kəsr maksimal operatorları, Kalderon-Ziqmund sinqulyar inteqral operatorları, kəsr inteqral operatorları və s. özündə saxlayır.

| Ətraflı


Institutun növbəti uğuru
28/02/2022

 

25.02.2022-ci il tarixində "Sistemli Analizin Riyazi Problemləri" şobəsinin böyük elmi işçisi Musayev Hümmət "Konvolution operator-diferensial tənliklərin maksimal requlyarlıq xassələri və tətbiqləri" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.

Institutun kollektivi adından Hümmət müəllimi təbrik edir, ona elmi fəaliyyətində uğurlar arzulayırıq.

| Ətraflı


Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu Q2 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib
28/02/2022

 

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində müəllifi olduğu məqalə çap olunub. Məqalə “Results in Mathematics” (https://www.springer.com/journal/25) 1.199 yüksək impakt faktorlu  Q2 kateqoriyalı jurnalda dərc edilib.

Stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında kommutatorların BMO fəzalarında xarakterizasiyası” adlı məqalədə stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında kəsr maksimal kommutator operatorun və kəsr maksimal operatorun kommutatorunun məhdudluğu üçün meyarlar alınmışdır.  Bu nəticələrin tətbiqi olaraq stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında maksimal kommutator operatorun və kəsr maksimal operatorun kommutatorunun məhdud olması üçün zəruri və kafi şərtlər tapılmişdir.

Məqaləni oxumaq üçün linkə keçid edin:
https://link.springer.com/article/10.1007/s00025-021-01578-0

 

| Ətraflı


VAQİF QULİYEV - 65
22/02/2022

 

Fevralın 22-də tanınmış riyaziyyatçı, görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi Tədqiqiat İnsitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Quliyevin 65 yaşı tamam olur.

Quliyev Vaqif Sabir oğlu 1957-ci il fevralın 22-də Salyan rayonunda anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildə fəlsəfə doktoru, 1994-cü ildə elmlər doktoru elmi dərəcəsini (V.A. Steklov adına Riyaziyyat institutu, Moskva ş.), 1997-ci ildə professor elmi adını almış, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

1994-cü ildə 37 yaşlı azərbaycanlı alim Moskva şəhərinin V.A. Steklov adına Riyaziyyat İnstitutunun ixtisaslaşdırılmış müdafiə şurasnda «Интегральные операторы в пространствах функций на однородных группах и на областях в  »  mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alır. Onu da qeyd edək ki, V. Quliyev dünyanın bu mötəbər riyaziyyat məktəbində 70 illik sovetlər dönəmindən indiyədək elmi iş müdafiə edib elmlər doktoru alimlik dərəcəsi alan beş azərbaycanlı alimin beşincisidir.

V.S. Quliyev  elmi fəaliyyətini 1983-cü ildən başlayaraq SSRI EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutunda (Moskva) davam etdirmiş, 1987 və 1991-ci illərdə V.A. Steklov adına Riyaziyyat İnstitutunda elmi stajkeçmədə olmuşdur. O, 1991-ci ildə V.A. Steklov adına Riyaziyyat İnstitutunda stajkeçmədə olarkən Heyzenberq qruplarında təyin olunmuş funksional fəzalarda daxilolma teoremləri və yaxınlaşmalar nəzəriyyəsi sahəsində aldığı fundamental nəticələrinə görə bu institutun elmi işçisi sifəti ilə Almaniya Federativ Respublikasının Yena şəhərində yerləşən Fridrix-Şiller Universitetinə elmi məzuniyyətə göndərilmiş və burada prof. H.Tribelin rəhbərlik etdiyi seminarda elmi mühazirələr oxumuşdur.

Mütəmadi olaraq V.A.Steklov adına Riyaziyyat İnstitutu ilə əlaqəsini davam etdirmişdir. 2005 və 2015-ci illərdə Rusiya Elmlər Akademiyasının V.A.Steklov adına Riyaziyyat İnstitutunun  akad. S.M. Nikolsinin 100 və 110 illik yubileyinə həsr olunmuş beynəlxalq konfranslarda plenar məruzəçi qismində çıxış etmişdir. 2008 və 2018-ci illərdə Rusiya EA-nın müxbir üzvü, prof. L.D. Kudryavtçevin 85 və 95 illik yubileyinə həsr olunmuş  beynəlxalq konfranslarda plenar məruzəçi qismində çıxış etmişdir. 2006 və 2018-ci illərdə Rusiya Elmlər Akademiyasının Sobolev adına Riyaziyyat İnstitutunun akad. S.L. Sobolevin 100 və 110 illik yubileyinə həsr olunmuş beynəlxalq konfranslarda plenar məruzəçi qismində çıxış etmişdir.

AEA Kibernetika İnstitutunda elmi işçi (1978-1983), ADU-nun (indiki BDU) Riyazi analiz kafedrasında assistent, baş müəllim, dosent, professor (1983-2009), əvəzçiliklə professoru (2009-2019) vəzifəsində çalışmışdır. 2009-cu ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi, 2015-2019-cu illərdə elmi işlər üzrə direktoru, 2014-ci ildən əvəzçiliklə Riyazi analiz şöbəsinin müdiridir. 2019-ci ildən BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda baş elmi işçi, 2021-ci ildən isə elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.  2015-ci ildən Rusiya Xalqlar Dostluğu Universitetinin akad. S.M. Nikolski adına Riyaziyyat İnstitutunun xarici tədqiqatçı kimi baş elmi işçisidır.

V. Quliyev bircins Li qruplarında və bir çox hiperqruplarda harmonik analizin aktual məsələləri sahəsində çalışan alimlər arasında özünəməхsus yer tutur. Belə ki, V. Quliyev tərəfindən bircins Li qruplarında təyin olunmuş yeni lokal Morri tipli fəzalarında (ədəbiyyatda artıq Quliyev-Morri tipli fəzalar da adlandırılır) daxiletmə teoremlərini araşdırmışdır. Elmi işləri bircins tipli  fəzalarda və  bircins  Li qruplarında funksional fəzalarda inteqral operatorlar nəzəriyyəsinə, çoхdəyişənli diferensiallanan funksiyalar fəzaları  üçün daхilolma teoremləri nəzəriyyəsinə, Heyzenberq qruplarında təyin olunmuş funksional fəzalar üçün yaхınlaşmalar nəzəriyyəsinə, banaхqiymətli funksional fəzalar nəzəriyyəsinə, çoхölçülü kompleks oblastlarda təyin olunmuş holomorf və harmonik funksiyalar fəzaları nəzəriyyəsinə, Morri tipli fəzalarda inteqral operatorların məhdudluğu və onların diferensial tənliklər nəzəriyyəsinə tətbiqi məsələlərinə həsr olunmuşdur. Sinqulyar və sinqulyar olmayan inteqrallar və onların kommutatorlarının cəkili və cəkisiz ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün meyarlar alınmışdır. Elliptik və parabolik tipli diferensial tənliklərin həllərinin çəkili və çəkisiz ümumiləşmiş Morri fəzalarında requlyarlığı araşdırılmış və baxılan tənliliklərin zəif həllərinin qradiyenti üçün qiymətləndirmələr alınmışdır.

V. Quliyev 2 monoqrafiya və 250-dən çox elmi əsərin müəllifidir. O, Azərbaycanda və regionda Clarivate Analytics bazasında ən çox məqaləsi çap olunan (180-dən çox məqalə) və ən çox isnad alan (Clarivate Analytics bazasında 1600, Google Scholarda 4150, MathSciNet Mathematical reviews 1400 isnad) tanınmış alimlərdəndir. Google Scholarda elmi əsərlərə isnadların sayı 4250, H-indeksi 34-dür.

V.Quliyev 4 dəfə (2014,2015,2017, 2020) Padova Universitetində (İtaliya) fəlsəfə doktoru disertasiya işinin müdafiəsində komisssiyanın üzvü (opponent) kimi iştirak etmişdir.
Rəhbərliyi altında 4 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlanmışdır. 2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür. “AMEA-nın Xəbərləri, riyaziyyat buraxılışı” jurnalının baş redaktoru, "Applied and Computational Mathematics" beynəlxalq jurnalının baş redaktor müavini və "TWMS Journal Pure and Applied Mathematics" beynəlxalq jurnalının beynəlxalq redaksiya heyətinin üzvüdür. Azərbaycan Riyaziyyat Cəmiyyəti İdarə Heyətinin üzvü, bu cəmiyyətin əsərlərinin 2-ci cildinin məsul katibi olmuşdur.

2000-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə, “2016-cı İlin Alimi” müsabiqəsinin Fizika, riyaziyyat və texnika elmləri sahəsinin əsas nominasiya üzrə qalibi mükafatı ilə, 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının FƏXRİ FƏRMANI ilə təltif edilmiş, 2018-ci ildə Clarivate Analytics (Web of Science Awards 2018) agentliyi tərəfindən Azərbaycanda Təbiət elmləri üzrə ən məhsuldar müəllif nominasiyası üzrə qalibi olmuşdur.

Vaqif Quliyevin sədirliyi ilə “Operators on Morrey-Type Spaces and Applications” adlı Beynəlxalq Elmi konfransı Türkiyənin Ahi Evran (2011,2017) və Dumlupinar (2019) universitetlərində keçirilmişdir.
Son illərdə alim bircins qruplarda bir sinif hipoelliptik operatorlar üçün ümumiləşmiş Sobolev-Morri qitmətləndirmələri bircins qruplarda Kalderon-Ziqmund operatorlarının və kəsr inteqral operatorunun doğurduğu subxətti operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğunu göstərməklə almışdır. Belə ki, baxılan subxətti operatorlar harmonik analizin bir çox operatorlarını, o cümlədən, bircins qruplarda təyin olunmuş  Hardi-Littlvud və kəsr maksimal operatorları, Kalderon-Ziqmund sinqulyar inteqral operatorları, kəsr inteqral operatorları və s. özündə saxlayır. Həmçinin, ikinci tərtib divergent elleptik tənliklərin həllərinin birinci tərtib törəmələrinin modifit lokal ümumiləşmiş Morri fəzalarında requlyarlığı məsələsinə baxıb, belə ki, tənliyin əmsalları Sarason VMO sinfindəndır. Əsas məqsəd ikinci tərtib divergent formalı elleptik diferensial tənliklərin həllərinin birinci tərtib törəmələrinin Kalderon-Ziqmund nüvəli sinqulyar operator və onların kommutatorları vasitəsilə ifadəsinin verilməsidir. Bu ifadələri birləşdirərək hər bir operator üçün Morri tip qiymətləndirmələrdən istifadə edərək baxılan tənliyin həllərinin qlobal requlyarlığı məsələsi araşdırılmışdır. Alınmış nəticələr Clarivate Analytics bazasına daxil olan  yüksək impakt factorlu jurnallarda çap edilmişdir.

O, hansı sahədə çalışır-çalışsın, hansı vəzifəni tutur-tutsun, dünyanın harasında olursa-olsun tək bir məqsədi var: Azərbaycan elminə layiqincə xidmət etmək. Əminliklə söyləmək olar ki, Vaqif Quliyev özünün-özünə verdiyi bu andına sadiqdir, bunu onun dəyərli həyat və fəaliyyəti də sübut edir. Vaqif müəllim də özündən əvvəlki məktəblərin bəhrələrindən yararlandıqca, uğurlarının, nailiyyətlərinin sayı artır. Beləcə, ona inam, etimad da çoxalır. Elə buna görə də böyük bir alimlər qrupunu çəkib ardınca aparır, çalışdığı elm mərkəzində Azərbaycanın riyaziyyat elminin inkişafı naminə bugünümüzün məktəbini yaradır.

Vaqif Quliyev Azərbaycan elminin dünya səviyyəsində tanıdılması istiqamətində yorulmadan çalışır, dünya riyaziyyat elminə töhfələr verir. Ona bu işdə institutumuzun əməkdaşları  adından uğurlar arzulayıb, zehniniz, yolunuz daim açıq olsun deyirik...

| Ətraflı


Professor Aleksandr Şoştak TRET İnstitutunun qonağı oldu
23/12/2021

 

BDU da keçirilən böyük alim Lütfi Zadənin 100 illiyinə həsr olunmuş “Fuzzy Logic and Application” beynəlxalq konfransda dəvətli qismində iştirak edən Riqa Universitetinin professoru, tanınmış alim Aleksandr Şoştak  BDU-nun Tətbiqi Riyaziyyat ETİ–da olmuşdur.

Qonaq institutla tanış olduqdan sonra, institutun direktoru akademik Fikrət Əliyev ona institutda aparılan elmi istiqamətlər, son illərdə alınan elmi nəticələr, çap olunan jurnallar, institut tərəfindən keçirilən konfranslar haqda ətraflı məlimat verdi. Həmçinin birgə tədqiqat işlərinin aparılması üçün müəyyən razılıqlar əldə edildi.

Qonağa Tətbiqi Riyaziyyat Elmi Tədqiqat institutunda cap olunan “Applied and Computational Mathematics an International Journal”  və ” TWMS Journal of  Pure and Applied Mathematics”  jurnallarının son nömrələri hədiyyə olundu.

| Ətraflı


Akademik Fikrət Əliyev SOMPATY - Spectral Optimization: From Mathematics to Physics and Advanced Technology layihəsi çərçivəsində keçirilən vebinarda iştirak edib
25/11/2021

 

Bu gün Tətbiqi Riyaziyyat ETİ-nin direktoru akademik Fikrət Əliyev,  İnstitutun əməkdaşları  f.r.e.n. Nərgiz Səfərova,  f.r.e.n. Qəmər Məmmədova,  BDU-nun  Mexanika-Riyaziyyat fakultəsinin dekanı professor Nizaməddin İsgəndərov, fakultənin əməkadşı f.r.e.n. Elvin Əzizbəyov  SOMPATY - Spectral Optimization: From Mathematics to Physics and Advanced Technology layihəsi çərçivəsində  keçirilən vebinarda iştirak ediblər.

Plenar məruzə ilə Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitututunun professoru Alexandra Antoniouk çıxış etdi.

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |