Xəbərlər
Elan12/11/2014
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsini elan etmişdir.
| ƏtraflıDoktorluq dissertasiyasının müdafiəsi
04/11/2014
04.11.2014 tarixində Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD.02.017 Dissertasiya Şurasında Natiq Söhrab oğlu İbrahimovun "Kvazioptika tənlikləri üçün identifikasiya məsələləri" 1214.01 – Dinamik sistemlər və optimal idarəetmə ixtisasından riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirildi.
Jurnalın növbəti nömrəsi çapdan çıxdı
31/10/2014
Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) mətbu orqanı olan "Turkic World Mathematical Society Journal of Pure and Applied Mathematics" jurnalının növbəti nömrəsi capdan çıxmışdır.
http://iam.bsu.edu.az/az/content/contents_v5_no2_2014
| Ətraflı
Jurnal
30/09/2014
Institutun «Proceedings of Institute of Applied Mathematics» adlı dövrü elmi jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 16 may 2014-cü il tarixli (protokol № 07-R) qərarı ilə Riyaziyyat elmləri üzrə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövrü elmi nəşrlərin siyahısı” na daxil edilmişdir.
| Ətraflı
FİKRƏT ƏLİYEV - 65
13/08/2014
13 avqust 2014-cü il tarixində BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin direktoru Akademik Fikrət Əhmədəli oğlu Əliyevin 65 yaşı tamam olur.
Applied and Computational Mathematics
12/08/2014
"Thomson Reuters"in siyahısında impakt faktor alan ilk və yeganə Azərbaycan jurnalı "Applied and Computational Mathematics" (Tətbiq və Hesablama Riyaziyyatı) yenidən irəlidədir.
Bu məlumat təşkilatın 2013-cü il hesabatında yer alıb. "Applied and Computational Mathematics" əldə etdiyi təsir əmsalı ilə postsovet ölkələri ilə yanaşı, Şərqi Avropada nəşr edilən uyğun profilli jurnalları da qabaqlamağa müvəffəq olub. Hazırda jurnal hər nömrə 300 tirajla cap olunur.
| ƏtraflıQırğızıstanda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V Konqresi keçirildi
10/06/2014
5-7 iyun 2014-cü iltarixində Qırğızıstanın “İssık-Kul” gölünün sahilində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V Konqresi keçirildi.
| Ətraflı
TWMS Journal of Pure and Applied Mathematics jurnalının növbəti nömrəsi işıq üzü gördü
19/05/2014
Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) mətbu orqanı olan "Turkic World Mathematical Society Journal of Pure and Applied Mathematics" jurnalının növbəti nömrəsi capdan çıxmışdır. Jurnalda Azərbaycan, Sepbiya, İran, Qazaxıstan, Hindistan, Cənubi Afrika, Malayziya, və s. ölkələrin tanınmış riyaziyyatçılarının məqalələri çap olunmuşdur.
| ƏtraflıRabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxışı
23/04/2014
“…Ümumiyyətlə, RYTN AMEA ilə çox sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq tətbiqi işlərin yerinə yetirilməsi, elmi jurnalların maliyyələşdirilməsi, bir qrup tədqiqatçıya təqaüdlərin verilməsi, həmçinin Elmin İnkişafı Fondu və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən tətbiqi işlərə qrantların verilməsi, konfrans və forumların təşkili, elmi ezamiyyətlər və digər dəstəkləyici tədbirlərin həyata keçirilməsi kimi işləri əhatə edir. Yəqin ki, RYTN, AMEA və BDU-nun Tətbiqi Riyaziyyat İnstitutunun birgə təsisçiliyi ilə yaradılmış və bu gün Azərbaycanda yeganə “İmpact Faktor”-a malik olan ingilis dilində çap olunan beynəlxalq “Tətbiqi və hesablama riyaziyyatı” jurnalının da hesabat ilində rolunu qeyd etmək çox ədalətli olar. …”
Müdafiə Şurasının növbəti iclası keçirildi
02/04/2014
02.04.2014 tatrixdə FD.02.017 Dissertasiya Şurasının növbəti iclası keçirildi. İclasda Şurada daxil olmuş dissertasiya işləri haqqında müzakirələr keçirildi.
| Ətraflı
Genişləndirilmiş Elmi Şura
28/02/2014
Bu gün Bakı Dövlət Universitetinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitunun direktoru, akademik Fikrət Əliyev institutda son illərdə əldə olunan elmi nailiyyətlərdən, beynəlxalq uğurlardan danışdı.
Müsahibə
14/02/2014
Fikrət Əliyev: “Azərbaycanın güclü elmi potensialı var” – MÜSAHİBƏ
“Azərbaycanda “Tomson Röyter” agenliyinin elmi bazasına çıxışın olması vacibdir”
Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnsitutunun direktoru, akademik Fikrət Əliyevin Editor.az-a müsahibəsi
Akademik Fikrət Əliyev beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçilib
15/01/2014
Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnsitutunun direktoru, akademik Fikrət Əliyev "Computational Methods for Differential Equations " (Diferensial tənliklər üçün hesablama üsulları) beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.
| Ətraflı
Yeni monoqrafiya capdan çıxdı
08/01/2014
Akademik Fikrət Əliyev, f.r.e.d. Ağəddin Niftiyev və f.r.e.n. Cavanşir Zeynallının müəllifləri olduğu "Методы решения задач нечеткого оптимального управления" adlı monoqrafiyası çapdan çıxmışdır.
| Ətraflı
İnstitutunun illik hesabatı dinlənildi
24/12/2013
Dekabrın 24-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabat iclasında Tətbiqi Riyaziyyat İnstitutunun illik hesabatı dinlənildi. İnstitutun direktoru akademik F.Ə. Əliyev hesabatı təqdim etdi.
Elmi Şuranın növbəti iclası keçirildi
27/11/2013
27.11.2013 tarixində İnstitutun genişlənmiş elmi şurasının iclası keçirildi. İclasda Universitetinin Böyük Elmi Şurasına İnstitutdan üzvün seçilməsi məsələsinə baxıldı. İclasda Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru prof. Aydın Kazımzadə iştirak edirdi. İclasın sədri İnstitutun direktoru Akademik Fikrət Əliyev namizədlər haqqında ətraflı məlumat verdi. Sonda gizli səsvermə ilə "Tərs məsələlər və qeyri-xətti tənliklər" şöbəsinin müdiri f.r.e.d. Yusif Qasımov Universitetinin Böyük Elmi Şurasına üzv seçildi.
Akademik Əhliman Əmiraslanov: “Beynəlxalq tələblərə cavab verməyən jurnalların fəaliyyəti dayandırılacaq”
26/11/2013
| Ətraflı
Dünyaya səs alan gənc alimin elmimiz haqqında fikirləri
26/11/2013
| Ətraflı
Azərbaycanda elmin problemləri və inkişaf perspektivləri
05/11/2013
Akademik F.Ə.Əliyev və f.r.e.n. Ş.S.Ağayevin müəllifləri olduğu “Azərbaycanda elmin problemləri və inkişaf perspektivləri” adlı kitabi çapdan çıxmışdır.
| Ətraflı
“Applied and Computational Mathematics” jurnalının “Neftqazelmitədqiqatlayihə” İnstitutda təqdimatı
23/10/2013
23 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutunda «Azərbaycan neft təsərrüfatı» jurnalının redaksiya heyətinin növbəti iclası keçirildi. AMEA-nın, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin təsis etdiyi “Applied and Computational Mathematics” (Tətbiq və Hesablama Riyaziyyatı) jurnalının həm-baş redaktoru akademik F.Ə. Əliyev və icraçı redaktoru f.-r.e.n. N.Ə. Səfərova iclasda iştirak etdilər.
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |