Xəbərlər
Müdafiə Şurasının növbəti iclası keçirildi02/04/2014
02.04.2014 tatrixdə FD.02.017 Dissertasiya Şurasının növbəti iclası keçirildi. İclasda Şurada daxil olmuş dissertasiya işləri haqqında müzakirələr keçirildi.
| Ətraflı
Genişləndirilmiş Elmi Şura
28/02/2014
Bu gün Bakı Dövlət Universitetinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitunun direktoru, akademik Fikrət Əliyev institutda son illərdə əldə olunan elmi nailiyyətlərdən, beynəlxalq uğurlardan danışdı.
Müsahibə
14/02/2014
Fikrət Əliyev: “Azərbaycanın güclü elmi potensialı var” – MÜSAHİBƏ
“Azərbaycanda “Tomson Röyter” agenliyinin elmi bazasına çıxışın olması vacibdir”
Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnsitutunun direktoru, akademik Fikrət Əliyevin Editor.az-a müsahibəsi
Akademik Fikrət Əliyev beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçilib
15/01/2014
Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnsitutunun direktoru, akademik Fikrət Əliyev "Computational Methods for Differential Equations " (Diferensial tənliklər üçün hesablama üsulları) beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.
| Ətraflı
Yeni monoqrafiya capdan çıxdı
08/01/2014
Akademik Fikrət Əliyev, f.r.e.d. Ağəddin Niftiyev və f.r.e.n. Cavanşir Zeynallının müəllifləri olduğu "Методы решения задач нечеткого оптимального управления" adlı monoqrafiyası çapdan çıxmışdır.
| Ətraflı
İnstitutunun illik hesabatı dinlənildi
24/12/2013
Dekabrın 24-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabat iclasında Tətbiqi Riyaziyyat İnstitutunun illik hesabatı dinlənildi. İnstitutun direktoru akademik F.Ə. Əliyev hesabatı təqdim etdi.
Elmi Şuranın növbəti iclası keçirildi
27/11/2013
27.11.2013 tarixində İnstitutun genişlənmiş elmi şurasının iclası keçirildi. İclasda Universitetinin Böyük Elmi Şurasına İnstitutdan üzvün seçilməsi məsələsinə baxıldı. İclasda Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru prof. Aydın Kazımzadə iştirak edirdi. İclasın sədri İnstitutun direktoru Akademik Fikrət Əliyev namizədlər haqqında ətraflı məlumat verdi. Sonda gizli səsvermə ilə "Tərs məsələlər və qeyri-xətti tənliklər" şöbəsinin müdiri f.r.e.d. Yusif Qasımov Universitetinin Böyük Elmi Şurasına üzv seçildi.
Akademik Əhliman Əmiraslanov: “Beynəlxalq tələblərə cavab verməyən jurnalların fəaliyyəti dayandırılacaq”
26/11/2013
| Ətraflı
Dünyaya səs alan gənc alimin elmimiz haqqında fikirləri
26/11/2013
| Ətraflı
Azərbaycanda elmin problemləri və inkişaf perspektivləri
05/11/2013
Akademik F.Ə.Əliyev və f.r.e.n. Ş.S.Ağayevin müəllifləri olduğu “Azərbaycanda elmin problemləri və inkişaf perspektivləri” adlı kitabi çapdan çıxmışdır.
| Ətraflı
“Applied and Computational Mathematics” jurnalının “Neftqazelmitədqiqatlayihə” İnstitutda təqdimatı
23/10/2013
23 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutunda «Azərbaycan neft təsərrüfatı» jurnalının redaksiya heyətinin növbəti iclası keçirildi. AMEA-nın, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin təsis etdiyi “Applied and Computational Mathematics” (Tətbiq və Hesablama Riyaziyyatı) jurnalının həm-baş redaktoru akademik F.Ə. Əliyev və icraçı redaktoru f.-r.e.n. N.Ə. Səfərova iclasda iştirak etdilər.
Akademik Fikrət Əliyev “Nonlinear Oscillations” beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçilib
17/10/2013
Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnsitutunun direktoru, akademik Fikrət Əliyev "Nonlinear Oscillations" ("Нелинейные колебания") beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.
| Ətraflı
Doktorluq dissertasiyasının müdafiəsi
24/09/2013
24.09.2013 tarixdə BDU-nun nəzdində fəaliyyətə başlamış FD.02.017 dissertasiya şurasında Murad Həsən oğlu İmanovun “Faza məhdudiyyətli optimal idarəetmə məsələlərinin requlyar həllərinin oxşar həllər metodu vasitəsilə tədqiqi” movzusunda doktorluq dissertasiyasının müdafiəsi keçirildi.
Nobel Qardaşlarının II Elmi-İnnovativ Konfransı
13/09/2013
13-14 sentyabr 2013-cü il tarixində Stokholmda (İsveç) Nobel Qardaşlarının II Elmi-İnnovativ Konfransı keçirildi. Konfrans “Nobel Oil LTD” Şirkətinin dəstəyi və İsveç Biznes Tarixi Mərkəzi, Azərbaycan-Skandinaviya Əməkdaşlığı və Bakı Nobel İrsi Fondunun birgə əməkdaşlığı ilə təşkil olunmuşdu. İnstitutun direktoru akademik F.Ə. Əliyev, elmi katibi, f.-r.e.n. N.Ə. Səfərova və b.e.i., f.-r.e.n. Q.H. Məmmədova bu konfransda iştirak etdilər.
Yubiley
11/09/2013
İnstitutun kollektivi informatika üzrə direktor müavini f.r.e.n. Nailə Vəliyevanı yubileyi münasibətilə təbrik edir, ona gələcək elmi və təşkilati işlərində müvəffəqiyyətlər arzulayır.
Nailə Vəliyeva 1975-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsini müvəffəqiyyətlə başa vurmuş və 1992-cü ildən Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda böyük elmi işçi, hal-hazırda isə informatika üzrə direktor müavini vəzifəsində işləyir. O, 2000-ci ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. N.İ.Vəliyeva 30-dan çox elmi əsərin müəllifidir. O, İnstitutun həyata keçirdiyi bütün elmi və təşkilati işlərində fəal iştirak edir.
| ƏtraflıSənaye Tətbiqli Optimallaşdırma və İdarəetmə IV beynəlxalq konfransı
23/07/2013
09-12 iyul 2013–cü il tarixində Boroveçdə (Bolqarıstan Respublikası) “Sənaye Tətbiqli Optimallaşdırma və İdarəetmə” IV beynəlxalq konfransı keçirildi. Bu konfrans Sofiya Texniki Universitetinin, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi və BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin fəal iştirakı ilə təşkil olunmuşdu. Konfransda dünyanın 10-dək ölkəsindən 50-dən çox tanınmış alim məruzə ilə iştirak edirdi.
Konfransın açılışında Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Naziri, akademik Ə. Abbasovun konfrans iştirakçılarna təbriki oxundu.
Dissertasiya Şurasının iclası
04/06/2013
İnstitutda BDU-nun nəzdində fəaliyyət göstərən FD.02.017 Dissertasiya Şurasının 1-ci iclası keçirildi. Şuranın sədri akademik Fikrət Əliyev iclası açaraq Şura üzvlərini fəaliyyətə başlamaları münasibəti ilə təbrik etdi. Sonra gundəlikdə olan məsələlərə baxıldı.
“Nobel oil” şirkətində müşavirə
18/03/2013
6 mart 2013-cü il tarixində “Nobel oil” şirkətində BDU-nun “Tətbiqi Riyaziyyat” ETİ–nin bir qrup əməkdaşlarının iştirakı ilə Azərbaycanda neft sənayesi və onun problemlərinə həsr olunmuş elmi-texniki müşavirə keçirildi. Müşavirənin keçirilməsində əsas məqsəd Azərbaycanın neft yataqlarının istismarında mövcud problemlərin araşdırılması və müasir elmin metodlarından istifadə edərək həll yollarını müəyyənləşdirmək olmuşdur. Müşavirədə qarşıda duran məsələnin çətin olmasına baxmayaraq vacibliyi qeyd olundu. Qazlift quyularının modelləşməsi və idarə olunması problemləri haqqında ətraflı məlumat verildi.
Qafqaz Universitetində Seminar
20/02/2013
20.02.2013-cü ildə Qafqaz Universitetində Thomson Reuters (TR) agentliyi ilə birgə seminar keçirildi. Tədbirdə Agentliyin Türkiyə və Qafqaz regionu üzrə nümayəndəsi Metin Tunc, Azərbaycanda fəaliyyət göstərən Universitetlərin, elmi kitabxanaların, informasiya texnologiyaları müəssisələrinin nümayəndələri iştirak edirdilər. İnstitutun direktoru Akademik Fikrət Əliyev seminarda məruzə ilə çıxış etdi.
TDRC-nin İdarə Heyətinin üzvü Prof. Murat Tosunun Bakı səfəri
18/01/2013
Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) İdarə Heyətinin üzvü, Sakarya Universitetinin (Türkiyə) professoru Murat Tosun 13-16 Yanvar 2013 tarixində Bakıda olub. Səfərin məqsədi TDRC cari fəaliyyəti və problemlərini müzakirə etmək idi. 14.01.2013 tarixində Azərbaycan Respublikası Təhsil Naziri, TDRC -nin prezidenti professor M.Mərdanov TDRC –nin vitse-prezidenti, Türk Dünyası riyaziyyatçıları Elmi Fondunun prezidenti akademik Fikrət Əliyev, TDRC-nin vitse prezidenti Etibar Pənahov, TDRC-nin İdarə Heyətinin üzvü, Türk Dünyası riyaziyyatçıları Elmi Fondunun icraçı direktoru Yusif Qasımov və professor Murat Tosunu qəbul etmişdir.
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |