Xəbərlər
Azərbaycan və Qazaxıstana aid elmi jurnalın təqdimatı keçirilib28/10/2015
Qazaxıstan Respublikasının Almatı şəhərində Əl-Fərabi adına Milli Dövlət Universiteti və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat ET İnstitutunun maliyyə dəstəyi ilə işıq üzü görən “Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) Nəzəri və Tətbiqi riyaziyyat” jurnalının Thomson Reuters (TR) siyahısına daxil olması münasibətilə oktyabrın 27-də geniş təqdimat mərasimi keçirilib.
Məruzə
20/10/2015
Bu ilin oktyabr ayının 28-də Almatı şəhərində (Qazaxıstan) Thomson Reuters Agentliyi tərəfindən “Biliklərə əsaslanan iqtisadiyyat və elmdə innovasiyalar” Beynəlxalq konfransı keçiriləcək. BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru akademik Fikrət Əliyev konfransda “Elmi Jurnalların Beynəlxalq səviyyəyə qaldırılması” mövzusunda geniş məruzə ilə çıxış edəcək. Məlumdur ki, Azərbaycanda çap olunan üç elmi jurnal Thomson Reuters Agentliyinin siyahısında yer almışdır. F.Əliyev məruzəsində Azərbaycan alimlərinin bu sahədə qazandığı təcrübə və əldə etdiyi uğurlar haqqında konfrans iştirakçılarına məlumat verəcək.
| ƏtraflıAzərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti araşdırılır
14/10/2015
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev AMEA Rəyasət Heyətinin iclasında "Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti" mövzusunda məruzə ilə çıxış etdi.
Azərbaycan aliminin uğuru
04/10/2015
Rabitə və Yüksək Texnologiyalar Naziri, akademik Əli Abbasov Ukrayna Millli Elmlər Akademiyasının Qluşkov adına Kibernetika İnstitutunda dərc olunan "Управляющие системы и машины" beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.
Azərbaycanın elm tarixində daha bir əlamətdar hadisə
22/09/2015
ABŞ-ın “Thomson Reuter” Agentliyinin bu günlərdə açıqlanan 2015-cu il üçün yarımillik hesabatına əsasən Institutumuzda nəşr olunan “TWMS Journal Pure and Applied Mathematics” (“Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı”) jurnalı yeni yaradılan “Emerging Sources Citation Index” bazasında yer alıb. Sevindirici haldır ki, elmimizin uğurları beynəlxalq təşkilat və qurumlar tərəfindən də birmənalı qəbul edilir.
Thomson Reuters Agentliyinin Biliklər Bazası haqqında
15/09/2015
İnstitutun növbəti seminarında Thomson Reuters Agentliyinin tədris və elmi tədqiqatlar bölməsinin məsul əməkdaşı Valentin Boqorov məruzə etdi. O, məruzəsində TR Agentliyinin Biliklər Bazası haqqında geniş məlumat verdi, bu bazanın təklif etdiyi xidmətlər, onların elmi tədqiqat işlərində istifadəsi yolları və digər imkanları haqqında seminar iştirakçılarını məlumatlandırdı. Sonda məruzəçi seminar iştirakçılarının suallarına cavab verdi. Seminarda İnstitut işçiləri ilə yanaşı BDU-nun digər strukturlarından, Azərbaycan Milli Elmlər Akademiyasının İnstitutlarından və müxtəlif ali təhsil müəssisələrindən da maraqlanan şəxslər iştirak etdilər.
Redaksiya Heyəti
14/09/2015
İnstitutda aparılan elmi tədqiqat işləri, təşkil edilən konfranslar, dərc edilən jurnallar və s. dünya elmi ictimaiyyəti tərəfindən yüksək səviyyədə qəbul edilməkdədir. Bu, institutun və institut əməkdaşlarının elmi reytinqinin yüsəlməsində də özünü göstərir.
Bu günlərdə İnstitutun direktoru akademik Fikrət Əliyev və şöbə müdiri f.r.e.d. Yusif Qasımov Applied Mathematics and Information Sciences beynəlxalq jurnalının Redaksiya Heyətinə üzv qəbul edilmişlər. Qeyd edək ki, bu jurnal Natural Sciences çap evi tərəfindən dərc edilir və Thomson Reuters agenliyinin bazasına daxildir. İnanırıq ki, alimlərimizin adı yuxarıda çəkilən jurnalın redaksiya heyətindəki fəaliyyəti Bakı Dövlət Universitetinin elmi nüfuzunun daha da yüksəlməsinə, elmi əlaqələrin möhkəmlənməsinə öz töhvəsini verəcəkdir.
| ƏtraflıCOIA-2015
07/09/2015
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə 27-29 avqust 2015-ci il tarixində Bakı Dövlət Universitetində “Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” 5-ci beynəlxalq konfransı (The 5th International Conference on Control and Optimization with Industrial Applications- COIA-2015) keçirildi.
Beynəlxalq Forumda iştirak
03/07/2015
24-27 iyun 2015-ci il tarixində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti akademik Altay Borubayevin təşkilatçılığı ilə Qırğızıstanda İssık-Kul Beynəlxalq Riyaziyyat Forumu keçirilmişdir. Forumun işində iştirak etmək üçün Tətbiqi Riyaziyyat İnstititunun direktoru akademik Fikrət Əliyev, şöbə müdiri f.r.e.d. Yusif Qasımov dəvət olunmuşdular. Təqdirəlayiq haldır ki, F.Ə. Əliyevin, N.A. İsmayılov, Y.S.Qasımovun birgə işi Forumda plenar məruzə kimi təqdim edilmişdir. Forumda iştirak edən F.Ə.Əliyev Türk Dünyası Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti kimi Forumun gedişində təşkil edilən Cəmiyyətin İdarə Heyətinin toplantısında növbəti 6-cı Konqresinə hazırlıq prosesinin müzakirəsində iştirak etmişdir.
Научный журнал \"Applied and Computational Mathematics\" занял 19-е место среди 252 международных изданий
29/06/2015
Научный журнал "Applied and Computational Mathematics", издаваемый при поддержке Министерства транспорта, связи и высоких технологий и Института Прикладной Математики Бакинского Государственного Университета, занял 19-е место среди 252 международных изданий
Обнародован отчет Агентства Clarivate Analytics (ранее – Thomson Reuters) за 2017 год. Документ отражает информацию об изменениях в рейтинге агентства за прошедший период, динамике импакт-фактора входящих в него научных журналов. Согласно последним данным, коэффициент влияния издающегося в Азербайджане международного научного журнала "Applied and Computational Mathematics" («Прикладная и вычислительная математика») повысился с 1.333 до 2.365.
Как сообщил главный соредактор издания, академик Фикрет Алиев что журнал, издаваемый при поддержке Министерства транспорта, связи и высоких технологий и Института Прикладной Математики БГУ, является первым и единственным азербайджанским научным изданием, которое в 2008 году было включено в расширенный список агентства Thomson Reuters. В нынешнем рейтинге журнал занял 19-е место среди 252 научных журналов, освещающих сферу прикладной математики и высоких технологий. До сих пор был издан 41 номер журнала, на страницах которого опубликовано около 450 статей авторов из более 40 стран мира.
В журнале публикуются научные статьи, относящиеся к различным областям прикладной математики и получившие высокие отзывы. За 16 лет своей деятельности издание осуществило научный обмен с более 200 международными научными учреждениями 45 стран.
COIA-2015
03/06/2015
27-29 avqust 2015-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə “Control and Optimization with Industrial Applications (COIA-2015)” 5-ci Beynəlxalq konfransı keçiriləcək.
Konfransın veb-səhifəsi: www.coia-conf.org
| ƏtraflıDiplomqabağı təcrübə
05/05/2015
20.04.15- 16.05.15 tarixinədək Azərbaycan Universitetinin kompüter elmləri fakültəsinin tələbələri TR ETİ-də diplomqabağı təcrübə keçirirlər.
Tələbələrə institutun gördüyü işlər haqqında ətraflı məlumat verildi və onlar şöbələr üzrə təcrübə keçmək üçün yönəldildi. Şöbələrin tematikasına uyğun tələbələrə verilən mövzular və mövcud ədəbiyyat siyahısının köməyilə referatlar hazırlanır.
| ƏtraflıFəxri Fərman
10/04/2015
08 aprel 2015-ci il tarixində Bakı Dövlət Universitetnin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda 2014-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadənin hesabatı dinlənilib.
2014-cü ilin nəticələrinə əsasən BDU üzrə yüksək elmi uğurlar əldə etdiyinə görə İnstitutun şöbə müdiri f.-r.e.d. Yusif Qasımov Fəxri Fərmanla təltif edilib.
| ƏtraflıInstitutun beynəlxalq əlaqələri genişlənir
11/02/2015
3 fevral 2015-ci il tarixində Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun təsis etdiyi İmpakt Faktoru 0.24 olan "Нелинейны Колибання" jurnalının redaksiya heyətinin genişləndirilmiş iclası keçirildi. İclasda jurnalın redaksiya heyyətinin dünyanın müxtəlif ölkələrindən olan 25 üzvündən 17-si iştirak edirdi. Tətbiqi Riyaziyyat ETİ-nin direktoru akademik F.Ə. Əliyevdə bu iclasda redaksiya heyyətinin üzvü kimi iştirak edirdi.
Vahid Babanlı-80
13/01/2015
İnstitutun "Sistemli analizin riyazi məsələləri" şöbəsinin aparıcı elmi işçisi Vahid Yusif oğlu Babanlının 80 yaşıtamam olur. İnstitutun kollektivi onu yubileyi münasibətilə təbrik edir və gələcək elmi tədqiqatlarında uğurlar arzulayır.
| Ətraflı
Ş.M. Nəsibov- 70
02/12/2014
İnstitutun “Tərs məsələlər və qeyri-xətti tənliklər” şöbəsinin böyük elmi işçisi Nəsibov Şərif Məhəmməd oğlunun 70 yaşı tamam olur. O, 1971-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirib, 2009-cü ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Ş.M. Nəsibov tanınmış beynəlxalq elmi jurnallarda çap olunmuş 30-dan çox elmi əsərin müəllifidir.
İnstitutun kollektivi Ş.M. Nəsibovu 70 illik yubileyi münasibətilə təbrik edir və gələcək elmi tədqiqatlarında üğürlar arzulayır.
| ƏtraflıElan
12/11/2014
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsini elan etmişdir.
| ƏtraflıDoktorluq dissertasiyasının müdafiəsi
04/11/2014
04.11.2014 tarixində Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD.02.017 Dissertasiya Şurasında Natiq Söhrab oğlu İbrahimovun "Kvazioptika tənlikləri üçün identifikasiya məsələləri" 1214.01 – Dinamik sistemlər və optimal idarəetmə ixtisasından riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirildi.
Jurnalın növbəti nömrəsi çapdan çıxdı
31/10/2014
Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) mətbu orqanı olan "Turkic World Mathematical Society Journal of Pure and Applied Mathematics" jurnalının növbəti nömrəsi capdan çıxmışdır.
http://iam.bsu.edu.az/az/content/contents_v5_no2_2014
| Ətraflı
Jurnal
30/09/2014
Institutun «Proceedings of Institute of Applied Mathematics» adlı dövrü elmi jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 16 may 2014-cü il tarixli (protokol № 07-R) qərarı ilə Riyaziyyat elmləri üzrə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövrü elmi nəşrlərin siyahısı” na daxil edilmişdir.
| Ətraflı
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |