Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Xəbərlər

Professor Tamer Bəşər Tətbiqi Riyaziyyat Institutunda
23/11/2011

ABŞ-ın İllinoys Universitetinin professoru, Applied and Computational Mathematics jurnalının fəxri redaktoru Tamer Bəşər Bakıya gəlmişdir. Professor Tamer Bəşər Tətbiqi Riyaziyyat ETİ-də olmuş, Institutun direktoru Akademik Fikrət Əliyevlə“Applied and Computational Mathematics” jurnalının redaksiya üzvləri ilə görüşmuşdür.

| Ətraflı


COIA-2011
12/09/2011

Avqust ayının 21-24 tarixində Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Bilkənd Universitetində “Optimallaşma, idarəetmə və sənaye tətbiqləri” elmi konfransında iştirak etmişdir.

Nümayəndə heyətinin tərkibində BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev də olmuşdur.


| Ətraflı


Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi
07/07/2011

İyulun 1-dən 3-dək Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) IV Konqresi keçirildi.

Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən konqresdə dünyanın 20 ölkəsindən gələn alimlər iştirak etmişlər.

| Ətraflı


TDRC Təşkilat Komitəsinin iclası
07/04/2011

6 aprel 2011-ci il tarixində BDU Tətbiqi Riyaziyyat İnstitunda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) IV Konqresinin Təşkilat Komitəsinin, Proqram Komitəsi və “TWMS Pure and Applied Mathematics” jurnalinin  redaksiya heyətinin birgə iclası kecirilmişdir. Iclasda TDRC-nin IV konqresinin təşkilat işləri ilə bağlı məsələlər müzakirə edilmişdir.

| Ətraflı


Azərbaycan alimləri Qazaxıstanda
11/03/2011

Qazaxıstanın Almatı şəhərində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) idarə heyətinin iclası keçirilmişdir.  Qazaxıstan, Türkiyə, Qırğızıstan, Türkmənistan, Özbəkistan nümayəndələrinin təmsil olunduğu tədbirdə Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, akademik Fikrət Əliyev və TRETİ-nin şöbə müdiri, TDRC idarə heyətinin üzvü Yusif Qasımov iştirak etmişlər.

| Ətraflı


Applied and Computational Mathematics jurnalının xüsusi buraxılışı
03/02/2011

“Applied and Computational Mathematics” jurnalının “Fuzzy Set Theory  and Applications” adlı xüsusi buraxılışı capdan çıxmışdır. Berkli Kaliforniya Universitetinin professoru, Berkli Soft Computinq Mərkəzinin direktoru Professor L. Zadənin elmi xidmətlərini nəzərə alaraq bu buraxılış onun  90 illik yubileyinə  həsr olunmuşdur.

 

| Ətraflı


AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2010-cu il üçün hesabat iclası keçirildi
29/12/2010

24.12.2010 tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) institutlarının cari il üçün hesabat iclası keçirildi.

Tədbirdə Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat elmi-tədqiqat institutunun illik hesabatını  institutun direktoru, akademik Fikrət Əliyev təqdim etdi.

| Ətraflı


Hesabat
14/12/2010

14.12.2010 tarixdə  İnstitutun seminarını keçirildi. Seminarın sədri Akademik F.Ə. Əliyev İnstitutun illik hesabatını təqdim etmək üçün İnstitutun direktor  müavini f.r.e.n. N.İ. Vəliyevaya söz verdi. Hesabatda BDU-nun Elmi işlər üzrə prorektoru İsmayıl Əliyev və BDU-nun Elmi Tədqiqat Hissəsinin Rəisi İradə Əliyeva iştirak etdilər. Elmi Şura üzvlərinin səsverməsi ilə hesabat qənaətbəxş hesab olundu.

| Ətraflı


MDU-nin professoru Sabir Huseyinzadə ilə görüş
10/12/2010

09.12.10 tarixdə Moskva Dövlət Universitetinin professoru, Moskva Riyaziyyat Cəmiyyəti jurnalının baş redaktoru, Dünya Şöhrətli alim Sabir Hüseyinzadə Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda olmuşdur.

| Ətraflı


Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi
30/10/2010

Türk Dünyası Riyaziyyat Cəmiyyətinin  IV konqresi 1-3 iyul 2011-ci ildə Bakıda keçiriləcək.  İştirak etmək istəyənlər Konqresin saytında qeydiyyatdan keçə bilərlər.

www.twmsc2011.com

| Ətraflı


TWMS Journal of Pure and Applied Mathematics
25/10/2010

Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) mətbu orqanı olan "Turkic World Mathematical Society Journal of Pure and Applied Mathematics" jurnalının ikinci nömrəsi nəşr olunmuşdur. Jurnalda Türkiyə, Özbəkistan, Qırğızıstan, İran, Pakistan və s. ölkələrin tanınmış riyaziyyatçılarının məqalələri çap olunmuşdur. http://iam.bsu.edu.az/az/content/twms_journal_of_pure_and_applied_mathematics

| Ətraflı


İlk Azərbaycan elmi jurnalına İmpact faktor verilmişdir
25/06/2010

Azərbaycan elm tarixində əlamətdar hadisə baş vermişdir. Azərbaycan Elmlər Akademiyasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BDU-nun Tətbiqi riyaziyyat ETİ-nin təsisçiləri olduğu “Applied and Computational Mathematics” (www.science.az/acm) jurnalı Thomson Reuter Agency-nin illik hesabatına əsasən (2009 Journal Citation Reports) 0,633 təsir əmsalına (impakt faktor) layiq görülmüşdür.

 

 

IMPACT  FAKTOR  0,633 (2009)

| Ətraflı


Doktorluq dissertasiyasının müdafiəsi
18/06/2010

18 iyin 2010-cu ildə AMEA-nın Kibernetika İnstitutunda "Tərs məsələlər və qeyri-xətti tənliklər" şöbəsinin müdiri Yusif Qasımovun "Dəyişən oblastlı ekstremal spektral məsələlər, onların həlli üsulları və tətbiqləri" mövzusunda doktorluq  dissertasiyasının müdafiəsi keçirildi.

| Ətraflı


Kibernetika, informasiya texnologiyaları və texnika üzrə Problem Şurasının iclası keçirildi
17/06/2010

İyun ayının 17-də AMEA Kibernetika İnstitutunda Kibernetika, informasiya texnologiyaları və texnika üzrə Problem Şurasının iclası keçirildi.  Tədbirdə akademiklər Telman Əliyev, Fikrət Əliyev və , AMEA-nın müxbir üzvləri Rasim ƏliquliyevAsəf Hacıyev, Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşı, tex.e.d., professor Eldar Şahbazov, “Neftqazavtomat” EİB-in direktoru, tex.e.d. Əli Əmirov, Azərbaycan Dövlət Neft Akademiyasının elm və texnika işləri üzrə prorektoru, professor Ramiz Hümbətov AMEA və digər elmi-tədqiqat və ali təhsil müəssisələrindən Şuraya daxil olmuş prioritet istiqamətlərlə bağlı çıxış etdilər.

www.science.gov.az

| Ətraflı


Birləşmiş seminar
01/06/2010

31.05.2010 tarixdə ARDNŞ-nin “Neftqaztədqiqatlayihələşdirmə” İnstitutunda Tətbiqi Riyaziyyat  Elmi Tədqiqat İnstitutu ilə birləşmiş seminar keçirildi. Seminarı İnstitutun  direktoru F. İsmayılov açdı. Seminar Quyuların  qazlift üsulu  ilə işlənməsi prosesinin optimallaşdırılması məsələsinə həsr olunmuşdur.  Akademik Fikrət Əliyev seminar iştirakçılarını mövzu ilə tanış etdi və məsələnin riyazi qoyuluşu haqqında ətraflı çıxış etdi. Məsələ atrfında “Neftqaztədqiqatlayihələşdirmə” institunun mütəxəssisləri t.e.d. B. Suleymanov, t.e.n. V. Ağayev, t.e.d. R.Daşlıyev, t.e.n. O.Dışin tərəfindən verilən suallar ətraflı cavablandırıldı. Müzakirələrdə İnstitutumuzun əməkdaşları f.r.e.n. M.Camalbəyov, f.r.e.n. V.Babanlı, f.r.e.n. N.İsmayılov, f.r.e.n. M.Mütəllinmov və s. fəal iştirak etdilər. Seminarın sonunda İnstitutun derektoru F.İsmayılov aparılan tədqiqat işlərinin  səmərəliliyini  qeyd etdi və gələcəkdə  bu və ya digər mövzular ətrafında əməkdaşlığın davam edəcəyini bildirdi.

| Ətraflı


Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalının təqdimatı olmuşdur
17/05/2010

Mayın 15-də Azərbaycanda Atatürk Mərkəzində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) mətbu orqanı olan "Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı"nın - ("Turkic World Mathematics Society Journal of Pure and Applied Mathematics") nəşr olunmuş birinci nömrəsinin təqdimatı keçirilmişdir. BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, TDRC-nin vitse-prezidenti, akademik Fikrət Əliyevin redaktorluğu ilə nəşr olunan jurnal Fransada Elmi Jurnalların Beynəlxalq Qeydiyyat Xidmətində qeydiyyatdan keçmiş və identifikasiya nömrəsi (İSSN 2076-2585) almışdır. Tanınmış alim və mütəxəssislərin iştirak etdikləri təqdimat mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov yeni nəşr barədə fikirlərini açıqlamış, jurnalın riyaziyyat elminin inkişafında səmərəli rol oynayacağına əminliyini vurğulamışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyev, rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov və digər çıxış edənlər jurnalın əhəmiyyətindən danışmışlar.

| Ətraflı


Azərbaycan alimi Rumıniyada keçirilmiş beynəlxalq tədbirdə ölkəmizi təmsil etmişdir.
26/04/2010

Buxarest şəhərində Rumıniya Riyaziyyat  Cəmiyyətinin mətbu orqanı olan "Gazeta Matematika" jurnalının 100 illiyinə həsr edilmiş yubiley tədbiri və Avropa ölkələrinin Riyaziyyat cəmiyyətləri prezidentlərinin görüşü başa çatmışdır. Ölkəmizi həmin tədbirdə Institutumuzun direktoru Azərbaycan Riyaziyyat Cəmiyyətinin birinci vitse-prezidenti, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin  vitse-prezidenti, akademik Fikrət Əliyev təmsil etmişdir. Tədbirdə akademik F.Əliyevə xatirə medalı təqdim olunmuşdur.

| Ətraflı


Azərbaycan Riyaziyyat Cəmiyyətinin (ARC) təsis konfransı
16/02/2010

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycan Riyaziyyat Cəmiyyətinin (ARC) təsis konfransı keçirildi. Konfransın sonunda akademik Akif Hacıyev cəmiyyətin prezidenti, akademik Fikrət Əliyev və AMEA-nın müxbir üzvü Asəf Hacıyev vitse-prezidentləri seçildilər.

www.science.gov.az

| Ətraflı


Mükafatlandırma mərasimi
27/01/2010

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində rabitə və informasiya texnologiyaları sahəsində fəxri adlara layiq görülən rabitə və İKT sahəsində çalışan bir qrup alim, müəllim və mütəxəssisin mükafatlandırılması mərasimi keçirildi. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü  Fikrət Əliyev “Tərəqqi” medalı ilə təltif edildi.  www.science.gov.az

| Ətraflı


Elm qəzetində məqalə
21/01/2010

"Elm" qəzetinin 31 dekabr 2009-cu il tarixli nömrəsində Akademik F.Əliyev və fizika-riyaziyyat elmləri namizədi Ş.Ağayevin "Elmi kadr hazırlığının problemləri" mövzusunda  məqaləsi dərc edilmişdir.

Elmimizin çoxsaylı problemlərinin həlli yollarının axtarılıb tapılması elmi ictimaiyyətin  daim diqqət  mərkəzində olmalıdır. Strategiyadakı bəzi müddəaların  təhlilinə həsr olunmuş  məqalədə (F.Əliyev, Ş.Ağayev "Azərbaycanda elmin mövcud  və gələcək prioritetləri", "Respublika" qəzeti, 17 iyul 2009)  beynəlxalq informasiya mənbələrinə əsaslanaraq  elmimizin məhsuldar sahə və istiqamətləri, onların inkişaf dinamikası, gələcək prioritetləri haqqında kifayət qədər ətraflı məlumat verilmişdir. İctimaiyyətə təqdim olunan bu məqalə Azərbaycan elmində məhz kadr hazırlığındakı problemlərin təhlilinə həsr edilib.

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 |