Xəbərlər
Tətbiqi Riyaziyyat ETİ-nin 2017-ci il üçün illik hesabatı15/12/2017
15.12.2017- ci il tarixində institutun genişləndirilmiş Elmi Şurasının iclası keçirildi. İclasda elmi hesabatların müzakirəsi zamanı fakultə (ETİ) Elmi Şura iclaslarında iştirak etmək üçün yaradılmış komissiyanın üzvləri BDU-nun “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının müdiri, f.-r.e.d., prof. Ə.M. Əhmədov və “Yüksəkmolekullu birləşmələr kimyasi” kafedrasının müdiri, k.e.d., prof. O.H. Əkbərov iştirak etdilər.
Applied and Computational Mathematics jurnalının əməkdaşları Təhsil Nazirliyinin Fəxri Fərmanları ilə təltif olunmuşlar
04/12/2017
Azərbaycan Respublikası Təhsil naziri Mikayıl Cabbarov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat ETİ-də dərc olunan “Applied and Computational Mathematics” (ACM) beynəlxalq jurnalının baş redaktor müavini Nərgiz Səfərovanı, icraçı redaktor Nazilə Hacıyevanı, redaktor assistentləri Nərgiz Hüseynova və Yeganə Məmmədovanı təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Fəxri Fərmanla təltif etmişdir.
TWMS Journal of Pure and Applied Mathematics
01/11/2017
Türk Dünyası Riyaziyyat Cəmiyyətinin mətbu orqanı olan "TWMS Journal of Pure and Applied Mathematics" jurnalının növbəti 8-ci cildinin 2-ci sayı çapdan cıxmışdır.
| Ətraflı
Applied and Computational Mathematics
01/11/2017
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BDU-nun Tətbiqi-Riyaziyyat ETİ və Azərbaycan Milli Elmlər Akademiyasının təsisçiliyi ilə dərc edilən “Applied and Computational Mathematics” jurnalının növbəti 16-ci cildinin 3-cü sayı çapdan cıxmışdır.
| Ətraflı
Elmi təcrübə
27/10/2017
L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin mexanika-riyaziyyat fakültəsinin magistrlərı 2017-ci il oktyabr ayının 19-dan 29-dək Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda elmi təcrübə mübadiləsi keçirmişlər.
Türk Dünyası Riyaziyyat Cəmiyyətinin VI Konqresi
11/10/2017
Oktyabrın 2-dən 5-dək Qazaxıstanın paytaxtı Astanada Qumilyov adına Avrasiya Universitetində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) VI Konqresi keçirilib.
| Ətraflı
COIA-2018-in Təşkilat və Proqram Komitəsinin ilk birgə iclası
19/07/2017
19.07.17-ci il tarixdə “Sənaye Tətbiqli Optimallaşdırma və İdarəetmə” VI beynəlxalq konfransının Təşkilat və Proqram Komitəsinin iclası keçirildi.
| Ətraflı
Applied and Computational Mathematics - Azərbaycan elmi jurnalı MDB-də lider, Şərqi Avropa məkanında isə öncül mövqedədir.
14/07/2017
Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, "Applied and Computational Mathematics" jurnalının baş redaktoru akademik Fikrət Əliyev Respublika qəzetinə müsahibə vermişdir.
14 iyul 2017-ci il Respublika qəzeti
Fikrət Əliyevin müsahibəsi
Applied and Computational Mathematics jurnalının əməkdaşlarına mükafatlar təqdim olunub
13/07/2017
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri (NRYTN) Ramin Quluzadənin əmri ilə ABŞ-ın “Clarivate Analytics” şirkətinin (Thomson Reuters Agentliyi) 2016-cı il hesabatına əsasən, təsir əmsalı (Impact Factor) yüksələn “Applied and Computational Mathematics” (ACM) beynəlxalq jurnalının əməkdaşları mükafatlandırılıb.
İlkin müzakirə
07/07/2017
07.07.2017 tarixində Tətbiqi Riyaziyyat İnstitutunda Nailə İsmayıl qızı Vəliyevanın doktorluq dissetrasiyasının ilkin müzakirəsi keçirildi.
| Ətraflı
Təbriklər
22/06/2017
“Applied and Computational Mathematics” jurnalının təsir əmsalının (impact factor) 0.717-dən 1.333-ə yüksəlməsi ilə bağlı təbriklər daxil olmuşdur.
-------------------------------------------------
Dear prof. Aliyev
That's very good news. Quite
an increase. Congratulations!
Tamer Başar (Urbana, Illinois, USA)
Tomson Reuters agentliyi Azərbaycanın elmi jurnalının təsir əmsalını yüksəldib
14/06/2017
ABŞ-ın “Clarivate Analytics” şirkəti ("Tomson Reuters" agentliyi) tərəfindən bu günlərdə açıqlanan 2016-cı il üçün hesabata əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyinin (NRYTN) dəstəyi ilə nəşr olunan və Azərbaycanı təmsil edən “Applied and Computational Mathematics” (Tətbiqi və Hesablama Riyaziyyatı) jurnalının təsir əmsalı (impact factor) 0.717-dən 1.333-ə yüksəlib.
| Ətraflı
Doktorluq dissertasiyası müdafiəsi
01/06/2017
İnstuitutun əməkdaşı, f.r.e.n. Etibar Sədi oğlu Pənahov 26.05.2017 tarixdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyət göstərən D.01.111 Dissertasiya Şurasının iclasında “DİFERENSİAL OPERATORLAR ÜÇÜN SPEKTRAL VƏ POTENSİAL NƏZƏRİYYƏNİN BƏZİ TƏRS MƏSƏLƏLƏRİ VƏ TƏTBİQLƏRİ” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icracı direktoru Tətbiqi Riyaziyyat İnstitutunda olmuşdur
22/05/2017
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icracı direktoru Oktay Səmədov Tətbiqi Riyaziyyat İnstitutunda olmuş və institutda nəşr olunan “Applied and Computational Mathematics” , “TWMS Pure and Applied Mathematics” və "Proceedings of IAM" jurnallarının əməkdaşları ilə görüşmüş, hər üç jurnalın işi ilə yaxından tanış olmuşdur.
Tətbiqi Riyaziyyat ETİ-ilə Ukrayna MEA S.M. Timoşenko adına Mexanika İnstitutu arasında əməkdaşlıq müqaviləsi
27/04/2017
BDU Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu ilə Ukrayna MEA S.M. Timoşenko adına Mexanika İnstitutu arasında elmi əməkdaşlığı inkişaf etdirmək və iki təşkilat arasında müəyyən edilmiş uzunmüddətli yaradıcılıq əlaqələrini dərinləşdirmək üçün 2012-ci ildə imzalanan müqavilənin “Əməkdaşlığın əsas istiqamətləri” bölməsinə yeni bəndlər əlavə olunmuşdur.
TWMS Journal Pure and Applied Mathematics
20/04/2017
Türk Dünyası Riyaziyyat Cəmiyyətinin mətbu orqanı olan "TWMS Journal of Pure and Applied Mathematics" jurnalının növbəti 8-ci cildinin 1-ci sayı çapdan cıxmışdır.
Aslan Paşa oğlu Quliyev
27/02/2017
Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat ET İnstitutunun “Obrazların tanınması və informasiyaların işlənməsi” şöbəsinin müdiri, f.r.e.n. Aslan Paşa oğlu Quliyev 26.02.2017-ci il tarixində 53 yaşında qəflətən vəfat etmişdir.
Akademik Fikrət Əliyev beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib
29/12/2016
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev Ukrayna Elmlər Akademiyasının S.Timoşenko adına Mexanika İnstitutunun “Tətbiqi mexanika” beynəlxalq elmi-nəzəri jurnalının redaksiya şurasının üzvü seçilib.
Elmi Şura
20/12/2016
16.12.16- cı il tarixində Tətbiqi Riyaziyyat ETİ-nin genişləndirilmiş Elmi Şurasının iclası keçirildi. İclasda Bakı Dövlət Universitetinin Elmi Şurasına İnstitutdan üzvün seçilməsi məsələsinə baxıldı.
| Ətraflı
Hesabat-2016
13/12/2016
13.12.2016 tarixində İnstitutun genişləndirilmiş Elmi Şurasının iclası keçirildi. İclas İnstitutun illik hesabatına həsr olundu. İclasın sədri Akademik F.Ə. Əliyev hesabatı təqdim etmək üçün sözü direktor müavini f.r.e.n. Nailə Vəliyevaya verdi. N. Vəliyeva 2016-ci ildə İnstitutda görülən işlər haqqında ətraflı məlumat verdi.
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |