Xəbərlər
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin və Azərbaycan Kooperasiya Universitetinin tələbələri Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda istehsalat təcrübə keçirlər04/03/2019
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin və Azərbaycan Kooperasiya Universitetinin tələbələri Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda istehsalat təcrübəsi keçirlər.
| ƏtraflıAkademik Fikrət Əliyev AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda məruzə ilə çıxış etmişdir
25/02/2019
Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyev AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda “Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti haqqında” məruzə ilə cıxış etdi. O, Azərbaycanda elmi jurnalların “Clarivate Analytics”–in genişlənmiş siyahısına daxil olması yollarından danışdı.
f.-r.e.d. Arazov Həsənbəy beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçilib
30/01/2019
İnstitutun Riyazi Modelləşdirmə və Avromatlaşdırılmış Sistemlər şöbəsinin müdiri, f.-r.e.d. Arazov Həsənbəy Amerikada nəşr olunan “American Journal of Physics and Applications” beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib.
| Ətraflı
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
16/01/2019
Yanvarın 16-da Fizika İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd etdi ki, əsas məsələ FRTE bölməsinin 2018-ci il üçün yekun hesabatıdır.
"Ötən il AMEA-nın institutları və müxtəlif elmi-tədqiqat müəssisələri üçün bir sıra nailiyyətlərlə yadda qalıb" - deyə bildirən A. Əlizadə akademiyanın müxtəlif institutlarında fundamental elm istiqamətində tətbiqi tədqiqatların aparıldığını, innovasiya elminin inkişafında mühüm nəticələrin əldə olunduğunu bildirib. (bax http://www.science.az)
Sonra 2018-ci il üçün mühüm nəticələr Rəyasət Heyətində müəlliflər tərəfindən təqdim olundu. BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun mühüm nəticəsini “Sabit matris əmsalı kəsr törəməli adi xətti diferensial tənliklər sisteminin analitik həllinin qurulması üsulu” akademik Fikrət Əliyev təqdim etdi.
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2018-ci ili əhatə edən hesabat iclası keçirilib
26/12/2018
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun cari il üzrə hesabatını qurumun direktoru, akademik Fikrət Əliyev təqdim edib.
F.Əliyev bildirib ki, hesabat dövründə əməkdaşlar tərəfindən respublikada 13, xarici jurnallarda 49 məqalə (bunlardan 7-si İmpakt Faktorlu jurnalda, 8-si isə CA agentliyinin genishləndirilmiş siyahısında), regional (respublika) konfransda 2, beynəıxalq (xarici) konfransda isə 9 tezis nəşr etdirilmiş, 1 beynəlxalq qrant, 3 respublika daxili qrant, 2 BDU-nun “50+50” daxili qrant layihələri, “Azneft” İstehsalat Birliyi ilə 1 müqavilə yerinə yetirilmişdir. Bundan başqa İnstitutdan AMEA-nın mühüm nəticələrinə 1 iş təqdim olunmuş, AMEA-nın illik hesabatına 1 iş daxil olmuşdur. Hesabat ilində TR ETİ-nun topladığı bal 4496-dır.
Professor Nihan Əliyevin 80 illik yubileyi qeyd edilib
25/12/2018
Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutunda bu müəssisənin aparıcı elmi işçisi, professor Nihan Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
Tədbirdə Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev alimin keçdiyi ömür yolundan, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışıb. O, riyaziyyat elminin inkişafına fundamental tədqiqatları ilə mühüm töhfələr vermiş Nihan Əliyevin yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki xüsusi xidmətlərindən bəhs edib. Professor Nihan Əliyevin son illlərdə apardığı elmi tədqiqat işləri, əldə etdiyi nailiyyətlərdən danışan Fikrət Əliyev bildirib ki, onun əsas tədqiqat sahəsi adi diferensial tənliklər, xüsusi törəməli tənliklər, ədədi üsullar və elementar riyaziyyatdır.
”Applied and Computational Mathematics” jurnalı “Web of Science Awards 2018” mükafatına layiq görülüb
05/12/2018
Dekabrın 5-də Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunmuş mərasim keçirilib.
Mərasimdə təhsil naziri Ceyhun Bayramov, “Clarivate Analytics” şirkətinin Konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reiss və bir sıra alimlər iştirak edirdilər. Tədbirdə Tətbiqi Riyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyev də iştirak edib.
| Ətraflı
Tətbiqi Riyaziyyat ETİ-nin 2018 -ci il üçün illik hesabatı keçirilib
04/12/2018
04.12.2018- ci il tarixində institutun 2018-ci il üçün illik hesabatı keçirildi. Elmi hesabatların müzakirəsi üçün yaradılmış komissiyanın üzvləri prof. V.M. Salmanov (sədr), prof. N.Imamverdiyev, prof. O.H. Əkbərov, prof. X.D. Abdullayev və dos F. Mirzəyev hesabatda iştirak etdilər.
İnstitutun direktoru, akademik F.Ə. Əliyev Institutun illik hesabatını təqdim etmək üçün sözu institutun informatika üzrə direktor müavini, dos. N.I. Vəliyevaya verdi.
| Ətraflı
Akademik Fikrət Əliyev Tarix İnstitutunda məruzə edib
19/11/2018
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun geniş tərkibli Elmi Şurasının iclasında “Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti haqqında” adlı məruzə ilə çıxış edib.
| Ətraflı
Qazaxıstanlı tələbələr Tətbiqi-Riyaziyyat ETİ-da təcrübədə olublar
15/11/2018
Qazaxıstanın L.Qumilyov adına Milli Avrasiya Universitetinin magistrantları 2018-ci il noyabr ayının 05-dən 15-dək Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda elmi təcrübə mübadiləsi keçirmişlər.
Təcrübə proqramına İnstitutun fəaliyyəti ilə tanışlıq, Universitetin kitabxanasında dissertasiya mövzusuna dair materialların toplanması daxildir. Magistrlər İnstitutun illik hesabatında iştirak etdilər. Onlar İnstitutda çap olunan beynəlxalq elmi jurnalların fəaliyyəti ilə tanış oldular. 15 noyabr tarixində İnstitutun direktoru akademik Fikrət Əliyev magistrlərə sertifikatları təqdim etdi və onlara gələcək işlərində uğurlar arzuladı. O, bildirdi ki, əgər onlar arzu edərlərsə gələcəkdə elmi işlərini bizim İnstitutda davam etdirə bilərlər.
Sonda tələbələr onlara göstərilən qayğı və diqqətə görə institutun direktoruna və kollektivinə öz minnətdarlıqlarını bildirdilər.
Tətbiqi Riyaziyyat ETİ-nin qonaqları
23/10/2018
Azərbaycan Milli Elmlər Akademiyasının Vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi işlər üzrə direktor müavini, b.f.d. Ələmdar Məmmədov, Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiya İnstitutunun İdarəolunan Fotobiosintez laboratoriyasının rəhbəri Süleyman Allahverdiyev Tətbiqi Riyaziyyat ETİ-nin qonağı olmuşlar.
| Ətraflı
Dünya alimləri Bakıya toplaşıb - COIA 2018
13/07/2018
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Bakıda Park Inn Oteldə “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” VI Beynəlxalq konfransının (COIA-2018) acılışı keçirildi. Artıq ənənə halını almış bu konfrans Bakıda üçüncü dəfədir ki, təşkil olunur.
| Ətraflı
Təbriklər
30/06/2018
“Applied and Computational Mathematics” jurnalının təsir əmsalının 1.333-dən 2.365-ə yüksəlməsi ilə bağlı təbriklər daxil olmuşdur.
- - - - - - - - - - - - - - - - - -
Dear members of Editorial Board!
Congratulations! It is big success!
New achievements for AC&M!
Best Regards,
Sergiy Pogorilyy (Kiev, Ukraine)
- - - - - - - - - - - -
Dear Prof Dr. Fikret Aliev,
Heartiest and sincere congratulation on outstanding achievement.
All credit goes to your excellent contributions and Editorial staff.
With warm and best wishes
Aslam Noor ( Islamabad, Pakistan)
- - - - - - - - - - - - -
Dear Professor Aliev,
Thanks a lot for this great news! This is agreat success and the entire scientific
community should greatly appreciate your efforts. Please be sure that you can always count on me,
and us, the memebers of the Editorial Board I think that I can say this on behalf of all of us.
Warm wishes JAnusz (Warsaw, Poland)
“Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalı 252 beynəlxalq nəşr arasında 19-cu yerdə qərarlaşıb
29/06/2018
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nun elmi jurnalı 252 beynəlxalq nəşr arasında 19-cu yerdə qərarlaşıb
“Clarivate Analytics” (əvvəllər “Thomson Reuters”) Agentliyinin 2017-ci il üçün illik hesabatı açıqlanıb. Bu hesabat ötən dövr üçün agentliyin siyahısında olan yenilikləri, siyahıya daxil olan və xaric edilən elmi jurnallar, onların impakt faktorlarının dinamikası haqqında məlumatı əks etdirir. Agentliyin son hesabatına əsasən Azərbaycanda dərc olunan “Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalının təsir əmsalı 1.333-dən qalxaraq 2.365-ə bərabər olub.
Jurnalın həmbaş redaktoru akademik Fikrət Əliyev bildirib ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda dərc olunan bu jurnal Azərbaycan elm tarixində ilk və yeganə elmi nəşr olaraq 2008-ci ildə “Thomson Reuters” agentliyinin genişləndirilmiş siyahısında yer alıb.
Qeyd edək ki, jurnal dünyada bu siyahıda yer alan 252 nəşrdən 19-cu yerdə qərar tutub. Jurnalın bu günədək 41 nömrəsi çapdan çıxıb ki, bu nömrələrdə dünyanın 40-dan cox ölkəsini təmsil edən müəlliflərin 450-dək məqaləsi dərc olunub.
Jurnalda tətbiqi və hesablama riyaziyyatının müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap edilir. Nəşr olunduğu 16 il ərzində jurnal 45 ölkədən 200-dən artıq elmi müəssisə ilə mübadilə həyata keçirib.
Azərbaycan Elmi ictimaiyyətini bu uğur münasibətilə təbrik edirik.
Belarus Dövlət Universitetinun professoru V.M. Kotov Tətbiqi Riyaziyyat ETİ-də olmuşdur
17/05/2018
BDU-nun rəhbərliyinin dəvəti ilə 17-19 may tarixlərində Belarus Dövlət Universitetinun "Diskret Riyaziyat və İnformatika" kafedrasının müdiri, professor Kotov Vladimir Mixayloviç Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnsitutunda “Tam olmayan informasiyalar şəraitində olan məsələlərin həlləri haqda alqoritmlər” və "Sənaye riyaziyyatı məsələlərinin həlli üsulları” mövzusunda mühazirələr oxumuşdur. Məsələlərin həllərini illüstrasiya edən çoxlu sayda misallar göstərmişdir.
| Ətraflı
İnstitutun uğurları ilə sərgi stenddə tanışlıq
13/04/2018
13 aprel 2018-ci il tarixində Bakı Dövlət Universiteti Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. Əvvəlcə universitet üzrə elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən sərgiyə baxış olub. Universitetin rektoru akademik Abel Məhərrəmov, AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlər Tətbiqi-Riyaziyyat ETİ-nin sərgi stendi ilə tanış oldular. İnstitutun direktoru akademik Fikrət Əliyev İnstitutda aparılan elmi-tədqiqat işləri və əldə olunan nəticələr haqqında qonaqlara məlumat verdi. O, İnstitutda nəşr olunan, Azərbaycanda yeganə İmpakt Faktorlu (1.33) "Applied and Computational Mathematics" jurnalının uğurlarından danışdı. Həmçinin İnstitutda nəşr olunan "TWMS Journal of Pure and Apllied Mathematics" və "Proceedings of the Institute of Applied Mathematics" jurnalları haqqında qonaqlara məlumat verdi.
Həmçinin İnstitutun alimləri tərəfindən Dünyanın tanınmış elmi jurnallarında çap olunan məqalələr, cıxış etdikləri (Konfranslar, Simpoziymlar, Konqreslərdə) məruzələr, hərbi sənaye və iqtisadiyyatı üçün tətbiqi məsələlər haqda məlumat verdi.
Sonra qonaqlara 11-13 iyul tarixində Bakıda keçiriləcək “The 6th International Conference on Control and Optimization with Industrial Applications” (COİA 2018) konfransı haqqında məlumat verdi. Fikrət Əliyev bildirdi ki, konfransa 20 dən artıq ölkədən 450 dən artıq alim və aspirant qeydiyyatdan kecib.
İnstitutun növbəti uğuru
03/04/2018
Tətbiqi Riyaziyyat ETİ-nin direktoru akademik Fikrət Əliyev Institutun "Tərs məsələlər və qeyri xətti tənliklər" şobəsinin müdiri Etibar Pənahovu riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsinin təsdiqi münasibəti ilə institutun kollektivi adından təbrik edti.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda olmuşdur
28/02/2018
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, t.f.d. Leyla İmanova və direktor müavini Ruzi Məmmədov Tətbiqi Riyaziyyat ETİ-də nəşr olunan “Applied and Computational Mathematics”, “Turkic World Mathematical Soceity journal of Pure and Applied Mathematics” və “Proceedings of the Institute of Applied Mathematics” jurnallarının əməkdaşları ilə görüşdülər. Görüşdə Institutun direktoru, akademik Fikrət Əliyev nəşr olunan jurnalların nailiyyətləri və gələcək planları haqqında ətraflı məlumat verdi. Danışıqlar əsasında tərəflər birgə əməkdaşlıq üçün razılığa gəldilər.
| Ətraflı
COIA-2018-in Təşkilat və Proqram Komitəsinin növbəti iclası
19/12/2017
19.12.17-ci il tarixdə “Sənaye Tətbiqli Optimallaşdırma və İdarəetmə” VI Beynəlxalq konfransının Təşkilat Komitəsinin növbəti iclası keçirildi. İclasda Təşkilat və Proqram Komitəsinin üzvləri iştirak edirdilər. İclası giriş sözü ilə açan Konfransın Təşkilat Komitəsinin sədri və həmtəşkilatçısı akademik F.Ə. Əliyev konfransın təşkilat işləri ilə bağlı məsələlər haqda geniş çıxış edərək görülmüş və görüləcək işlər barədə məlumat verdi. Qeydiyyatdan keçmiş iştirakçılar və təmsil etdikləri dövlətlərin indiyə qədərki sayını da açıqladı. Daha sonra təşkilat komitəsi üzvləri konfransın işləri ilə bağlı öz fikir və məsləhətlərini bildirdilər. Qeyd olundu ki, Azərbaycan neft ölkəsi olduğundan plenar məruzələrdən biri “Optimallaşdırma və idarəetmənin neft sənayesinə tətbiqləri”nə həsr olunsun. İkinci məruzə isə “Kommunikasiya və informasiya texnologiyaları ” ilə əlaqələnsin.
| Ətraflı
Tətbiqi Riyaziyyat ETİ-nin 2017-ci il üçün illik hesabatı
15/12/2017
15.12.2017- ci il tarixində institutun genişləndirilmiş Elmi Şurasının iclası keçirildi. İclasda elmi hesabatların müzakirəsi zamanı fakultə (ETİ) Elmi Şura iclaslarında iştirak etmək üçün yaradılmış komissiyanın üzvləri BDU-nun “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının müdiri, f.-r.e.d., prof. Ə.M. Əhmədov və “Yüksəkmolekullu birləşmələr kimyasi” kafedrasının müdiri, k.e.d., prof. O.H. Əkbərov iştirak etdilər.
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |