Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Xəbərlər

Redaksiya Heyəti
14/09/2015

İnstitutda aparılan elmi tədqiqat işləri, təşkil edilən konfranslar, dərc edilən jurnallar və s. dünya elmi ictimaiyyəti tərəfindən yüksək səviyyədə qəbul edilməkdədir.  Bu, institutun və institut əməkdaşlarının elmi reytinqinin yüsəlməsində də özünü göstərir.

Bu günlərdə İnstitutun direktoru akademik Fikrət Əliyev və şöbə müdiri f.r.e.d. Yusif Qasımov Applied Mathematics and Information Sciences beynəlxalq jurnalının Redaksiya Heyətinə üzv qəbul edilmişlər. Qeyd edək ki, bu jurnal Natural Sciences çap evi tərəfindən dərc edilir və Thomson Reuters agenliyinin bazasına daxildir. İnanırıq ki, alimlərimizin adı yuxarıda çəkilən jurnalın redaksiya heyətindəki fəaliyyəti Bakı Dövlət Universitetinin elmi nüfuzunun daha da yüksəlməsinə, elmi əlaqələrin möhkəmlənməsinə öz töhvəsini verəcəkdir.

| Ətraflı


COIA-2015
07/09/2015

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə 27-29 avqust 2015-ci il tarixində Bakı Dövlət Universitetində “Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” 5-ci beynəlxalq konfransı (The 5th International Conference on Control and Optimization with Industrial Applications- COIA-2015) keçirildi.

| Ətraflı


Beynəlxalq Forumda iştirak
03/07/2015

24-27 iyun 2015-ci il tarixində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti akademik Altay Borubayevin təşkilatçılığı ilə Qırğızıstanda İssık-Kul Beynəlxalq Riyaziyyat Forumu keçirilmişdir. Forumun işində iştirak etmək üçün Tətbiqi Riyaziyyat İnstititunun direktoru akademik Fikrət Əliyev, şöbə müdiri f.r.e.d. Yusif Qasımov dəvət olunmuşdular. Təqdirəlayiq haldır ki, F.Ə. Əliyevin, N.A. İsmayılov, Y.S.Qasımovun birgə işi Forumda plenar məruzə kimi təqdim edilmişdir. Forumda iştirak edən F.Ə.Əliyev Türk Dünyası Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti kimi Forumun gedişində təşkil edilən Cəmiyyətin İdarə Heyətinin toplantısında növbəti 6-cı Konqresinə hazırlıq prosesinin müzakirəsində iştirak etmişdir.

| Ətraflı


COIA-2015
03/06/2015

27-29 avqust 2015-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə “Control and Optimization with Industrial Applications (COIA-2015)” 5-ci Beynəlxalq konfransı keçiriləcək.

Konfransın veb-səhifəsi: www.coia-conf.org

| Ətraflı


Diplomqabağı təcrübə
05/05/2015

20.04.15- 16.05.15 tarixinədək Azərbaycan  Universitetinin kompüter  elmləri fakültəsinin tələbələri TR ETİ-də diplomqabağı təcrübə keçirirlər.

Tələbələrə institutun gördüyü işlər haqqında  ətraflı məlumat verildi və onlar şöbələr üzrə təcrübə keçmək üçün yönəldildi.  Şöbələrin tematikasına uyğun tələbələrə verilən mövzular və mövcud ədəbiyyat siyahısının köməyilə referatlar hazırlanır.

| Ətraflı


Fəxri Fərman
10/04/2015

08 aprel 2015-ci il tarixində Bakı Dövlət Universitetnin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda 2014-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadənin hesabatı dinlənilib.

2014-cü ilin nəticələrinə əsasən BDU üzrə yüksək elmi uğurlar əldə etdiyinə görə İnstitutun şöbə müdiri f.-r.e.d. Yusif Qasımov Fəxri Fərmanla təltif edilib.

| Ətraflı


Institutun beynəlxalq əlaqələri genişlənir
11/02/2015

3 fevral 2015-ci il tarixində Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun təsis etdiyi İmpakt Faktoru 0.24 olan "Нелинейны Колибання" jurnalının redaksiya heyətinin genişləndirilmiş iclası keçirildi. İclasda jurnalın redaksiya heyyətinin dünyanın müxtəlif ölkələrindən   olan 25 üzvündən 17-si iştirak edirdi. Tətbiqi Riyaziyyat  ETİ-nin  direktoru akademik F.Ə. Əliyevdə bu iclasda redaksiya heyyətinin üzvü kimi iştirak edirdi.

| Ətraflı


Vahid Babanlı-80
13/01/2015

İnstitutun "Sistemli analizin riyazi məsələləri" şöbəsinin aparıcı elmi işçisi Vahid Yusif oğlu Babanlının 80 yaşıtamam olur. İnstitutun kollektivi onu yubileyi münasibətilə təbrik edir və gələcək elmi tədqiqatlarında uğurlar arzulayır.

 

| Ətraflı


Ş.M. Nəsibov- 70
02/12/2014

İnstitutun “Tərs məsələlər və qeyri-xətti tənliklər” şöbəsinin böyük elmi işçisi Nəsibov Şərif  Məhəmməd oğlunun 70 yaşı tamam olur. O, 1971-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirib, 2009-cü ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Ş.M. Nəsibov tanınmış beynəlxalq elmi jurnallarda çap olunmuş 30-dan çox elmi əsərin müəllifidir.

İnstitutun kollektivi Ş.M. Nəsibovu 70 illik yubileyi münasibətilə təbrik edir və gələcək elmi tədqiqatlarında üğürlar arzulayır.

| Ətraflı


Elan
12/11/2014

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsini elan etmişdir.

| Ətraflı


Doktorluq dissertasiyasının müdafiəsi
04/11/2014

04.11.2014 tarixində Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD.02.017 Dissertasiya Şurasında Natiq Söhrab oğlu İbrahimovun "Kvazioptika tənlikləri üçün identifikasiya  məsələləri" 1214.01 – Dinamik sistemlər və optimal idarəetmə ixtisasından riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirildi.

| Ətraflı


Jurnalın növbəti nömrəsi çapdan çıxdı
31/10/2014

Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) mətbu orqanı olan "Turkic World Mathematical Society Journal of Pure and Applied Mathematics" jurnalının növbəti nömrəsi capdan çıxmışdır.

http://iam.bsu.edu.az/az/content/contents_v5_no2_2014

 

 

| Ətraflı


Jurnal
30/09/2014

Institutun «Proceedings of Institute of Applied Mathematics» adlı dövrü elmi jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 16 may 2014-cü il tarixli (protokol № 07-R) qərarı ilə Riyaziyyat elmləri üzrə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən  dövrü elmi nəşrlərin siyahısı” na daxil edilmişdir.

 

 

| Ətraflı


FİKRƏT ƏLİYEV - 65
13/08/2014

13 avqust 2014-cü il tarixində BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin direktoru Akademik Fikrət Əhmədəli oğlu Əliyevin 65 yaşı tamam olur.

 


| Ətraflı


Applied and Computational Mathematics
12/08/2014

"Thomson Reuters"in siyahısında  impakt faktor alan ilk və yeganə Azərbaycan jurnalı "Applied and Computational Mathematics" (Tətbiq və Hesablama Riyaziyyatı) yenidən irəlidədir.

Bu  məlumat təşkilatın 2013-cü il hesabatında  yer alıb. "Applied and Computational Mathematics" əldə etdiyi  təsir əmsalı ilə postsovet ölkələri ilə yanaşı, Şərqi Avropada nəşr edilən uyğun profilli jurnalları da qabaqlamağa  müvəffəq olub. Hazırda jurnal hər nömrə 300 tirajla cap olunur.

| Ətraflı


Qırğızıstanda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V Konqresi keçirildi
10/06/2014

5-7 iyun 2014-cü iltarixində Qırğızıstanın “İssık-Kul” gölünün sahilində Türk Dünyası  Riyaziyyat  Cəmiyyətinin V  Konqresi keçirildi.

 

| Ətraflı


TWMS Journal of Pure and Applied Mathematics jurnalının növbəti nömrəsi işıq üzü gördü
19/05/2014

Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) mətbu orqanı olan "Turkic World Mathematical Society Journal of Pure and Applied Mathematics" jurnalının növbəti nömrəsi capdan çıxmışdır. Jurnalda Azərbaycan, Sepbiya,  İran, Qazaxıstan, Hindistan, Cənubi Afrika, Malayziya,  və s. ölkələrin tanınmış riyaziyyatçılarının məqalələri çap olunmuşdur.

| Ətraflı


Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxışı
23/04/2014

“…Ümumiyyətlə, RYTN AMEA ilə çox sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq tətbiqi işlərin yerinə yetirilməsi, elmi jurnalların maliyyələşdirilməsi, bir qrup tədqiqatçıya təqaüdlərin verilməsi, həmçinin Elmin İnkişafı Fondu və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən tətbiqi işlərə qrantların verilməsi, konfrans və forumların təşkili, elmi ezamiyyətlər və digər dəstəkləyici tədbirlərin həyata keçirilməsi kimi işləri əhatə edir. Yəqin ki, RYTN, AMEA və BDU-nun Tətbiqi Riyaziyyat İnstitutunun birgə təsisçiliyi ilə yaradılmış və bu gün Azərbaycanda yeganə “İmpact Faktor”-a malik olan ingilis dilində çap olunan beynəlxalq “Tətbiqi və hesablama riyaziyyatı” jurnalının da hesabat ilində rolunu qeyd etmək çox ədalətli olar. …”

www.science.gov.az

| Ətraflı


Müdafiə Şurasının növbəti iclası keçirildi
02/04/2014

02.04.2014 tatrixdə FD.02.017 Dissertasiya Şurasının növbəti iclası keçirildi. İclasda Şurada daxil olmuş dissertasiya işləri haqqında müzakirələr keçirildi.

 

 

| Ətraflı


Genişləndirilmiş Elmi Şura
28/02/2014

Bu gün Bakı Dövlət Universitetinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitunun direktoru, akademik Fikrət Əliyev institutda son illərdə əldə olunan elmi nailiyyətlərdən, beynəlxalq uğurlardan danışdı.

HESABAT 2010-2013

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 |