Xəbərlər
Aslan Paşa oğlu Quliyev27/02/2017
Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat ET İnstitutunun “Obrazların tanınması və informasiyaların işlənməsi” şöbəsinin müdiri, f.r.e.n. Aslan Paşa oğlu Quliyev 26.02.2017-ci il tarixində 53 yaşında qəflətən vəfat etmişdir.
Akademik Fikrət Əliyev beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib
29/12/2016
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev Ukrayna Elmlər Akademiyasının S.Timoşenko adına Mexanika İnstitutunun “Tətbiqi mexanika” beynəlxalq elmi-nəzəri jurnalının redaksiya şurasının üzvü seçilib.
Elmi Şura
20/12/2016
16.12.16- cı il tarixində Tətbiqi Riyaziyyat ETİ-nin genişləndirilmiş Elmi Şurasının iclası keçirildi. İclasda Bakı Dövlət Universitetinin Elmi Şurasına İnstitutdan üzvün seçilməsi məsələsinə baxıldı.
| Ətraflı
Hesabat-2016
13/12/2016
13.12.2016 tarixində İnstitutun genişləndirilmiş Elmi Şurasının iclası keçirildi. İclas İnstitutun illik hesabatına həsr olundu. İclasın sədri Akademik F.Ə. Əliyev hesabatı təqdim etmək üçün sözü direktor müavini f.r.e.n. Nailə Vəliyevaya verdi. N. Vəliyeva 2016-ci ildə İnstitutda görülən işlər haqqında ətraflı məlumat verdi.
Imperial Kollecinə ezamiyyət
29/11/2016
20-27 noyabr 2016-cı il tarixində akademik Fikrət Əliyev İmperial Kollecin (London) dəvəti ilə elmi ezamiyyətdə olmuşdur.
| Ətraflı
Qazaxıstanlı tələbələr İnstitutda
22/11/2016
10-19 noyabr tarixlərində Qazaxıstan Respublikasının Mili Avrasiya Universitetinin mexanika-riyaziyyat fakultəsinin 2-ci kurs magistrləri L.Baysalbayeva, A. Mukanova, M. Seydaşov Tətbiqi Riyaziyyat İnstitutunda elmi təcrübə keçmişlər.
Thomson Reuters və Web of Science mükafatları-2016
10/11/2016
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Thomson Reuters”in birgə təşkilatçılığı ilə Azərbaycan elmi ictimaiyyəti üçün nəzərdə tutulan “Web of Science” mükafatları-2016”nın təqdimetmə mərasimi olub. Tədbirdə ilin ən çox istinad olunan elmi jurnal nominasiyasında "Applied and Computational Mathematics", yeni Web of Science jurnalı nominasiyası üzrə isə "TWMS Journal of Pure and Applied Mathematics" jurnalı mükafata layiq görülüb. Mükafat Jurnalın həm-baş redaktoru Akademik Fikrət Əliyevə təqdim edilib.
Jurnalın növbəti nömrəsi çapdan çıxdı
31/10/2016
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və BDU-nun Tətbiqi-Riyaziyyat ETİ-nin təsisçiliyi ilə dərc edilən “Applied and Computational Mathematics” jurnalının növbəti 15-ci cildinin 3-cü sayı çapdan cıxmışdır.
| Ətraflı
TWMS Journal Pure and Applied Mathematics
31/10/2016
Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) mətbu orqanı olan "Turkic World Mathematical Society Journal of Pure and Applied Mathematics" jurnalının növbəti nömrəsi capdan çıxmışdır.
| Ətraflı
Beynəlxalq Konfrans
21/09/2016
Akademik Fikrət Əliyev 07-10 Sentyabr 2016 tarixində Almatı şəhəridə keçirilən Akademik T.S. Kalmenovun 70 illiyinə həsr olunmuş “Analiz və Tətbiqi Riyaziyyat” (ICAAM 2016 Third International Conference on Analysis and Applied Mathematics) Beynəlxalq konfransında iştirak etmişdir.
| Ətraflı
Redaksiya heyətinin təbrikləri
21/07/2016
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə çap olunan və “Thomson Reuters” Agentliyinin son reytinq cədvəlinə əsasən impakt faktoru 0,717-yə yüksəlmiş "Applied and Computational Mathematics" jurnalının uğuru onun redaksiya heyətinin üzvləri tərəfindən sevinclə qarşılanmışdır. Bu münasibətlə redaksiyaya təbriklər daxil olmuşdur.
| Ətraflı
Azərbaycan elmi dünyada tanınır - Respublika qəzetində müsahibə 14 iyul 2016
14/07/2016
"...Doğulub böyüdüyü, vətəndaşı olduğu ölkəsini dünyada tanıtmaq hər bir kəsin borcudur. Bu şərəfli missiyanı yerinə yetirmək isə az-az adamlara nəsib olur. Bu mənada elm adamlarının üzərinə daha böyük məsuliyyət, çiyinlərinə daha ağır yük düşür. Azərbaycan elmi dünya elminə həmişə töhfələr verib.Yaşadığımız dövrlərin çətinliklərinə baxmayaraq nə yaxşı ki, bu ənənəni yaşadanlar bu gün də var...
Azərbaycanda nəşr olunan elmi, ictimai jurnalların bugünkü durumu, onların dünyada tanıdılmasında alimlərimizin rolu, alınan nəticələr, görüləcək işlərdən söhbət açmaq istəyirik yenə də. Həmsöhbətimiz isə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, dünyada çap olunan elmi jurnallar sırasında getdikcə yerini möhkəmləndirən “Applied and Computational Mathematics” jurnalının baş redaktorlarından biri akademik Fikrət Əliyevdir. ..."
http://www.respublica-news.az/images/pdf/2016.07.14.pdf
| ƏtraflıJurnalın növbəti nömrəsi capdan çıxdı
30/06/2016
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Elmlər Akademiyası və BDU-nun Tətbiqi-Riyaziyyat ET İnstitutunun təsisçiliyi ilə dərc edilən “Applied and Computational Mathematics” (Tətbiq və Hesablama Riyaziyyatı) jurnalının növbəti 15-ci cildinin 2-ci sayı çapdan cıxmışdır. Qeyd edək ki, bu jurnal Thomson Reuters bazasına daxil edilən və İmpakt Faktor almış Azərbaycanın ilk və hələlik yeganə elmi jurnaldır.
| Ətraflı
Azərbaycan elminin növbəti uğuru
20/06/2016
Dünyada elmi qiymətləndirmənin ən mötəbər sistemi hesab edilən və ABŞ-ın Filadelfiya şəhərində yerləşən “Thomson Reuters” Agentliyinin Elmi İnformasiya İnstitutunun 2015-ci il üçün hesabatı açıqlanıb.
Bu siyahıda Azərbaycanı yeganə elmi nəşr– “Applied and Computational Mathematics” (“Tətbiqi və Hesablama Riyaziyyatı”) jurnalı təmsil edir
| ƏtraflıBeynəlxalq konfransda iştirak
03/05/2016
27-29 Aprel 2016-cı il tarixində Mərakeş Krallığının Beni-Mellal şəhərində “The 11th Conference on Numerical Analysis and Optimization” (11-ci Ədədi Analiz və Optimallaşdırma) beynəlxalq konfransı keçirildi. Konfransın elm komitəsinin üzvü akademik Fikrət Əliyev konfransda “The methods to identification of the parameters of the dynamic systems and applications” (Dinamik sistemlərin parametrlərinin təyini üçün identifikasiya metodları və tətbiqləri) adlı plenar məruzə ilə çıxış etdi.
Fəxri Fərman
07/04/2016
6 aprel 2016-cı il tarixində Bakı Dövlət Universitetnin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda 2015-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadənin hesabatı dinlənildi.
2015-cü ilin nəticələrinə əsasən ETİ, ETM, ETL-lər üzrə yüksək elmi uğurlar əldə etdiyinə görə Tətbiqi Riyaziyyat İnstitutun direktoru akademik Fikrət Əliyev Fəxri Fərmanla təltif edilib.
| ƏtraflıAMEA-nın İqtisadiyyat İnstitutunun Elmi Şurasında akademik Fikrət Əliyevin məruzəsi dinlənilmişdir
04/03/2016
Martın 4-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Akademik Fikrət Əliyev beynəlxalq elmi bazalara daxil olan jurnallarda məqalələrin çap olunması qaydaları, Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti ilə bağlı Elmi Şurada məruzə etdi.
Jurnalın növbəti nömrəsi capdan çıxdı
24/02/2016
Azərbaycan elm tarixində ilk dəfə Thomson Reuters agentliyinin siyahısına daxil edilmiş və impakt faktor (keyfiyyət əmsalı) alan Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Elmlər Akademiyası və BDU-nun Tətbiqi-Riyaziyyat ET İnstitutunun təsisçiliyi ilə dərc edilən “Applied and Computational Mathematics” (Tətbiq və Hesablama Riyaziyyatı) jurnalının növbəti 15-ci cildinin 1-ci sayı çapdan cıxmışdır.
| Ətraflı
Vladimir Larin-80
10/02/2016
3 fevral 2016-ci il tarixində Ukrayna Milli Elmlər Akademiyasının Timoşenko adına Mexanika İnstitutunun professoru, “Applied and Computational Mathematics” jurnalının həm-baş redaktoru Vladimir Larinin 80 illik yubileyi keçirilmişdir. Tətbiqi Riyaziyyat ETİ-nin direktoru akademik F.Ə. Əliyev bu yubiley mərasiminə dəvət olunmuşdur.
“Tətbiqi və hesablama riyaziyyatı“ jurnalı “SCOPUS Mükafatı”na layiq görülüb
25/01/2016
Dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Elsevier” əməkdaşlıq etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu ilə birlikdə ilk dəfə olaraq “SCOPUS Mükafatların”ı təqdim etmək məqsədilə tədbir və qala gecə keçirib. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev təqdimatların əhəmiyyətindən söz açıb, ölkəmizdə elmin inkişafına dövlət tərəfindən göstərilən qayğını xüsusi vurğulayıb. Qeyd olunub ki, “SCOPUS Mükafatı Azərbaycan-2016” iki istiqamət (Araşdırmalar və Elmi Jurnal üzrə Yüksək Müvəffəqiyyət Mükafatları) olmaqla bir neçə nominasiya üzrə nəzərdə tutulub. Tədbirdə Bakı Dövlət Universitetində nəşr olunan “Tətbiqi və hesablama riyaziyyatı” jurnalı “SCOPUS Mükafatı”na layiq görülüb. Jurnala verilən mükafat isə jurnalın həm baş redaktoru akademik Fikrət Əliyevə təqdim olunub.
1 | 2 | 3 | 4 | 5 | 6 |