Home AZ EN RU
BAKI DÖVLƏT UNİVERSİTETİ
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Xəbərlər

Tətbiqi Riyaziyyat ETİ-nin Həmkarlar Təşkilatının növbəti iclas keçirilib
20/02/2020

 

20.02.2020-ci il tarixdə saat 12 00-da Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat ETİ-nin həmkarlar təşkilatının  hesabat-seçki iclası keçirildi.
Iclasda BDU-nun Həmkarlar Təşkilatının sədri  Rəşad Cabarov və professor Əmrah Dadaşov iştirak edirdilər. İclası giriş sözü ilə institutun direktoru akademik Fikrət Əliyev açdı. İnstitutun həmkarlar təşkilatının sədri Y.V. Məmmədovanın  2017-2020 ci il  üçün hesabatı dinlənildi və  sonda qənaətbəxş qiymətləndirildi.
Sonra  institutun Həmkarlar Təşkilatının  yeni üzvləri secildi və üzvlər yenidən Yeganə Məmmədovanın Tətbiqi Riyaziyyat ETİ-nin  həmkarlar təşkilatının sədri seçilməsin təklif etdilər. Səsvermə yolu ilə Y. Məmmədova yektillikə institutun həmkarlar təşkilatının sədri seçildi.

 

| Ətraflı


İlkin müzkirə
18/02/2020

 

18.02.2020-ci il tarixdə saat 1000-da Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat  İnstitutunda aparıcı  elmi işçi, f.r.e.n, Şərif Məmməd oğlu Nəsibovun  “Sobelev bərabərsizliklərində opimal sabitlər və onların tətbiqləri”  mövzusunda  1211.01- Diferensial tənliklər ixtisası üzrə riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi doktorluq dissertasiya işinin ilkin müzakirəsi keçirildi.

Müzakirə  yüksək səviyyədə keçirildi. Müzakirədə akademik Yusif Məmmədov, akademik Fikrət Əliyev, AMEA-nın mübir üzvi, prof. Bilal Bilalov,  f-r.e.d., prof. Əkbər Əliyev, f-r.e.d. Misrəddin Sadıqov, f-r.e.d. Aqil Xanməmmədov   dissertasiya haqqında öz müsbət fikirlərin və iradlarını bildirdilər. İclas iştirakçıları, rəyçilər və qonaqlar işi yüksək qiymətləndirdilər. İclas iştirakçıları işin növbəti mərhələyə buraxılmasına yekdilliklə səs verdilər.

 

| Ətraflı


İnstitutun növbəti uğuru
04/02/2020

 

Tətbiqi Riyaziyyat ETİ-nin direktoru akademik Fikrət Əliyev Institutun "Məlumat hesablama sistemləri" şobəsinin dosenti  Əli Ramazanovu riyaziyyat üzrə elmlər doktoru elmi  dərəcəsinin təsdiqi münasibəti ilə institutun kollektivi adından təbrik edti.

| Ətraflı


Akademik Fikrət Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetində məruzə ilə çıxış edib
29/01/2020

 

Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyev “Azərbaycanda elmi jurnalların inkişaf dinamikasının problemləri” məruzəsi ilə cıxış etmək üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinə dəvət olunmuşdur.

 

| Ətraflı


Dekabrın 11-də AMEA-nın Fizika İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2019-cu ili əhatə edən hesabat iclası keçirilib
11/12/2019

 

Dekabrın 11-də AMEA-nın Fizika İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2019-cu ili əhatə edən hesabat iclası keçirilib
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun cari il üzrə hesabatını qurumun direktoru, akademik Fikrət Əliyev təqdim edib.

F.Əliyev bildirib ki, hesabat dövründə əməkdaşlar tərəfindən 83 məqalə, 11 tezis nəşr etdirilmiş, 1 beynəlxalq qrant, 3 respublika daxili qrant, 2 BDU-nun “50+50” daxili qrant  layihələri  yerinə yetirilmişdir. Bundan başqa İnstitutdan AMEA-nın mühüm nəticələrinə 1 iş təqdim  olmuşdur.

 

| Ətraflı


Elmi Şura
10/12/2019

 

10.12.2019  tarixində İnstitutun genişləndirilmiş Elmi Şurasının iclası keçirildi. İclas İnstitutun illik hesabatına həsr olundu. Iclasda BDU-nun elmi katibi, f.-r.e.d. V.M. Salmanov,  AMEA-nın mübir üzvi, V.S. Quliyev, t.e.n., dos.F. Mirzəyev və başqa qonaqlar iştirak edirdiıər. İclasın sədri Akademik F.Ə. Əliyev hesabatı təqdim etmək üçün sözü direktor müavini f.r.e.n. Nailə Vəliyevaya verdi.  N. Vəliyeva 2019-cu ildə İnstitutda görülən işlər haqqında ətraflı məlumat verdi.

 

 

| Ətraflı


Nəsibov Şərif -75
27/11/2019

 

27.11.2019 tarixində İnstitutun “Tərs məsələlər və qeyri-xətti tənliklər”   şöbəsinin böyük elmi işçisi Nəsibov Şərif  Məhəmməd oğlunun 75 yaşı  tamam olur.
O, 1971-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirib, 2009-cü ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Ş.M. Nəsibov tanınmış beynəlxalq elmi jurnallarda çap olunmuş elmi əsərin müəllifidir.

İnstitutun kollektivi  Ş.M. Nəsibovu 75 illik yubileyi münasibətilə təbrik edir və gələcək elmi tədqiqatlarında üğürlar arzulayır.

 

| Ətraflı


Akademik Fikrət Əliyev AzTU müəllimləri üçün seminar keçirib
20/11/2019

 

Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyev “Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti haqqında” məruzə ilə cıxış etmək üçün Azərbaycan Texnuki Universitetinə dəvət olunmuşdur. Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev qonaqları salamladıqdan sonra  F.Əliyevə birgə əmkdaşlıq etməyə razılıq verdiyinə görə minnətdarlığını bildirdi. F.Əlieyev çıxış edərək Azərbaycanda elmi jurnalların “Clarivate Analytics”–in genişlənmiş siyahısına daxil olması yollarından danışdı. O, qeyd etdi ki, baxmayaraq ki, riyaziyyat, kimya, neft tədqiqatları sahəsində “Clarivate Analytics”-in siyahısına daxil olan jurnallar var, lakin humanitar, sosial və siyasi elmlər sahəsində cəmi bir jurnal bu sistemə daxildir.  Çıxışdan sonra F.Əliyev ona ünvanlanan sualları cavablandırdı.

| Ətraflı


Tətbiqi Riyaziyyat ET İnstitutunun direktoru Fikrət Əliyev mükafatlandırılıb
04/09/2019

 

Bakı Dövlət Universitetində bu ali təhsil ocağının 100 illik yubileyinə həsr olunan “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransının (IECMSA-2019) bağlanış mərasimində Tətbiqi Riyaziyyat ET İnstitutunun direktoru, akademik Fikrət Əliyevə Konfransın keçirilməsində göstərdiyi köməkliyə və  Türk Dünyası Riyaziyyat Cəmiyyətinə verdiyi töhvələrə görə mükafatlandırılıb.

 

| Ətraflı


Institutun əməkdaşları Beynəlxalq Konfransda məruzə ilə çıxış ediblər
27/08/2019

 

BDU-da “Riyaziyyat və onun Tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı (IECMSA-2019)  keçirilib. Tətbiqi Riyaziyyat ET İnstitutunun əməkdaşları Pənahov Etibar və Hacıyeva Nazilə məruzə ilə konfransda çıxış etmişlər.

 

 

 

| Ətraflı


Vətən elmini qoruyub inkişaf etdirmək, dünyaya tanıtmaq vətəndaşlıq borcumuzdur-Respublika qəzetində müsahibə 11 avqust 2019
11/08/2019

 

Vətən elmini qoruyub inkişaf etdirmək, dünyaya tanıtmaq vətəndaşlıq borcumuzdur

Dünya hər zaman belə olub: sakit göründüyü qədər də təlatümlü, ziddiyyətli, çətin, mürəkkəb. Odlu, soyuq müharibələr bir-birini əvəz edib, dövlətlər arasında sədlər çəkilib. Təbii fəlakətlər ara verməyib. Bəşəriyyət, “ölüm-qalım” dilemması qarşısında çırpınıb. Yenə də insan ağlı, insan düşüncəsi qalib gəlib. Çünki, o, öz nicatını bunda görüb. Elm, bəşəriyyətin xilası, inkişafı, tərəqqisidir. Düşünürəm ki, əsrlərdən bəri öz təsdiqini tapmış bu fikirlər nə qədər təkrarlansa da, köhnəlməyəcək. Belə olmasaydı, dünya alimləri bir araya gəlməyə bu gün həmişəkindən daha çox cəhd göstərməz, hər bir xalq, millət üçün dünya elminə inteqrasiya bu qədər önəm daşımazdı.

Bu mövzuda söhbətimizi Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) vitse-prezidenti, akademik Fikrət Əliyevlə davam etdirəcəyik. Uzun illərdən bəri, Azərbaycan elminin dünyaya tanıdılması istiqamətində yorulmaq bilmədən çalışan, elm cəfakeşi Fikrət müəllimin elmin yüksəkliyinə doğru aparan həyat yolunun bəzi məqamlarına nəzər yetirmək də yerinə düşərdi.

Biz yenə də Azərbaycan elmindən danışacağıq, bu sahədə xidmətləri olan insanları yad edib oxucularla öz fikirlərimizi bölüşəcəyik.

http://www.respublica-news.az/index.php/muesahib-l-r/item/23415-vaetaen-elmini-goruyub-inkishaf-etdirmaek-dunyaya-tan-tmag-vaetaendashl-g-bordzumuzdur

 

 

| Ətraflı


Tətbiqi Riyaziyyat ETİ-nin qonaqları
15/07/2019

 

15.07.2019 tarixdə Rusiya Elmlər Akademiyasının "İdarəetmənin Problemləri İnstitutunun" əməkdaşı, Azərbaycanda yeganə SCI İmpakt Faktora malik elmi "Applied and Computational Mathematics" beynəlxalq jurnalının redaksiya heyətinin üzvü, professor Polyak Boris Teodoroviç BDU-nun Tətbiqi Riyaziyyat ET İnstitutunda olmuşdur. Qonağı institutun müvəffəqiyyətləri ilə yaxından tanış edən institutun direktoru akademik Fikrət Əliyev institutda nəşr olunan beynəlxalq elmi jurnallar, alınan  beynəlxalq qrantlar, əməkdaşların aldığı yeni elmi nəticələr haqqında məlumat verdi.
Qonaq son zamanlar çalışdığı institutda alınan uyğun yeni elmi nəticələr, redaksiya heyətlərinin üzvü olduğu elmi jurnallar haqqında məlumat verdi. Sonra qonaq institutun elmi şöbələri, kitabxana və institutun əməkdaşları ilə tanış oldu. Görüşdə AMEA-nın müxbir üzvü Kamil Aydazadə və institutun elmi katibi, f.r.e.n. Nərgiz Səfərova iştirak etdilər.

| Ətraflı


Tətbiqi Riyaziyyat ETİ-nin əməkdaşları Beynəlxalq Konfransda iştirak etdilər
02/07/2019

 

Tətbiqi Riyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyev, İnformatika üzrə direktor müavini Nailə Vəliyeva, elmi katib Nərgiz Səfərova, elmi işçi Yeganə Məmmədova 27-29 iyun 2019 il tarixlərində Türkiyə Respublikasının İstanbul  şəhərində keçirilən “2 International Conference on Life and Engineering Sciences”  Beynəlxalq Konfransında iştirak etmək üçün Türkiyədə ezamiyyətdə oldular.
Fiktət Əliyev dəvətli məruzəçi kimi konfransda məruzə etdi. Nərgiz Səfərova, Yeganə Məmmədova da konfransda  məruzə ilə çıxış etdilər.

 

 

| Ətraflı


İlkin müzkirə
25/06/2019

 

25.06.2019-cu il tarixdə saat 1000-da Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun böyük elmi işçisi Hümbət Kazım oğlu Musayevin “Abstrakt konvolution operator-diferensial tənliklərin maksimal requlyarlıq  xassələri və tətbiqləri” mövzusunda 1211.01- Diferensial tənliklər ixtisası üzrə riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi doktorluq dissertasiya işinin ilkin müzakirəsi keçirildi.

Müzakirə  yüksək səviyyədə keçirildi. AMEA-nın mübir üzvi, Vaqif Quliyev, f.-r.e.d. Tahir Hacıyev, prof. İlham Əliyev, prof. Nihan Əliyev dissertasiya haqqında öz müsbət fikirlərin və iradlarını bildirdilər. İclas iştirakçıları, rəyçilər və qonaqlar işi yüksək qiymətləndirdilər. Alınmış bütün nəticələr  misallar üzərində araşdırılmış, təklif edilən metodların effektivliyi göstərilmişdir. İclas iştirakçıları işin növbəti mərhələyə buraxılması yekdilliklə səs verdilər.

 

 

| Ətraflı


Təbriklər
25/06/2019

 

Azərbaycan Rspublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BDU və AMEA-nın birgə təsis etdiyi “Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalının təsir əmsalının 3.16-ya bərabər olması münasibəti ilə bağlı  daxil olan təbriklər.

Dear Prof. Dr. Fikret Aliev,
Excellent. CONGRATULATIONS to your and your editorial staff for the outstanding work.
It is honor to be a part of  your wonderful team.

Regards
Aslam Noor


Fikret Bey merhaba, tebrikler, emek veren herkesi kutlarım.
Saygılarımla,
Hitay


Dear Professor Fikret,
good news and congratulations. I hope also that it will increase with more good quality of papers; if I can help no problem
best regards


Prof Khalide Jbilou


| Ətraflı


“Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalı 254 beynəlxalq nəşr arasında 10-cu yerdə qərarlaşıb
21/06/2019

 

Azərbaycan Rspublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), BDU və AMEA-nın birgə təsis etdiyi elmi jurnalı 254 beynəlxalq nəşrlər arasında 10-cu yerdə qərarlaşıb.

Dünyanın ən mötəbər elmi-analitik informasiya bazalarından olan “Clarivate  Analytics” (əvvəllər “Thomson Reuters”)  2019-cu il üçün illik hesabatı açıqlanıb. Bu hesabat ötən dövr üçün sözü gedən bazanın siyahısında olan yenilikləri, siyahıya daxil olan və xaric edilən elmi jurnallar, onların impakt faktorlarının  (keyfiyyət dərəcəsi) dinamikası haqqında məlumatı əks etdirir. Agentliyin son hesabatına əsasən Azərbaycanda dərc olunan “Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalının təsir əmsalı 2.365-dən qalxaraq 3.16-ya bərabər olub, yəni jurnal 19-cu yerdən 10-cu yerə yüksəlib.

Jurnalın həmbaş redaktoru akademik Fikrət Əliyev  bildirib ki, Azərbaycan Respublikası NRYTN dəstəyi ilə  Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda  dərc  olunan bu jurnal Azərbaycan elm tarixində ilk və yeganə elmi nəşr olaraq 2008-ci ildə “Clarivate  Analytics” -in genişləndirilmiş siyahısında yer alıb.

Qeyd edək ki, bu yer (10-cu yer) Avropa ölkələri arasında 4-cü, əski sovetlər birliyində birinci yeri təmin edir.  Jurnalın bu günədək 44 nömrəsi çapdan çıxıb ki, bu nömrələrdə dünyanın 50-dən cox ölkəsini təmsil edən müəlliflərin 500-dək məqaləsi dərc olunub.

Jurnalda tətbiqi və hesablama riyaziyyatının müxtəlif  sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap edilir.  Nəşr olunduğu 18 il ərzində jurnal 47 ölkədən 250-dən artıq elmi müəssisə ilə mübadilə həyata keçirib.

Azərbaycan Elmi ictimaiyyətini bu uğur münasibətilə təbrik edir və Dövlətimizin  daha  da  möhkəmlənməsi naminə uğurlar diləyirik.

 

| Ətraflı


Alimlərimizin elmi nəticələrinin istehsalata tətbiqi iqtisadiyyatın inkişafına zəmin yaradır -Respublika qəzetində müsahibə 21 may 2019
22/05/2019


Alimlərimizin elmi nəticələrinin istehsalata tətbiqi iqtisadiyyatın inkişafına zəmin yaradır

Doğru deyirlər ki, istənilən cəmiyyətin taleyi, ilk növbədə, onun üzvlərinin səviyyəsindən asılıdır. İstedadlı, elmli, bilikli və təbii ki, həm də iradəli şəxslərdən ibarət cəmiyyət daha mükəmməl ümumi yaşayış formaları yaradaraq inkişaf edir. Bu səbəbdən də istər təhsildə, istərsə də elmdə kritik kütlə effektini vacib amil sayırlar. Ölkə başçısı cənab İlham Əliyevin söylədiyi: “...Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik.

Bu mənada Azərbaycan elmi hər zaman öz sözünü demiş və cəmiyyətin seçilən üzvləri olan alimlərimiz təkcə dünya elminə töhfələr verməklə kifayətlənməmiş, onların əldə etdikləri nəticələr ölkə iqtisadiyyatının inkişafına yönəldilmişdir. Bu gün isə buna daha böyük ehtiyac duyulur. Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu da fəaliyyətə başladığı gündən bu amala xidmət edir. Ötən illərdə nə kimi uğurlar əldə edilmişdir, qarşıda hansı məsələlər durur, Azərbaycan elminin bugünkü inkişafının əsasında nə dayanır...

Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyevlə söhbətimizdə bu və ya digər suallara cavab axtarmağa çalışmışıq...

http://www.respublica-news.az/index.php/elm-v-t-hsil/item/22730-alimlaerimizin-elmi-naetidzaelaerinin-istehsalata-taetbigi-igtisadiyyat-n-inkishaf-na-zaemin-yarad-r

http://www.respublica-news.az/images/pdf/2019.05.21.pdf

 

 

 

 

 

| Ətraflı


“Qızıl Kəlmə” Ədəbi Mükafatının qalibi
21/05/2019

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2018-2019-cu illər üzrə “Qızıl Kəlmə” Ədəbi Mükafatının qalibləri müəyyən edilmişdir.  İnstitutumuzun əməkdaşı "Riyazi modelləşdirmə və avtomatlaşdırılmış sistemlər"  şöbəsinin  böyük elmi işçi, -f.r.e.n. Reyhan Yusifqızı Şıxlinskayanın böyük alim Lütfi Zadəyə həsr etdiyi “Dostum Mimi” kitabı  uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə qalib olmuşdur. Qeyd edək ki, Reyhan Şıxlinskaya uzun zamandır Soft Kompütinq nəzəriyyələri ilə məşğuldur. “Dostum Mimi” kitabındakı süni zəka yaradan professor obrazı Lütfi Zadənin prototipi kimi verilmişdir.

 

 

| Ətraflı


İnstitutun növbəti uğuru
15/05/2019

 

Institutun "Riyazi Modelləşdirmə və Avtomatlaşdırılmış Sistemlər" şöbəsinin müdiri f.r.e.d., professor Arazov Həsənbəy "American Journal of Physics and Applications" jurnalının redaksiya heyətinin üzvü seçilib.

 

| Ətraflı


Tətbiqi Riyaziyyat ETİ-nin əməkdaşları Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Konfransda iştirak etdilər
27/04/2019

 

Tətbiqi Riyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyev, elmi katib Nərgiz Səfərova, böyük elmi işçi Qəmər Məmmədova 27-30 aprel 2019 il tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində keçirilən “İnternational Conference on Mathematical and Related Sciences”  Beynəlxalq Konfransında iştirak etmək üçün Türkiyədə ezamiyyətdə oldular.

Fiktət Əliyev dəvətli məruzəçi kimi konfransda məruzə etdi. Nərgiz Səfərova, Qəmər Məmmədova da konfransda  məruzə ilə çıxış etdilər.

 

 

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |