Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Vladimir Larin-80

10/02/2016

3 fevral 2016-ci il tarixində  Ukrayna Milli Elmlər Akademiyasının Timoşenko adına Mexanika  İnstitutunun professoru, “Applied and Computational Mathematics” jurnalının həm-baş redaktoru  Vladimir Larinin 80 illik yubileyi keçirilmişdir. Tətbiqi Riyaziyyat  ETİ-nin  direktoru akademik F.Ə. Əliyev bu yubiley mərasiminə dəvət olunmuşdur.

Mərasimdə F.Ə. Əliyev Rabitə və Yüksək Texnologiyalar Naziriyinin  “Applied and Computational Mathematics” jurnalının inkişafında gəstərdiyi xidmətlərə görə təltif etdiyi fəxri diplomu professor V.B. Larinə təqdim etmişdir.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həmtəsisçisi olduğu  “Applied and Computational Mathematics” jurnalı  “Elsevier” nəşriyyatının  Elmi Jurnal üzrə Yüksək Müvəffəqiyyət Mükafatı istiqamətində  “SCOPUS Mükafatı Azərbaycan-2016” nominasiyası üzrə fizika-riyaziyyat elmləri sahəsində qalib elan olunmuşdur.