Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

“Tətbiqi və hesablama riyaziyyatı“ jurnalı “SCOPUS Mükafatı”na layiq görülüb

25/01/2016

Dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Elsevier” əməkdaşlıq etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu ilə birlikdə ilk dəfə olaraq “SCOPUS Mükafatların”ı təqdim etmək məqsədilə tədbir və qala gecə keçirib. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev təqdimatların əhəmiyyətindən söz açıb, ölkəmizdə elmin inkişafına dövlət tərəfindən göstərilən qayğını xüsusi vurğulayıb. Qeyd olunub ki, “SCOPUS Mükafatı Azərbaycan-2016” iki istiqamət (Araşdırmalar və Elmi Jurnal üzrə Yüksək Müvəffəqiyyət Mükafatları) olmaqla bir neçə nominasiya üzrə nəzərdə tutulub. Tədbirdə Bakı Dövlət Universitetində nəşr olunan “Tətbiqi və hesablama riyaziyyatı” jurnalı “SCOPUS Mükafatı”na layiq görülüb. Jurnala verilən mükafat isə jurnalın həm baş redaktoru akademik Fikrət Əliyevə təqdim olunub.