Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

İnstitutunun illik hesabatı dinlənildi

24/12/2013

F.Ə. Əliyev çıxış edərək bildirdi ki, 2013-cü hesabat ilində iş planın uyğun olaraq  institutda 3 əsas istiqamət üzrə aparılan 4 mövzunu əhatə edən 13 elmi-tədqiqat işi  yetirilmışdir.  İnstitutun əməkdaşları tərəfindən respublika və xarici jurnallarda 48 məqalə (bunlardan 9-u İmpakt Faktorlu jurnalda), beynəlxalq konfransda isə 39 tezis nəşr etdirilmişdir. F.Ə. Əliyev bildirdi ki, hesabat ilində institutun 2 əməkdaşı doktorluq, 2 əməkdaşı namizədlik dissertasiyalarını müdafiə etmişlər. Bundan başqa institutun doktorantı Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, f.-r.e.n. C.Zeynalov doktorluq dissertasiyalarını müdafiə etmişdir.

Sonra o, AR Dövlət Neft Şirkətinin Elm Fondu, AR Prezidenti Yanında Elmin İnkişafı Fondu və Qazaxstan Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqələrdə qalib gəlmiş qrant layihələrindən, həmçinin BDU-nun “50+50” daxili Qrant  Proqramı çərçivəsində ugurla yerinə yetirilən qrantlardan və  “Azneft”  İstehsalat Birliyi ilə  yerinə yetirilmiş müqavilələr haqqında məlumat verdi.  Bundan əlavə İnstitutun əməkdaşları tərəfindən  beynəlxalq konfranslarda iştirak etmək üçün alınmış fərdi qrantları da qeyd etdi.  Bundan başqa qeyd edildi ki, İnstitut Bolqarıstan Respublikasında keçirilmiş “Control and Optimization with Industrial Applications” 4-cü beynəlxalq konfransının həm təşkilatçılarından biri olmuşdur. Həmçinin institut əməkdaşları  xaricdə və respublikda keçirilmış bir neçə konfransın proqram və təşkilat komitələrinin üzvləri olmuşlar.

Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun əməkdaşları beynəlxalq əlaqələrin genişləndirilməsini də həmişə diqqət mərkəzində saxlamış, dünyanın 42 ölkəsinin 156 elm və təhsil müəsisələri ilə səmərəli əməkdaşlıq qura bilmişdir. İnstitutda 2 beynəlxalq jurnal: “Aplied and Computational Mathematics” (Impact Factor 0.75) “TWMS Journal of Pure and Applied Mathematics”“Proceedings of Institute of Applied Mathematics” jurnalı dərc olunur. Qeyd etdi ki, “Applied and Computational Mathematics” jurnalının indiki İF-u öz profili üzrə nəinki keçmiş  Sovetlər Birliyində, həm də Şərqi Avropada ən yüksək göstəricidir.

İnstitutda fəaliyyət göstərən FD.02.017 Dissertasiya Şurasında fəaliyyəti haqqında məlumat verdi və bildirdi ki, Dissertasiya şurası 1208.01 – “Ehtimal nəzəriyyəsi”, 1214.01 – “Dinamik sistemlər və optimal idarəetmə”, 3338.01 – “Sistemli  analiz, idarəetmə və informasiyanın işlənməsi”ixtisasları üzrə dissertasiyaların müdafiəsini həyata keçirir. Dissertasiya Şurasının fəaliyyəti dövründə bir elmlər doktorlu, üç fəlsəfə doktorluğu dissertasiyaları müdafiə edilmişdir.

Sonda İnstitutun fəaliyyəti bölmədə qənaətbəxş kimi qiymətləndirilidi.

http://science.gov.az/az/index.php?id=6539