Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Tətbiqi Riyaziyyat ETİ-nin qonaqları

23/10/2018

Azərbaycan Milli Elmlər Akademiyasının Vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi işlər üzrə direktor müavini, b.f.d. Ələmdar Məmmədov, Rusiya Elmlər Akademiyasının  Bitki Fiziologiya İnstitutunun İdarəolunan Fotobiosintez laboratoriyasının rəhbəri Süleyman Allahverdiyev Tətbiqi Riyaziyyat ETİ-nin qonağı olmuşlar. Qonaqlar İnstitutun direktoru, akademik Fikrət Əliyevlə görüşdülər. Görüşdə qonaqlar İnstitutun elmi istiqamətləri və İnstitutda  çap olunan elmi jurnallarla maraqlandılar. Sonra  Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu ilə birgə qrant layihələrinin hazlırlanması və elmi-tədqiqat işlərinin aparılması müzakirə olundu.