Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Tətbiqi Riyaziyyat ETİ-nin əməkdaşları Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Konfransda iştirak etdilər

27/04/2019

 

Tətbiqi Riyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyev, elmi katib Nərgiz Səfərova, böyük elmi işçi Qəmər Məmmədova 27-30 aprel 2019 il tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində keçirilən “İnternational Conference on Mathematical and Related Sciences”  Beynəlxalq Konfransında iştirak etmək üçün Türkiyədə ezamiyyətdə oldular. Fiktət Əliyev dəvətli məruzəçi kimi konfransda məruzə etdi. Nərgiz Səfərova, Qəmər Məmmədova da konfransda  məruzə ilə çıxış etdilər.

akademik  F.Əliyev  konfransın təşkilat komitəsinin sədri prof. Mehmet Zeki Sarıkaya, konfransın təşkilat komitəsinin üzvü prof. Əhməd Ocak Akdeniz, dəvətli məruzəçi prof. Junesang  Choi, Almaniyadan olan bir neçə tanınmış alimlərlə birgə müzakirələr  apardı.

Konfransda qərara alındı ki, seçilmiş məqalələrdən ibarət toplu BDU-nun  və AMEA-nın birgə təsis etdiyi “Applied and Computational Mathematics” jurnalında rəydən keçmək şərti ilə çap olunsun. Həmçinin Türk Dünyası Riyaziyyat Cəmiyyətinin “TWMS Journal of Pure and Applied Mathematics” jurnalına da bir neçə məqalənin təqdim olunması qərara alındı.