Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Tətbiqi Riyaziyyat ETİ-nin 2018 -ci il üçün illik hesabatı keçirilib

04/12/2018

04.12.2018- ci il tarixində  institutun 2018-ci il üçün illik hesabatı keçirildi. Elmi hesabatların müzakirəsi üçün yaradılmış komissiyanın üzvləri prof. V.M. Salmanov (sədr), prof. N.Imamverdiyev, prof. O.H. Əkbərov, prof. X.D. Abdullayev və dos F. Mirzəyev hesabatda iştirak etdilər.

İnstitutun direktoru, akademik F.Ə. Əliyev Institutun illik hesabatını təqdim etmək üçün sözu  institutun informatika üzrə direktor müavini, dos. N.I. Vəliyevaya verdi. O, çıxış edərək bildirdi ki, hesabat ilində iş planına uyğun olaraq institutda 4 mövzu üzrə 3 mərhələ üçün 14 iş yerinə yetirilmiş və institutun əməkdaşları tərəfindən xarici jurnallarda 26 məqalə (bunlardan 14-u Impakt Faktorlu jurnalda, 35-i isə TR agentliyinin genişləndirilmiş siyahısında), respublika məqalə 13, regional (respublika) konfransda 2, beynəlxalq (xarici) konfransda isə 9 tezis nəşr etdirilmis, 1 Beynəlxalq qrant, 4 respublika daxili qrant, 2 BDU-nun “50+50” daxili qrant  layihəsi, “Azneft”  Istehsalat Birliyi ilə 1 muqavilə  yerinə yetirilmisdir. Bundan əlavə institutumuzun əməkdaşları tərəfindən  Beynəlxalq konfranslarda iştirak etmək üçün alınmış fərdi qrantları da qeyd etdi.

N.I. Vəliyeva bildirdi ki, hesabat ilində institutun 2 əməkdaşı  doktorluq dissertasiyalarını mudafiə etmis, 1 əməkdaşın isə  AAK-a təqdim etmək üçün doktorluq dissertasiyasının ilkin müzakirəsi institutda kecirilmisdir.
Qeyd olundu ki, institutda dərc olunan Impakt Faktoru 2.365 olan “Applied and Computational Mathematics” (ACM) Beynəlxalq jurnalının  3 nomrəsi,  Turk Dunyası Riyaziyyat Cəmiyyətinin “TWMS Journal of Pure and Applied Mathematics”  Beynəlxalq  jurnalının (TR agentliyinin Emerging Sources Citation Index” bazasında yer alıb)  2 nomrəsi  və  Institutun “Proceedings of Institute of Applied Mathematics” (Elleter, NA Digest, Academic Resurce Index, Jifactor, MIAR, Journal Factor kimi elmi saytlarında anons edilir) adlı dövru elmi jurnalının 2 nomrəsi  cap olunub.

Qeyd edildi ki, ACM jurnalı MDB məkanında 1-ci yeri, Avropada 4-cü yeri, dünyada isə 19-cu yeri tutur.
N.I. Vəliyeva bildirdi ki, Tətbiqi Riyaziyyat ETI-nin təşkilatçılıgı ilə  "Control and Optimization with Industrial Applications (COIA-2018)” 6-cı Beynəlxalq konfransı 11-13 iyul 2018-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə yüksək səviyyədə keçirilmişdir.
Konfransın saytında 600-dək alim qeydiyyatdan keçmişdir. Konfransda dünyanın 30 ölkəsindən 200-dən artıq alim iştirak etmiş, nəzəri və tətbiqi riyaziyyatın müxtəlif sahələri üzrə 6 bölümdə 8 dəvətli məruzə, ümumulikdə isə 250-dək məruzə dinlənilmisdir.
Qeyd olundu ki, institut əməkdasları bir sıra Beynəlxalq konfranslarda iştirak etmiş və plenar məruzələrlə çıxış etmişlər. Eyni zamanda institut əməkdaşları muxtəlif beynəlxalq və yerli jurnalların redaksiya heyətində çalısır, beynəlxalq konfransların təşkilat komitələrinin üzvu olmuşlar.  
N.I. Vəliyeva   qeyd etdi ki, institut Beynəlxalq əlaqəlrin genişləndirilməsini də həmisə diqqət mərkəzində saxlayır.  Belə ki, L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin mexanika-riyaziyyat fakultısinin magistrləri 2018-ci il noyabr ayının 5-dən 15-dək Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat Institutunda elmi təcrübə mübadiləsi keçirmişlər.
Tətbiqi Riyaziyyat Elmi Tətqiqat Institutu beynəlxalq əlaqələrin genişləndirilməsini də həmişə diqqət mərkəzində saxlamış, dünyanın müxtəlif ölkələrində yerləşən elm və təhsil muəsisələri ilə səmərəli əməkdaşlıq qura bilmişdir.
Aşagıdakı elm və təhsil muəssisələrini Calmers Texnologiyalar Universiteti, ABS-nin Illinois Universiteti, Ukrayna EA-nın Mexanika və Riyaziyyat  Institutları, Rusiya EA Mexanikanın Problemləri Institutu, Fransanın Nant Universiteti, Türkiyınin Bilkənt, Işıq, Izmir Universitetləri, D.Serikbayev adına Şərqi-Qazaxstan Dovlət Texniki Universiteti, L.N. Qumilyov adına Avrasiya Milli Universiteti və s. buna misal olaraq göstərmək olar.
Institutumuzun əməkdaşları BDU-nun müxtəlif fakültələrində saat hesabı dərs aparır, hər semestr BDU-nun imtahanlarında koordinator kimi fəaliyyət gostərirlər. Hesabat ilində BDU-nun Tətbiqi Riyaziyyat və
Kibernetika fakuütəsinin tələbələri institutda elmi təcrubə mübadiləsi kecirmişlər.
Sonda  N.I. Vəliyeva  Institut əməkdaslarının, o cumlədən söbələrin hesabat dövrundə gördüyü işlərin qiymətləndirilmsini əks etdirən bal cədvəlini təqdim etdi. Belə kl, qeyd etdi ki, hesabat ilində TR ETI-nun topladığı bal 4 401 olmusdur.
Sonra Institut əməkdaslarından şöbə müdirləri f.-r.e.n. N.A. Ismayılov, t.e.d. M.M. Mutəllimov,  f.-r.e.d. A. Xanməmmədov, f.-r.e.d. N. Əliyev  cıxış edərək öz fikir və təkliflərini bildirərək institutda görülən işlərin yüksək səviyyədə görüldüyünü və  qənaətbəxş hesab etdilər.

Komissiyanın sədri, prof. V.M. Salmanov çıxış edərək institutda 2018-ci ildə görülümüş işləri yüksək  qiymətləndirdi.

Sonda institutun direktoru akademik F.Əliyev çıxış edərək hesabat haqqında oz musbət fikirlərini bildirdi, qonaqlara və institutun əməkdaşlarına təşəkkür etdi.

2018-ci il üçün institutun hesabatı səsə qoyuldu və yekdilliklə qənaətbəxş hesab edildi.