Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Tətbiqi Riyaziyyat ETİ-nin 2017-ci il üçün illik hesabatı

15/12/2017

15.12.2017- ci il tarixində  institutun genişləndirilmiş Elmi Şurasının iclası keçirildi. İclasda elmi hesabatların müzakirəsi zamanı fakultə (ETİ) Elmi Şura iclaslarında  iştirak etmək üçün  yaradılmış komissiyanın üzvləri BDU-nun “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının müdiri, f.-r.e.d., prof. Ə.M. Əhmədov və “Yüksəkmolekullu birləşmələr kimyasi” kafedrasının müdiri, k.e.d., prof. O.H. Əkbərov iştirak etdilər.

İclasın sədri akademik F.Ə. Əliyev İnstitutun illik hesabatını təqdim etmək üçün sözü  institutun elmi işlər üzrə direktor müavini, dos. H.S. Axundova verdi. O, çıxış edərək bildirdi ki, hesabat ilində iş planına uyğun olaraq  institutda 4 mövzu üzrə 14 iş yerinə yetirilmış və institutun əməkdaşları tərəfindən respublikada 26, xarici jurnallarda 24 məqalə (bunlardan 9-u İmpakt Faktorlu jurnalda, 7-si isə TR agentliyinin genishləndirilmiş siyahısında), regional (respublika) konfransda 10, beynəıxalq (xarici) konfransda isə 26 tezis nəşr etdirilmiş, 1 respublika daxili qrant, 1 BDU-nun “50+50” daxili qrant  layihəsi, “Azneft”  İstehsalat Birliyi ilə  1 müqavilə  yerinə yetirilmiş, AMEA-nın illik hesabatına 1 iş daxil olmuşdur. Bundan əlavə institutumuzun əməkdaşları tərəfindən  Beynəlxalq konfranslarda iştirak etmək üçün alınmış fərdi qrantları da qeyd etdi. H.S. Axundov bildirdi ki, hesabat ilində institutun 1 əməkdaşı və 1 doktorantı doktorluq dissertasiyalarını müdafiə etmiş,  1 əməkdaşının  dissertasiya şurasının Elmi Seminarında doktorluq dissertasiyasının müzakirəsi keçirilmiş, 1 əməkdaşının  isə AAK-a təqdim etmək üçün doktorluq dissertasiyasının ilkin müzakirəsi  institutda keçirilmişdir.

Qeyd olundu ki,  institutda dərc olunan İmpakt Faktoru 1.333 olan “Applied and Computational Mathematics” (ACM) Beynəlxalq jurnalınin  3 nömrəsi,  Türk Dünyası Riyaziyyat Cəmiyyətinin “TWMS Journal of Pure and Applied Mathematics”  Beynəlxalq  jurnalınin (TR agentliyinin Emerging Sources Citation Index” bazasında yer alıb)  2 nömrəsi  və  Institutun “Proceedings of Institute of Applied Mathematics”  adlı dövrü elmi jurnalının 2 nömrəsi  çap olunub. Qeyd edildi ki, ACM jurnalı MDB məkanında bu istiqamət üzrə ən yüksək İmpakt Faktora malikdir, Şərqi Avropada isə 3-cü yeri tutur.

Qeyd olundu ki, institut əməkdaşları bir sıra Beynəlxalq konfranslarda iştirak etmiş və plenar məruzələrlə çıxış etmişlər. Eyni zamanda institut əməkdaşları müxtəlif beynəlxalq və yerli jurnalların redaksiya heyətində çalışır, beynəlxalq konfransların təşkilat komitələrinin üzvü olmuşlar,  institutun həmtəşkilatçılığı ilə 11-13 iyul 2018-ci il tarixində Bakıda  “Control and Optimization with Industrial Applications” 6-cı Beynəlxalq konfransı keçiriləcək. Bu məqsədlə institut əməkdaşları bu konfransın yüksək səviyyədə keşirilməsi üçün konfransın təşkilat və elmi komitəsində fəaliyyət göstərirlər.

H.S. Axundov bildirdi ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən  Səfərova N.Ə., Hacıyeva N.S., Hüseynova N.Ş., Məmmədova Y.V. fəxri fərmanla,  Qazaxıstanın Astana şəhərində Türk Dünyası Riyaziyyat Cəmiyyəti tərəfindən E. Pənahov riyaziyyat elminin inkişafında verdiyi töhvəyə görə, N.S. Hacıyeva isə ən yaxşı elmi tədqiqat işi üçün diplomla təltif olunmuşlar.

H.S. Axundov  qeyd etdi ki, institut Beynəlxalq əlaqələrin genişləndirilməsini də həmişə diqqət mərkəzində saxlayır.  2017-ci il oktyabr ayının 19-dan 29-də L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin (Qazaxstan) mexanika-riyaziyyat fakültəsinin magistrlərı İnstitutda elmi təcrübə mübadiləsi keçirmişlər.

İnstitutumuzun əməkdaşları BDU-nun müxtəlif fakultələrində saat hesabı dərs aparır, hər semestr BDU-nun imtahanlarında koordinator kimi fəaliyyət göstərirlər. Hesabat ilində Azərbaycan Universitetinin və BDU-nun Tətbiqi Riyaziyyat və Kibernetika fakultəsinin tələbələri institutda elmi təcrübə mübadiləsi keçirmişlər.

Sonda  H.S. Axundov İnstitut əməkdaşlarının, o cümlədən şöbələrin hesabat dövründə gördüyü işlərin qiymətləndirilməsini əks etdirən bal cədvəlini təqdim etdi. Beləliklə, qeyd etdi ki, hesabat ilində TR ETİ-nun topladığı bal 3735 olmuşdur.

İnstitut əməkdaşlarından şöbə müdirləri f.-r.e.d. H.T. Arazov, t.e.d. M.M. Mütəllimov  çıxış edərək öz fikir və təkliflərini bildirərək institutda görülən işləri qənaətbəxş hesab etdilər.

Komissiya üzvləri prof. Ə.M. Əhmədov və prof. O.H. Əkbərov çıxış edərək institutda 2017-ci ildə görülmüş işləri yüksək  qiymətləndirdilər.

Sonda institutun direktoru akademik F.Əliyev çıxış edərək hesabat haqqında öz müsbət fikirlərini bildirdi, qonaqlara və institutun əməkdaşlarına təşəkkür etdi

2017-ci il üçün institutun hesabatı səsə qoyuldu və yekdilliklə qənaətbəxş hesab edildi.