Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Tətbiqi Riyaziyyat ETİ-ilə Ukrayna MEA S.M. Timoşenko adına Mexanika İnstitutu arasında əməkdaşlıq müqaviləsi

27/04/2017

BDU Tətbiqi Riyaziyyat Elmi Tədqiat İnstitutu ilə Ukrayna MEA S.M. Timoşenko adına Mexanika İnstitutu arasında elmi əməkdaşlığı inkişaf etdirmək və iki təşkilat arasında müəyyən edilmiş uzunmüddətli yaradıcılıq əlaqələri dərinləşdirmək üçün 2012-ci ildə imzalanan müqavilənin “Əməkdaşlığın əsas istiqamətləri” bölməsinə aşağıdakı bənd əlavə olunmuşdur:

Tətbiqi Riyaziyyat ETİ-nin əməkdaşları Mexanika İnstitutunda nəşr olunan “Tətbiqi Mexanika” jurnalına, Mexanika İnstitutunun əməkdaşları isə Tətbiqi Riyaziyyat ETİ-də nəşr olunan Applied and Computational Mathematics (Tətbiqi və Hesablama Riyaziyyatı), TWMS Pure and Applied Mathematics (TDRC Nəzəri və Tətbiqi Riyaziyyat) jurnallarına öz məqalələrini çap etdirmək üçün təqdim etsinlər.

Müqavilni BDU-nun rektoru akademik A.M. Məhərrəmov və Mexanika İnstitutunun  direktoru akademik A.N. Quz təsdiq etmiş, Tətbiqi Riyaziyyat ETİ-nin direktoru akademik F.Ə. Əliyev və Mexanika İnstitutunun  “Proseslərin dayanıqlığı” şöbəsinin müdiri akademik A.A. Martınyuk imzalamışdır.