Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

TDRC-nin İdarə Heyətinin üzvü Prof. Murat Tosunun Bakı səfəri

18/01/2013

Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC)  İdarə Heyətinin üzvü,  Sakarya Universitetinin (Türkiyə) professoru  Murat Tosun 13-16 Yanvar 2013 tarixində Bakıda olub. Səfərin məqsədi TDRC cari fəaliyyəti və problemlərini müzakirə etmək idi. 14.01.2013 tarixində Azərbaycan Respublikası Təhsil Naziri, TDRC -nin prezidenti professor M.Mərdanov TDRC –nin vitse-prezidenti, Türk Dünyası riyaziyyatçıları Elmi Fondunun prezidenti akademik Fikrət Əliyev, TDRC-nin vitse prezidenti  Etibar Pənahov,  TDRC-nin İdarə Heyətinin üzvü, Türk Dünyası riyaziyyatçıları Elmi Fondunun icraçı direktoru  Yusif Qasımov və professor Murat Tosunu qəbul etmişdir. Görüşdə TDRC-nin  bütün inkişaf  aspektləri müzakirə olunmuşdur. Əsas müzakirə obyektlərindən biri Cəmiyyətinin nəşriyyat evinin yaradılması idi. Fikrət Əliyev Qazaxıstana səfəri zamanı , Qazaxıstan Elm və Təhsil Naziri, TDRC-nin fəxri prezidenti akademik B. Zhumagulovla  bu layihəni  müzakirə etdiyini  bildirdi. B. Zhumagulov bu layihəni  Qazaxıstan tərəfinin də dəstəklədiyini təsdiqləyib. M. Mərdanov bu layihəyə  öz müsbət fikrini qeyd etdi.

Murat Tosun Tətbiqi Riyaziyyat İnstitutunda olmuş və  İnstitutun elmi seminarında çıxış etmişdir. O TDRC-nin ofisində olmuş, “TWMS Pure and Applied Mathematics” jurnalının əməkdaşları ilə görüşmüşdür.

Qərara alındı ki, Bakıda qəbul edilmiş qərarlar və təkliflər Türkiyə rəsmiləri və TDRC-nin  üzvləri ilə müzakirə edilsin.