Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi
30/10/2010Türk Dünyası Riyaziyyat Cəmiyyəti 1999-cu ildə təsis olunmuşdur. Bu qurum öz sıralarında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Çin, Monqolustan, ABŞ və Avropa ölkələrindən olan riyaziyyatçıları birləşdirir. Cəmiyyətin ilk konqresi 1999-cu ildə Fırat Universitetində (Türkiyə, Elazığ), növbəti konqresi 2007-ci ildə Sakarya Universitetində (Türkiyə, Adapazarı), üçüncü konqresi isə 2009-cu ildə Əl-Farabi adına Qazaxıstan Milli Universitetində (Qazaxıstan, Almatı) keçirilmişdir. Cəmiyyətin 4-cü konqresi 5-7 iyul 2011- ci ildə Bakıda keçiriləcək.