Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin və Azərbaycan Kooperasiya Universitetinin tələbələri Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda istehsalat təcrübə keçirlər

04/03/2019

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin  kompüter elmləri ixtisası üzrə təhsil alan IV kurs tələbələri və Azərbaycan Kooperasiya Universitetinin  tələbələri Tətbiqi Riyaziyyat Elmi Tədqiqat  İnstitutunda istehsalat təcrübə keçirlər. Onlar institutda  hər həftənin ikinci günü keçirilən elmi seminarda iştirak edirlər.

Tələbələrlə görüşən İnstitutun direktoru, akademik Fikrət Əliyev müəssisənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, institutda dinamiki proseslər, idarəetmə və iqtisadi sistemlərin riyazi modelləşdirilməsi, informasiya resurslarının hazırlanması məsələləri; qeyri-xətti proseslərin riyazi modelləşdirilməsi və ədədi iqtisadi proseslərin üsullarla tədqiqi; fizika, geofizika, texnika və elmin digər sahələrində tərs məsələlərin tətbiqi; istiqamətləri üzrə elmi tədqiqatlar aparılır. Alim tələbələrə institutun elmi mühitindən faydalanmağı, nəzəri və texnoloji biliklərə yiyələnməyi tövsiyə edib.

Tələbələrə institutun şöbələri
1.Məlumatların  ədədi  işlənməsi və obrazların tanınması (şöbə müdiri  r.f.d. Hacıyeva N.S.)
2.Riyazi modelləşdirmə və avtomatlaşdırılmış sistemlər (şöbə müdiri  r.e.d. Arazov H.T.)
3.Sistemli analizin riyazi məsələləri (şöbə müdiri  r.f.d. Ismayılov N.A.)
4.Tərs məsələlər və qeyri-xətti tənliklər (şöbə müdiri r.f.d. Pənahov E.S.)
5.Məlumat hesablama sistemləri (şöbə müdiri t.e.d.Mütəllimov M.M.)
6.İqtisadi sistemlərin riyazi modelləşdirilməsi (şöbə müdiri r.f.d. Şəfizadə  E.R.)
haqqında məlumat verildi.   Şöbələrdə   aparılan elmi araşdırmalar və əldə etdikləri təcrübə haqqında məlumat verildi.
Qeyd edək ki, tələbələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 saylı qərarı ilə təsdiq edilmiş “Ali (orta isxtisas) təhsil müəssisələrinin tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi “  haqqında əsasnaməyə əsasən təcrübə küçirlər.