Sənaye Tətbiqli Optimallaşdırma və İdarəetmə IV beynəlxalq konfransı
23/07/2013
Plenar məruzədə idarəetmə və optimallaşdırma sahəsində kifayət qədər tanınmış alimlərdən V. Larin (Ukrayna), Konstantinov (Bolqarıstan), S. Poqorilıy (Ukrayna), F. Əliyev (Azərbaycan), K. Ayda-Zadə (Azərbaycan), A. Karagül (Türkiyə), V. Eldem (Türkiyə), H. Quliyev və Y. Qasımov (Azərbaycan) və b. məruzə ilə çıxış etdilər.
Konfransın əsas məqsədi əldə edilmiş yeni nəzəri nəticələrlə yanaşı, onların sənayeyə, iqtisadiyyata tətbiqi metodlarını müəyyənləşdirmək idi.
Konfransın işində ölkəmizdən 12 alim məruzə ilə çıxış etdi. Azərbaycandan olan alimlərin neft sahəsi ilə bağlı məruzələri konfrans iştirakçılarının böyük marağına səbəb oldu.
Konfransın bağlanışı iyulun 12-də oldu. Konfransın həm-təşkilatçısı professor M. Konstantiniov Azərbaycan Hökumətinə və Rabitə və İnformasiya Texnologiyaları Naziri, akademik Ə. Abbasova konfransa böyük dəstəy göstərdiyinə görə minnətdarlıgını bildirdi.
Təşkilatçılar qrupu qərara aldı ki, növbəti konfrans 2015-ci ildə Bakıda keçirilsin.