Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Qırğızıstanda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V Konqresi keçirildi

10/06/2014

Konqresdə Türk dünyasından və dünyanın müxtəlif ölkələrindən 300-ə yaxın riyaziyyatçı alim iştirak edirdi. Konqresdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, BDU-nun  Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, Cəmiyyətin vitse-prezidenti Fikrət Əliyev, həmin institutun şöbə müdiri, f.-r.e.d., cəmiyyətin İdarə Heyətinin üzvü Yusif Qasımov, MDU-nun Bakı filialının professoru, İdarə Heyətinin üzvü Azad Tağızadə və başqaları iştirak edirdilər.

Konqresdə Misir Mərdanov Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti kimi 3 il ərzində idarə heyətinin fəaliyyəti haqqında geniş hesabat verdi.

Konqresin sonunda M.Mərdanov Cəmiyyətin fəxri prezidenti, F.Əliyev vitse-prezidenti, Y.Qasımov və A.Tağızadə isə İdarə Heyyətinin üzvü seçildilər.