Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Qazaxıstanlı tələbələr İnstitutda

22/11/2016

10-19 noyabr tarixlərində Qazaxıstan Respublikasının Mili Avrasiya Universitetinin mexanika-riyaziyyat fakultəsinin 2-ci kurs magistrləri L.Baysalbayeva, A. Mukanova, M. Seydaşov Tətbiqi Riyaziyyat İnstitutunda elmi təcrübə keçmişlər.

Təcrübə proqramına İnstitutun fəaliyyəti ilə tanışlıq, Universitetin kitabxanasında dissertasiya mövzusuna dair materialların toplanması daxildir. Magistrlər İnstitutun illik hesabatında iştirak etdilər. Onlar  beynəlxalq elmi jurnalların fəaliyyəti ilə  tanış oldular.