Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Qazaxıstana ezamiyyət

05/06/2012

Tətbiqi Riyaziyyat ETİ-nin direktoru Akademik Fikrət Əliyev və “Tərs məsələlər və qeyri-xətti tənliklər” şöbəsinin müdiri f.r.e.d. Yusif Qasımov 1 -3 iyun tarixlərində Almatı (Qazaxıstan) şəhərində  ezamiyyətdə olmuşlar. Ezamiyyətin məqsədlərindən biri İslam Ölkələri Mühəndislik Akademiyaları Assosasiyasının V konqresində iştirak etmək idi. Akademik Fikrət Əliyev konqresdə plenar məruzə ilə çıxış etdi. Onun neftin qazlift üsulu ilə çıxarılması prosesinin riyazi modelləşdirilməsinə və optimallaşdırılmasına həsr olunmuş çıxışı maraqla qarşılandı.

Səfərin digər məqsədi Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) prezidenti Professor Misir Mərdanovun təşəbbüsü ilə Cəmiyyətin İdarə Heyətinin növbəti toplantısını keçirmək idi. Toplantıda TDRC-nin vitse-prezidentləri Fikrət Əliyev (Azərbaycan), Narqozı Danayev (Qazaxıstan) və İdarə Heyətinin üzvləri Yusif Qasımov (Azərbaycan), Murat Tosun (Türkiyə), Tınısbek Kalmenov (Qazaxıstan), Altay Borubayev (Qırğızıstan) və Özbəkistan nümayəndəsi Ziyauddin Yuldaşov iştirak etdilər.