Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Qafqaz Universitetində Seminar

20/02/2013

 

Seminarda Metin Tunc geniş məruzə ilə çıxış edərək elmi jurnalların inkişafı istiqamətində Thomson Reuters  Agentliyi ilə əməkdaşlığın imkanlarından və perspektivlərdən danışdı. O, həmçinin nəşr olunan  jurnalların  TR-in siyahısına düşməsi üçün tələbatlardan, başqa  ölkələrin bu sahədə  təcrübələrindən danışdı.

Sonra söz Agentliyin genişləndilmiş siyahısına düşmüş və impakt faktor almış  ilk Azərbaycan elmi jurnalı olan “Applied and Computational Mathematics” jurnalının həm-baş redaktoru akademik Fikrət Əliyevə verildi. O, jurnalın inkişaf  tarixindən və bu yolda qazanılmış təcrübə haqqında  seminar iştirakçılarına məlumat verdi. Fikrət Əliyev iştirakçıları maraqlandıran  suallara cavab verdi.