Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Professor Tamer Bəşər Tətbiqi Riyaziyyat Institutunda

23/11/2011

ABŞ-ın İllinoys Universitetinin professoru, Applied and Computational Mathematics jurnalının fəxri redaktoru  Tamer Bəşər Bakıya gəlmişdir. Səfərin məqsədi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən də dəstəklənən 17-ci Azərbaycan Beynəlxalq  Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (BakuTel-2011) iştirak etməkdir. Onu da qeyd edək ki, Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbiri olan “BakuTel-2011” sərgisində dünyanın 29 ölkəsindən 250-dən çox şirkət öz yeni məhsul və xidmətlərini nümayiş etdirmək üçün Bakıda bir araya gəlmişlər.

Professor Tamer Bəşər Tətbiqi Riyaziyyat ETİ-də olmuş, “Applied and Computational Mathematics” jurnalının redaksiya üzvləri ilə görüşmuşdür. Görüşdə jurnalın həm-baş redaktoru akademik Fikrət Əliyev, aparıcı redaktor f.-r.e.d. Yusif Qasımov, içracı redactor f.-r.e.n. Nərgiz Səfərova iştirak etmişlər.  Görüş əsnasında jurnnalın uğurları və perspektivləri haqqında müzakirələr aparılmışdır.  Professor Tamer Bəşər eyni zamanda  İnstitutda aparılan elmi-tədqiqat işlərinin istiqamətləri, alınan nəticələr, tətbiqlər və ümumiyyətlə İnstitutda görülən işlər barəsində də maraqlanmışdır.