Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Nobel Qardaşlarının II Elmi-İnnovativ Konfransı

13/09/2013

Konfransın ümumi məqsədi texniki, ictimai və ictimai-iqtisadi sahədə uğurlu innovasiaların tanınmasının genişləndirilməsindən ibarət idi. Bu konfrans zamanı spesifik diqqət o zamanki geosiyasi reallıqlar və Branobelin milliləşdirilməsinin dünya neft sənayesi üçün fəsadlarına yönəldi.

Spesifik mövzulara daha çox yönələn və hər birinin tərkibində tapıntıları bu gün üçün aktual suallara və problemlərə çevirmək iddiası olan çıxışlar və məruzələr böyük maraq dogurdu.

Konfransda dünyanın 20-dək ölkəsindən 100-dən çox elm adamları iştirak edirdi. Akademik F.Ə. Əliyevin  “Solving the inverse problem of determining of the hydraulic resistance’s coefficient in gas-lift process” adlı  məruzəsi  konfrans iştirakçılarının böyük marağına səbəb oldu.

Onu da qeyd edək ki, konfransın tərəfdaşları Nobel Ailəsi Cəmiyyəti, İsveç Biznes Tarixi Mərkəzi, Stokholmdakı Nobel Muzeyi, Bakı Nobel İrsi Fondu, Beynəlxalq Nobel Qardaşlığı fondu, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Gürcüstanın Milli Arxiv İdarəsi, Nobel qardaşlarının Batumi Texnoloji Muzeyi kimi beynəlxalq təsisatlar idi.