Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Mükafatlandırma mərasimi

27/01/2010

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində rabitə və informasiya texnologiyaları sahəsində fəxri adlara layiq görülən rabitə və İKT sahəsində çalışan bir qrup alim, müəllim və mütəxəssisin mükafatlandırılması mərasimi keçirildi.

Mərasimdə Rabitə və informasiya texnologiyaları naziri akademik Əli Abbasov ölkəmizdə rabitə və İKT sahəsində görülən işlər haqqında qısa məlumat verdi. Nazir Prezident İlham Əliyevin bu sahədə görülmüş işləri yüksək dəyərləndirdiyini bildirərək, bu sahəyə göstərdiyi diqqət və qayğıdan söhbət açdı. İKT-nin bütün dünyada rəqabətli sahə olduğunu bildirərək, bu sahədə atılan hər bir addımı sabahın uğurları adlandırdı.

Sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adının verilməsi haqqında və “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin təltif edilməsi haqqında” 1 dekabr 2008-ci il tarixli və Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə fəxri adların verilməsi və Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında 14 dekabr 2009-cu il tarixli sərəncamlarına müvafiq olaraq rabitə və İKT sahəsində çalışan 65 nəfər müvafiq orden və medallarla, fəxri adlarla təltif edildilər.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü  Fikrət Əliyev “Tərəqqi” medalı ilə təltif edildi.