Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

İlkin müzakirə

07/07/2017

07.07.2017 tarixində Tətbiqi Riyaziyyat İnstitutunda Nailə İsmayıl qızı Vəliyevanın “Optimal tənzimləyicilərin sintezi məsələlərinin zaman və tezlik üsulu ilə yüksək dəqiqlikli hesablama alqoritmlərinin işlənməsi” mövzusunda 3338.01 - Sistemli analiz, idarəetmə və informasiyaların işlənməsi  ixtisası üzrə riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi doktorluq dissertasiya işinin ilkin müzakirəsi keçirildi. Müzakirə prosesi yüksək səviyyədə keçirildi. İclas iştirakçıları, rəyçilər və qonaqlar işi yüksək qiymətləndirdilər. Bütün alınmış  nəticələr müqayisəli şəkildə misallar üzərində araşdırılmış, təklif edilən metodların effektivliyi göstərilmişdir. İclas iştirakçıları işin növbəti mərhələyə buraxılmasına yekdilliklə səs verdilər.