Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Professor Nihan Əliyevin 80 illik yubileyi qeyd edilib

25/12/2018

Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutunda bu müəssisənin aparıcı elmi işçisi, professor Nihan Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
Tədbirdə Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev alimin keçdiyi ömür yolundan, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışıb. O, riyaziyyat elminin inkişafına fundamental tədqiqatları ilə mühüm töhfələr vermiş Nihan Əliyevin yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki xüsusi xidmətlərindən bəhs edib. Professor Nihan Əliyevin son illlərdə apardığı elmi tədqiqat  işləri, əldə etdiyi nailiyyətlərdən danışan Fikrət Əliyev bildirib ki, onun əsas tədqiqat sahəsi adi diferensial tənliklər, xüsusi törəməli tənliklər, ədədi üsullar və elementar riyaziyyatdır.
Daha sonra BDU-nun  Riyazi fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədov, kafedranın dosentləri Hikmət Əhmədov, Nəzakət Məmmədova, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Təhsil şöbəsinin müdiri, professor Ədalət Axundov, İdarəetmə Sistemləri İnstitutunun Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Kamil Aydazadə, həmin institutun İdarəetmənin riyazi məsələləri laboratoriyasının müdiri, professor İlqar Məmmədov, Tətbiqi Riyaziyyat ETİ-nin Məlumatların ədədi işlənməsi şöbəsinin müdiri, texnika üzrə elmlər doktoru Mütəllim Mütəllimov, Riyaziyyat və kibernetika fakültəsinin  elmi işlər üzrə dekan müavini, dosent  Zakir Xankişiyev, çıxış edərək Nihan Əliyevi 80 illik yubileyi münasibətilə təbrik ediblər. Çıxış edənlər onun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirib, alimlə bağlı xoş xatirələrini bölüşüblər.
Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.