Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Jurnalın növbəti nömrəsi capdan çıxdı

24/02/2016

Azərbaycan elm tarixində ilk dəfə Thomson Reuters agentliyinin siyahısına daxil edilmiş və impakt faktor (keyfiyyət əmsalı) alan Azərbaycan  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Elmlər Akademiyası və BDU-nun Tətbiqi-Riyaziyyat ET İnstitutunun  təsisçiliyi ilə dərc edilən “Applied and Computational Mathematics” (Tətbiq və Hesablama Riyaziyyatı) jurnalının növbəti 15-ci cildinin 1-ci sayı çapdan cıxmışdır. Respublikada bu sahədə aparılan elmi-tədqiqat işlərinin dünyada layiqincə təbliğ edən jurnalın bu sayında  dünyanın  müxtəlif  ölkələrindən (ABŞ, Rusiya, İspaniya, Gürcüstan, Türkiyə, Tayvan və s.) olan  tanınmış alimlərin məqalələri dərc olunmuşdur. Onlardan S. Boyd (ABŞ, Stanford Universiteti), A.P. Afanasyev (Rusiya), F. Griado-Aldeanueva (İspaniya), M. Pakdemirli (Türkiyə), M.T. Chien (Tayvan) və başqalarını göstərmək olar. Qeyd edək ki, bu məqalələr  monoton operatorlar metodu, paralel hesablamalar, kəsr üstlü hiperbolik  diferensial tənliklər, optimal idarəetmə nəzəriyyəsinin və s. müasir problemlərinə həsr olunmuşdur.