Jurnalın növbəti nömrəsi çapdan çıxdı
31/10/2016Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və BDU-nun Tətbiqi-Riyaziyyat ETİ-nin təsisçiliyi ilə dərc edilən “Applied and Computational Mathematics” jurnalının növbəti 15-ci cildinin 3-cü sayı çapdan cıxmışdır. Jurnalın bu sayında dünyanın tanınmış alimlərindən N.İ. Mahmudov (Türkiyə), I. Mahdavi (Iran), M.Z. Sarikaya (Türkiyə), Ş. Momani (İordaniya) , P. Sole (Fransa), L. Beilina (İsveç), S. Bhalekar (Hindistan) və başqalarının müasir nəzəri və tətbiqi riyaziyyatın aktual məsələlərinin həllinə həsr olunmuş məqalələri dərc olunmuşdur. Qeyd edək ki, bu məqalələr idarəetmə, bərabərsizliklər, kodlaşdırma nəzəriyyələrinin, kəsr tərtibli differensial tənliklərin, müasir neft sənayesində meydana çıxan riyazi məsələlərin həll metodları və s. kimi sahələri əhatə edir.