Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Imperial Kollecinə ezamiyyət

29/11/2016


20-27 mart 2016-cı il tarixində Akademik Fikrət Əliyev İmperial Kollecin (London) dəvəti ilə elmi ezamiyyətdə olmuşdur. Həmin Kollecdə keçirilən “Analysis and Partial Differential Equations” Konfransında iştirak etmiş və “Asymptotical methods for solution of some identification problems” , “A method to determine the coefficient of hydraulic resistance in different areas of pump-compressor pipes” adlı məruzələrlə çıxış etmişdir.

Daha sonra Fikrət Əliyev İnformasiya Texnologiyaları və Tətbiqi Riyaziyyat Departamentində olmuş, İmperial Kollec ilə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutu arasında elmi əlaqələrin qurulması üçün tədbirlər planı hazırlanmışdır. O, gələcəkdə İnstitutda yerinə yetiriləcək bəzi layihələr haqqında məlumat vermişdir. Nəzərdə tutuldu ki, bu layihələrin yerinə yetirilməsində ISAAC Cəmiyyəti ilə əlaqələr yaransın.