Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Hesabat-2016

13/12/2016

N.İ. Vəliyeva çıxış edərək geniş şəkildə məruzə etdi.

2016-cı hesabat ilində Tətbiqi Riyaziyyat ETİ-nin əməkdaşları tərəfindən  4 mövzu üzrə 1-ci mərhələ üçün 14 iş yerinə yetirilmişdir. Hər bir mövzu və işlər haqqında ətraflı məlumat verildi.  İnstitut əməkdaşlarının iştirak etdiyi beynəlxalq konfranslar

  • 27-29 Aprel Mərakeş Krallığının Beni-Mellal şəhərində keçirilən 11-ci  “Numerical Analysis and Optimization” Beynəlxalq konfransı, Sultan Moulay Slimane Universititeti, Beni Mellal, Mərakeş;
  • 07-10 sentyabr  “Third International Conference on Analysis and Applied Mathematics" ICAAM 2016, Almata, Qazaxıstan;
  • 13-16 Sentyabr Qırğızıstanda keçirilən akademik M. İmanəliyevin 85 illiyinə həsr olunmuş “Asymptotical, Topological and Computer Methods in Mathematics” Beynəlxalq konfrans;
  • 12-14  May "Mathematics and Mathematics Education" Beynəlxalq konfransı, Firat Universiteti, Türkiyə;
  • 20-25 noyabr “Analysis and Partial Differential Equations” Beynəlxalq  konfransı,  İmperial Kollec, London.

qeyd edildi.

Institutun  Beynəlxalq əlaqələri və əməkdaşların iştirak etdiyi qrantlar haqqında məlumat verildi.

İnstitutda nəşr olunan beynəlxalq jurnallara verilən mükafatar qeyd edildi.

Applied and Computational Mathematics - “Thomson Reuters” və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science” mükafatları-2016”nın  ən çox istinad olunan elmi jurnal;

TWMS Journal of Pure and Applied Mathematics -  jurnalı isə yeni Web of Science jurnalı nominasiyası üzrə  mükafata layiq görülüb.

2016-ci ildə  Applied and Computational Mathematics (Impact Factor : 0.717 (2015))  Jurnalın 3 nömrəsi işıq üzü görüb. Bu nömrələrdə dünyanın müxtəlif ölkələrindən daxil olmuş 26 məqalə cap olunub.

“Thomson Reuters” Agentliyinin 2016-cu il üçün yarım illik hesabatına əsasən  TWMS Journal of Pure and Applied Mathematics Jurnalı “Emerging Sources Citation Index” bazasında yer alıb. Bu Jurnalın 2 nömrəsi işıq üzü görüb. Bu nömrələrdə dünyanın müxtəlif ölkələrindən daxil olmuş 18 məqalə cap olunub.

Proceedings of Institute Applied and Mathematics Jurnalının 1 nömrəsi işıq üzü görüb. Bu nömrədə 14 məqalə cap olunub. Növbəti nömrə artıq çapa hazırdır.

Bu il İnstitutda  63 məqalə, o cümlədən impact faktorlu jurnallarda 18 məqalə, 35 tezis cap olunub. İnstitutun ümumi balı 3734  olmuşdur.

N.İ. Vəliyevanın məruzəsindən sonra çıxışlar oldu.

İnstitut əməkdaşlarından şöbə müdirləri f.-r.e.d. H.T. Arazov, t.e.d. M.M. Mütəllimov, f.-r.e.n. N.A. İsmayılov, prof. N.Ə. Əliyev və prof. H.F. Quliyev çıxış edərək öz fikir və təkliflərini bildirdilər və institutda görülən işləri qənaətbəxş hesab etdilər.

Sonda institutun direktoru akademik F.Əliyev çıxış etdi.

O hesabat haqqında öz müsbət fikirlərini bildirməklə  yanaşı bir neçə təklif də irəli sürdü. İnstitutun hesabatı səsə qoyuldu və yekdilliklə qənaətbəxş hesab olundu.