Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Hesabat

25/12/2015

Dekabrın 25-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabat iclasında Tətbiqi Riyaziyyat ET İnstitutun da illik hesabatı dinlənildi. Bölmənin akademik-katibi vəzifəsini icra edən, AMEA Fizika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü  nazim Məmmədov tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi

İnstitutun elmi katibi, f.-r.e.n. N.Ə Səfərova çıxış edərək bildirdi ki, 2015-ci hesabat ilində iş planın uyğun olaraq  institutda 3 əsas istiqamət üzrə aparılan 4 mövzunu əhatə edən 13 elmi-tədqiqat işi  yerinə yetirilmışdir.  İnstitutun əməkdaşları tərəfindən respublika və xarici jurnallarda 43 məqalə (bunlardan 9-u İmpakt Faktorlu jurnalda, 2-si isə “Thomson Reuter” agentliyinin genishləndirilmiş siyahısında), beynəlxalq və regional konfranslarda isə 41 tezis nəşr etdirilmişdir. N.Ə Səfərova bildirdi ki, hesabat ilində institutun 2 dissertantı  namizədlik dissertasiyalarını müdafiə etmişlər.

Sonra o, AR Dövlət Neft Şirkətinin Elm Fondu və AR Prezidenti Yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən müsabiqələrdə qalib gəlmiş qrant layihələrindən, həmçinin BDU-nun “50+50” daxili Qrant  Proqramı çərçivəsində ugurla yerinə yetirilən qrantlardan və  “Azneft”  İstehsalat Birliyi ilə  yerinə yetirilmiş müqavilərdən söz açdı.  Qeyd etdi ki, İnstitutdan  AMEA-nın mühüm nəticələrinə 1 iş təqdim olunmuş, AMEA-nın illik hesabatına 1 iş daxil olmuşdur. İnstitut əməkdaşları bir sıra beynəlxalq konfranslarda iştirak etmiş və plenar məruzələrlə çıxış etmişlər.  Bundan əlavə institutumuzun əməkdaşları tərəfindən  beynəlxalq konfranslarda iştirak etmək üçün alınmış fərdi qrantları da qeyd etdi.  Həmçinin İnstitutun təşkilatçılığı ilə 27-29 avqust 2015-ci il tarixində Bakıda  “Control and Optimization with Industrial Applications” 5-ci beynəlxalq konfransının yüksək səviyyədə keçirilməyi barədə iclas iştirakçılarının nəzərinə çatdırdı. Eyni zamanda  institut əməkdaşları  xaricdə və respublikda keçirilmış  konfransların proqram və təşkilat komitələrinin üzvləri olmuşlar.

Tətbiqi Riyaziyyat Elmi Tətqiqat İnstitutunun əməkdaşları beynəlxalq əlaqələrin genişləndirilməsini də həmişə diqqət mərkəzində saxlamış, dünyanın 40-dan çox  ölkəsinin 200-dək elm və təhsil müəsisələri ilə səmərəli əməkdaşlıq qura bilmişdir. İnstitutda 2 beynəlxalq jurnal: “Applied and Computational Mathematics” (Impact Factor 0.452) və “TWMS Journal of Pure and Applied Mathematics” (TR agentliyinin Emerging Sources Citation Index bazasında yer alıb) və “Proceedings of Institute of Applied Mathematics” jurnalı dərc olunur.

İnstitutda fəaliyyət göstərən FD.02.017 Dissertasiya Şurasında fəaliyyəti haqqında məlumat verdi. Sonda institutun direktoru, akademik F.Ə. Əliyev suallara ətraflı cavab verdi və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

www.science.az