Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Genişləndirilmiş Elmi Şura

28/02/2014

Bu gün Bakı Dövlət Universitetinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. Əvvəlcə rektor, akademik Abel Məhərrəmov iclasın gündəliyi barədə məlumat verib. Sonra tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2013-2014-cü tədris ilin qış imtahan sessiyasını keçirilməsindən, o cümlədən imtahan nəticələrini əks etdirən hesabatla çıxış edib. Daha sonra Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitunun direktoru, akademik Fikrət Əliyev və Fizika Problemləri Elmi Tədqiqat İnstitunun direktor müavini, professor Yusif Nurullayevin hesabatları dinlənilib. Onlar təmsil etdikləri institutlarda son illərdə əldə olunan elmi nailiyyətlərdən, beynəlxalq uğurlardan bəhs ediblər. İclasda elmi adların verilməsi, müsabiqənin keçirilməsi və digər cari məslələr də müzakirə edilib.

www.bsu.edu.az