Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Fəxri Fərman

10/04/2015

08 aprel 2015-ci il tarixində Bakı Dövlət Universitetnin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda 2014-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadənin hesabatı dinlənilib və BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılmasından, əldə olunmuş uğurlardan danışılıb. Qeyd edilib ki, dövlət tərəfindən göstərilən qayğı, elm və təhsilin əlaqələndirilməsi, innovasiyaların tətbiqi və aparılan islahatlar nəticəsində 2014-cü ildə də BDU “QS World University Rankings” reytinqinə görə dünyanın 700 top universitetinin, Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən dünyanın ən yaxşı 2000 universitetinin, Avropa İttifaqının U-Multirank, həmçinin MDB-yə üzv ölkələrin universitetləri üzrə reytinq  siyahısına daxil edilib. MDB-yə üzv ölkələr üzrə 153 universitet arasında aparılan sorğuya əsasən BDU 40-cı pillədə qərarlaşıb.

Sevindirici haldır ki, bu nailiyyətlərin əldə olunmasında Tətbiqi Riyaziyyat ETİ-nin payı kimi institutda aktual istiqamətdə tədqiqatların aparılması, reytinqli jurnallarda əsərlərin dərc edilməsi, impakt faktorlu jurnalın çapı xüsusi qeyd edilib.

Sonda 2014-cü ilin nəticələrinə əsasən BDU üzrə yüksək elmi uğurlar əldə etdiyinə görə İnstitutun şöbə müdiri f.-r.e.d. Yusif Qasımov Fəxri Fərmanla təltif edilib.