Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

FİKRƏT ƏLİYEV - 65

13/08/2014

Fikrət Əhmədəli oğlu Əliyev 1949-cu il avqust ayının 13-də Qərbi Azərbaycanın Zəngəzur mahalının Nüvədi kəndində ziyalı ailəsində anadan olmuşdur. O, 1966-cı ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur.

F.Ə.Əliyev 1971-ci ildə həmin fakültəni bitirərək aspiranturaya daxil olmuş, 1975-ci ildə Ukrayna EA-nın Riyaziyyat İnstitutunda (Kiyev) namizədlik dissertasiyasını müdafiə etmiş, 1990-cı ildə  isə Moskva şəhərində fizika-riyaziyyat  elmləri doktoru dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müdafiə etmişdir.

O, 1975-ci ildən 1992-ci ilədək Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda kiçik, baş elmi işçi, 1992-93-cü illərdə İstanbul Texniki Universitetinin (Türkiyə) professoru olmuş, 1993-cü ildən indiyədək BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin direktoru vəzifəsində calışır.

F.Ə.Əliyev 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına informatika ixtisası üzrə akademik seçilmişdir.

  1. Onun rəhbərliyi altında 15 elmlər namizədi, 4 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir.

1994-cü ildən F.Əliyevin rəhbərliyi ilə müntəzəm olaraq İnstitutun elmi seminarı keçirilir. Seminarda əcnəbi alimlər, ölkəmizin müxtəlif elmi mərkəzlərində, universitetlərində çalışan alimlər  də elmi məruzələrlə çıxış edirlər.

  1. Bu jurnal vasitəsilə İnstitut dünyanın 45 ölkəsindən 150-dən çox elmi mərkəzlə əlaqələr qurmuşdur. Bundan əlavə o, bir neçə digər nüfuzlu elmi jurnalların redaksiya heyətinin  üzvüdür.

F.Ə. Əliyev Türk Dünyası Riyaziyyat Cəmiyyətinin vitse prezidentidir və bu cəmiyyətin yaradılmasında, fəaliyyətində, onun konqreslərinin keçirilməsində müstəsna xidmətləri olmuşdur. Cəmiyyətin üçüncü konqresində (Almatı, Qazaxstan) “TWMS Journal of Pure and Applied Mathematics” jurnalın təsisi haqqında qərar qəbul edildi. Bu jurnalın nəşr edilməsi F.Ə. Əliyevin baş redaktorluğu ilə Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutuna həvalə edildi.

F.Əliyev  “Control and Optimization with Industrial Applications” Beynəlxalq konfranslar seriyasının həmtəşkilatçısıdır. Bu konfrans Azərbaycan sərhədlərini aşaraq artıq beynəlxalq status almışdır. Belə ki, COİA-2011 Bilkənt Universitetində (Türkiyə), COİA-2013 isə Sofiya Texniki Universitetində (Bolqarıstan) keçirildi.

Onun rəhbərliyi ilə İnstitut beynəlxalq əlaqələrin genişləndirilməsini də həmişə diqqət mərkəzində saxlamış, dünyanın müxtəlif ölkələrinin  elm və təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq qura bilmişdir. Bu baxımdan Calmers Texnologiyalar  Universiteti, Isvec; ABS-nin Illinois Universiteti, Ukrayna EA  Mexanika İnstitutu, Rusiya EA Mexanikanın Problemləri İnstitutu, Fransanın Nant Universiteti, Avstraliyanın Ballarat Universiteti və s. göstərmək olar. İnstitut bu mötəbər təhsil ocaqları ilə birlikdə müxtəlif simpoziumlar təşkil etmişdir.

F.Ə. Əliyevin birbaşa rəhbərliyi ilə İnstitut əməkdaşları müxtəlif beynəlxalq və yerli təşkilatlardan elmi qrantlar  almış və uğurla başa çatdırmışdır. Alınmış bir sıra nəzəri və praktiki nəticələr Azərbaycan sənayesinə, xüsisən neft sənayesinin aktual problemlərinin həll olunmasına yönəldilmişdir. Bu istiqamətdə ARDNŞ ilə birgə yerinə yetirilən layihələr xüsusi qeyd olunmuşdur.

İnstitutun elmi potensialını nəzərə alaraq AAK-nın əmri ilə onun nəzdində F.Ə. Əliyevin sərdliyi ilə Dissertasiya Şurası təşkil olunmuş  və bu Şurada dissertasiya müdafiələri uğurla keçirilir.

O, müxtəlif tipli optimallaşdırma və idarəetmə məsələlərinin nəzəri və ədədi həlləri üçün yeni və effektiv üsul və metodlar işləyib hazırlamışdır. Bu istiqamətdə aldığı nəticələr nüfuzlu jurnallarda çap olunmuş 150-dən çox elmi məqalədə və 15 monoqrafiyada öz əksini tapmışdır.

Onun Azərbaycan elminin inkişafı və təbliği sahəsində  gördüyü işlər yüksək qiymətləndirilmişdir. F.Ə. Əliyev Azərbaycan Elminin Təbliğindəki xidmətlərinə  görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi “ medalı ilə təltif olunub.

İnstitutun kollektivi akademik Fikrət Əliyevi 65 illik yubileyi münasibəti ilə təbrik edir, ona çoxşaxəli elmi və təşkilati fəaliyyətində uğurlar arzulayır.