Elmi Şura
20/12/201616.12.16- cı il tarixində Tətbiqi Riyaziyyat ETİ-nin genişləndirilmiş Elmi Şurasının iclası keçirildi.
İclasda Bakı Dövlət Universitetinin Elmi Şurasına İnstitutdan üzvün seçilməsinə məsələsinə baxıldı.
İclasın sədri akademik Fikrət Əliyev namizədlər haqqında ətraflı məlumat verdi. Namizədlərdən biri “İqtisadi sistemlərin riyazi modelləşdirilməsi” şöbəsinin müdiri i.f.d. E.R. Şəfizadə çıxış edərək öz namizədliyini geri götürdü. Səsvermə yolu ilə “Məlumat hesablama sistemləri” şöbəsinin müdiri t.e.d. M.M. Mütəllimovun vahid namizəd kimi seçki bülleteninə salınması qərara alındı. Seçki komissiyasının sədri r.e.d. Y.S.Qasimov gizli səsvermənin nəticəsini elan etdi və M.M. Mütəllimov yekdilliklə Universitetinin Elmi Şurasına üzv seçildi.