Home AZ EN RU
BAKI DÖVLƏT UNİVERSİTETİ
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Elmi Şura

10/12/2019

10.12.2019  tarixində İnstitutun genişləndirilmiş Elmi Şurasının iclası keçirildi. İclas İnstitutun illik hesabatına həsr olundu. Iclasda BDU-nun elmi katibi, f.-r.e.d. V.M. Salmanov,  AMEA-nın mübir üzvi, V.S. Quliyev, t.e.n., dos.F. Mirzəyev və başqa qonaqlar iştirak edirdiıər. İclasın sədri Akademik F.Ə. Əliyev hesabatı təqdim etmək üçün sözü direktor müavini f.r.e.n. Nailə Vəliyevaya verdi.  N. Vəliyeva 2019-cu ildə İnstitutda görülən işlər haqqında ətraflı məlumat verdi.

N.İ. Vəliyeva çıxış edərək geniş şəkildə məruzə etdi.

2019-cu hesabat ilində Tətbiqi Riyaziyyat ETİ-nin əməkdaşları tərəfindən  4 mövzu üzrə 1-ci mərhələ üçün 14 iş yerinə yetirilmişdir. Hər bir mövzu və işlər haqqında ətraflı məlumat verildi.  
İnstitut əməkdaşlarının iştirak etdiyi beynəlxalq konfranslar qeyd edildi:

International Conference of Mathematics and Related Sciences (ICMRS-2019), 27 April-30 April 2019, Antalya, Turkey

2nd International Conference on Life and Engineering Sciences (İCOLES-2019), 27-29  June,  İstanbul, Turkey  

AMEA Riyaziyyat və Mexanika İnstitutunun 60 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans 23-25 oktyabr 2019-cu il, Bakı – Azərbaycan

8th International Eurasian Conference on Mathematical Sciences and Applications (IECMSA-2019), August 27-30, 2019, Baku, Azerbaijan

International Conference “Actual Problems of Applied Mathematics and Information Technology" Tashkent - Uzbekistan, November 14–15, 2019

4th Intenational Conference on Computational Mathematics and Engıneering Sciences-CMES, 20 -22, April, 2019 Antalya, Turkey 5th International Conference on Computational Mathematics and Engineering Sciences / 01-03 July 2020, Van – Turkey

The 7th International Conference on Control and Optimization with Industrial Applications (COİA-2020), 26-28 August, 2020, Baku, Azerbaijan


İnstitutun  Beynəlxalq əlaqələri və əməkdaşların iştirak etdiyi qrantlar haqqında məlumat verildi.

İnstitutda nəşr olunan beynəlxalq jurnallar haqda məlumat verdi.


N.İ. Vəliyevanın məruzəsindən sonra çıxışlar oldu.

BDU-nun elmi katibi, f.-r.e.d. V.M. Salmanov,  AMEA-nın mübir üzvi, V.S. Quliyev,  f.-r.e.n. F. Mirzəyev,  İnstitut əməkdaşlarından şöbə müdirləri, t.e.d. M.M. Mütəllimov, f.-r.e.n. N.A. İsmayılov, prof. N.Ə. Əliyev və prof. A. Xanmməmədov çıxış edərək öz fikir və təkliflərini bildirdilər və institutda görülən işləri qənaətbəxş hesab etdilər.

Sonda institutun direktoru akademik F.Əliyev çıxış etdi.

O hesabat haqqında öz müsbət fikirlərini bildirdi. İnstitutun hesabatı səsə qoyuldu və yekdilliklə qənaətbəxş hesab olundu.