Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Elmi təcrübə

27/10/2017

L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin mexanika-riyaziyyat fakültəsinin magistrlərı A.O. Əhmətcanov, A.A. Nazirbayev, T.M. Orazbayev, E.H. Sadıbekov, A.K. Düsenbayev, M.S. Jumadilla, M.T. Seylxanov, O. Kasimanulı  2017-ci il oktyabr ayının 19-dan 29-dək Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda elmi təcrübə mübadiləsi keçirmişlər.

Magistrləri gəldikləri gün Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktor müavini, H.S. Axundov qəbul etmiş, aparılan elmi-tədqiqat işləri haqqında ətraflı məlumatlandırmışdır.

Magistrlər nəzəri və tətbiqi riyaziyyatın əsas elmi-tədqiqat istiqamətləri, öz dissertasiya mövzularına uyğun elektron bazanın materialları və universitet kitabxanası ilə yaxından tanış olmuşlar.