Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Elmi seminar

18/01/2012

18.01.2011 tarixdə İnstitutda “Quyuların qazlift üsulu ilə istismarı zamanı meydana çıxan müasir bir riyazi modelin tətbiqi” mövzusunda elmi seminar keçirildi.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitunun   əməkdaşları t.e.n. Kazımov Ş.P., t.e.n. İbrahimov X.M., t.e.n. Əliyev M.K., t.e.n. Rəcəbov M.M. seminarda iştirak etdilər. Seminarda İnstitutun direktoru Akademik Fikrət Əliyev, şöbə müdirləri f.r.e.n. Mütəllimov, f.r.e.n. İsmayılov N.A., həmçinin t.e.n. Camalbəyov M., f.r.e.n. Quliyev A.P., f.r.e.d. Sadıxov M. Və başqaları iştirak etmişlər. Müzakirələr zamanı İnstitutda bu sahədə alınmış  optimal proqram rejimlərin qurulması məsələlərinin həlli geniş müzakirə olunmuşdur. Tərəflər razılığa gəlmişlər ki, bu nəticələr konkret praktiki məsələlər üçün yoxlanılsın.