Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Elan

12/11/2014

Bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 500 000 manatdır. Tətbiqi xarakterli, multidissiplinar tədqiqatlar üzrə təqdim olunmuş, müxtəlif qurumlardan olan gənc alim və mütəxəssislərin iştirak etdiyi, beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetirilməsi planlaşdırılan layihələrə elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük veriləcəkdir.

Müsabiqədə iştirak etmək üçün ərizələr, ərizəyə əlavə olunan müvafiq sənədlər və digər müşayiətedici materiallar 2014-cü il 14 noyabr tarixindən başlayaraq qəbul olunur. Müsabiqədə iştirak etmək üçün ərizələrin, ərizəyə əlavə olunan müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix 2014-cü il 29 dekabr saat 17:00-dır. Qrantların verilməsi üzrə müsabiqədə iştirak etmək üçün ərizə və müvafiq sənədlər Elmin İnkişafı Fondunun internet saytının (http://sdf.gov.az/qrant/senedler/index.html) “Qrant müsabiqələri” bölməsindən əldə edilə bilər.