Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Doktorluq dissertasiyası müdafiəsi

01/06/2017

İnstuitutun əməkdaşı, f.r.e.n. Etibar Sədi oğlu Pənahov 26.05.2017 tarixdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyət göstərən  D.01.111 Dissertasiya Şurasının iclasında “DİFERENSİAL OPERATORLAR ÜÇÜN SPEKTRAL VƏ POTENSİAL NƏZƏRİYYƏNİN BƏZİ TƏRS MƏSƏLƏLƏRİ VƏ TƏTBİQLƏRİ” mövzusunda  doktorluq dissertasiyası müdafiə etmişdir.  İş Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda yerinə yetirilmişdir. Müdafiə prosesi yüksək səviyyədə keçmişdir. Belə ki, şura üzvləri, opponentlər və aparıcı təşkilat işi yüksək qiymətləndirmişlər. MDU-nun professoru, tanınmış alim A. Şkalikov müdafiədə çıxış edərək işin səviyyəsinin yüksək olduğunu bildirmişdir.

İnstitutun kollektivi E.S. Pənahovu bu uğuruna görə təbrik edir və ona gələcək işlərində müvəffəqiyyətlər arzulayır.