COIA-2020 beynəlxalq konfransı sona çatdı
28/08/2020Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma 7-ci Beynəlxalq Konfransı (COIA-2020) onlayn formatda işini davam etdirib.
Konfransın üçüncü günü ilk olaraq Plenar mərüzəçilər, professor B. Polyak (Rusiya) və professor L. Nizhnik (Ukrayna) məruzə etdilər.
Məruzələrdən sonra Konfrans öz işini bolmələrədə davam etdirdi. 10 bölmədə 30-dan artıq məruzələr dinlənildi.
Bağlanış mərasimini Konfransın təşkilat komitəsinin sədri, akademik Fikrət Əliyev açdı. O, bildirdi ki, dünyanın 20-dən artıq ölkəsindən alimlərin iştirak etdiyi konfransda 237 məqalə məruzə olundu.
Sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə cıxış edərək Konfrans iştirakşılarını salamladı və Konfransın yüksək səviyyədə kecirildiyini bildirdi. O, həm plenar, həmdə bölmələrdə çox maraqlı məruzələr olundu bildirdi. Növbəti 2022-ci ildə keçiriləcək konfransın Bakıda keçirilməsinin uyğun olacağını bildirdi.
Sonra Konfrans iştirakşılarından akademik Asəf Hacıjev (Bakı), Leonid Nizhnik (Ukrayna), professor Ahmet Ocak Akdemir (Türkiyə), professor Nazim Mahmudov (Kipr), Boris Polyak (Rusiya) və AMEA müxbir üzvü Vaqif Guliyev (Bakı) çıxış edib konfrans haqda öz təssüratlarını bildirdilər. İştirakçılardan professor Nazim Mahmudov növbəti konfransın Kiprdə və professor Ahmet Ocak Akdemir Türkiyədə keçirilməsini təklif etdilər.
Sonda Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, təşkilat komitəsinin sədri, akademik Fikrət Əliyev konfransın tarixindən, əhəmiyyətindən və görülən işlərdən söz açdı. Həmçinin bu sahənin dünyada inkşafında, yeni-yeni ideyaların yaranmasında oz sözünü deyib və deyəcəkdir. Xüsusilə burada alınan nəticələr tətbiqi xarakter daşıdığından ölkəmizin sənaye və iqtisadiyyatına tətbiqlərdə bunlar müəyyən mənada istifadə oluna bilər. O, konfransın 2022 ildə keçiriləcəyini konfrans iştirakçılarının nəzərinə çatdırdı. Konfransın dəqiq tarixini təşkilat komitəsi ilə müzakirədən sonra bildiriləcəyini söylədi. Sonra O, konfrans iştirakçılarına öz minnətdarlığını bildirib, Konfransı bağlı elan etdi.