Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Beynəlxalq konfrans

17/09/2012

3-7 sentyabr 2012 ci il tarixində Priştina şəhərində (Kosovo) “I Avrasiya Riyaziyyat və onun tətbiqləri” beynəlxalq konfransı keçirildi. Konfransın məqsədi Kosovada yaşayan türk müsəlman riyaziyyatçıları ilə dünyanın müxtəlif ölkələrində yaşayan alimlər arasında elmi əlaqələri gücləndirmək, onların dünya elm fəzasına inteqrasiyasına yardımçı olmaq idi. Bu tədbir Türkiyənin  Kocaeli, Sakarya və Biləcik, Kosovanın Priştina Universitetlərinin dəstəyi və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) fəal iştirakı ilə təşkil olunmuşdu. Konfransın işinə dünyanın 37 ölkəsindən 350-dən artıq alim qatılmışdı.

Bu vacib tədbirdə Azərbaycan alimləri həm təşkilatçı, həm də iştirakçı qismində qatılmışdılar. TDRC-nin vitse-prezidenti, BDU-nun TR ETİ-nin direktoru akademik Fikrət Əliyev, prof. Əli Əhmədov, prof. Soltan Əliyev, f.r.e.d. Yusif Qasımov konfransın Elmi Komitəsinin, f.r.e.n. Qəmər Məmmədova, f.r.e.n. Nərgiz Səfərova, f.r.e.n. Nəvazi İsmayılov, Lətifə Ağamalıyeva isə Təşkilat Komitəsinin üzvləri kimi konfransın işində fəal iştirak etdilər. Akademik Fikrət Əliyevin plenar iclasda, digər alimlərimizin isə bölmələrdə etdikləri məruzələr iştirakçılar tərəfindən maraqla qarşılandı.

Diqqətəlayiq haldır ki, Konfransın seçilmiş əsərlərinin BDU-nun TR ETİ-da nəşr olunan Applied and Computational Mathematics və  TWMS Pure and Applied Mathematics jurnallarında çap olunması qərara alındı.

Bu seriyadan olan konfransların davam etdirilməsi və növbəti tədbirin Bosniya və Hersoqovinada və ya Makedoniyada keçirilməsi üçün danışıqların aparılması üçün təşlilatçılara tapşırıqlar verildi.