Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Beynəlxalq Konfrans

21/09/2016

Akademik Fikrət Əliyev 07-10 Sentyabr 2016 tarixində Almatı şəhəridə keçirilən Akademik T.S. Kalmenovun 70 illiyinə həsr olunmuş  “Analiz və Tətbiqi Riyaziyyat” (ICAAM 2016 Third International Conference on Analysis and Applied Mathematics) Beynəlxalq konfransında iştirak etmişdir. Fikrət Əliyev Konfransda “Qazlift prosesində hidravlik müqavimət əmsalının tapılması üçün asimptotik üsul”   adlı məruzə ilə çıxış etdi. 10.09.2016 tarixində Qazaxıstan Elmlər Akademiyasının Riyaziyyat və Riyazi Modelləşdirmə İnstitutunda keçirilən Türk Dünyası Riyaziyyat Cəmiyyətinin idarə heyətinin iclasında iştirak etdi. İclasda qərara alındı ki, Cəmiyyətin növbəti 6-cı Konqresi Qazaxıstan Respublikasının Astana şəhərində 02-05 Oktyabr 2016-cı il tarixində keçirilsin.

13-16 Sentyabr 2016 tarixndə isə Akademik Fikrət Əliyev Bişkek şəhərində keçirilən Rusiya Elmlər Akademiyasının müxbir üzvü, akademik M. İmanəliyevin 85 illiyinə həsr olunmuş “Riyaziyyatda asimptotik, topoloji və kompüter metodları” (V International Scientific Conference Asymptotical, Topological and Computer Methods in Mathematics) Beynəlxalq Konfransında iştirak etmişdir. Konfransda Fikrət Əliyev “Dinamik sistemlərdə identifikasiya məsələlərinin həlli üçün asimptotik həll üsulları” adlı plenar məruzə ilə çıxış etdi.