Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icracı direktoru Tətbiqi Riyaziyyat İnstitutunda olmuşdur

22/05/2017

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icracı direktoru  Oktay Səmədov Tətbiqi Riyaziyyat İnstitutunda olmuş və institutda nəşr olunan “Applied and Computational Mathematics” , “TWMS Pure and Applied Mathematics” və  Proceedings of the Institute of Applied Mathematics jurnallarının əməkdaşları ilə görüşmüş,  hər üç jurnalın işi ilə yaxından tanış olmuşdur. Görüşdə institutun direktoru akademik Fikrət Əliyev  adı çəkilən  jurnalların  uğurları və gələcək perspektivləri haqqında müfəssəl bilgi verdi. Müəyyən müzakirələr əsasında tərəflər birgə əməkdaşlıq üçün razılığa gəldilər.