Home AZ EN RU
BAKI DÖVLƏT UNİVERSİTETİ
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Azərbaycan alimləri Türkmənistanda

01/05/2012

19-20 aprel tarixlərdə Aşqabad (Türkmənistan) şəhərində “Türkmənistanın təbii sərvətlərinin kompleks emalında innovasiya texnologiyaları” adlı konfrans keçirilmişdir.

Konfransda iştirak edən Akademik Fikrət Əliyev və Tətbiqi Riyaziyyat ET İnstitutunun şöbə müdiri f.r.e.n. Nəvazi İsmayılov “Qeyri-xətti sistemlərin identifikasiya üsulu ilə xəttiləşdirilməsi” və “Qazlift prosesinin  optimal rejimlərinin seçilməsi məsələsinin minimax həlli“ mövzularında məruzələrlə çıxış etmişlər.

İlk öncə iki qardaş ölkə arasındakı sıx əlaqələrdən söhbət açan Akademik  F.Əliyev Türkmənistanın zəngin qaz və neft ehtiyatlarına malik olduğunu diqqətə çatdırdı.  Alim Azərbaycan alimləri ilə Türkmənistan elm adamlarının birgə fəaliyyətinin vacibliyini və gələcəkdə bu sahədə atılan uğurlu addımların hər iki qardaş ölkənin inkişafına köməklik göstərəcəyini əminliklə qeyd etdi.

F.Əliyevin sədrlik etdiyi I bölmənin geniş məruzəsində, Türkmənistan